Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Şamaxıda Türk şəhidliyini necə ziyarət edək: "Maşın saxlamağa yer qalmayıb" - Videolar
Şamaxıda yerləşən Türk şəhidliyi

Bir müddət əvvəl deputat Fazil Mustafa, Şamaxıda yerləşən Türk şəhidliyi barədə danışıb. O, qeyd edib ki, Şamaxı yolu təmir edildikdən sonra şəhidliyin qarşısında avtomobil saxlamaq üçün park yeri saxlanılmayıb.

Bizimyol.info xəbər verir ki, Şamaxı sakinlərinin sözlərinə görə, Türk şəhidliyi burada uzun müddətdir ki, var. 2018-ci ildə isə 130 Türk şəhidinin xatirəsinə ucaldılmış abidə yenidən bərpa edilib.

“Yolu da təmir etdilər, şəhidliyi də. Əvvəllər də burada maşın saxlamaq üçün yer yox idi. İndi heç olmasa, sarı xətt çəkiblər deyə bir balaca yer var” - deyən sakinlər bildirir ki, bura ziyarətə çox az adam gəlir. Gələnlər isə adətən, bayram günlərində üz tutur. Belə olan təqdirdə isə, şəhidliyin qarşısında avtomobil sıxlığı müşahidə edilir.

“Bu ayda ildə olan bir hadisədir. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi yolu təmir edən zaman bunu nəzərə almalı idi.”- sakinlər deyir.

Məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə sorğu göndərsək də, hələ cavab almamışıq.

İlahin, Bizimyol.info

Paylaş »
››› Leyla Şıxlinskaya külli miqdarda borca görə məhkəmə qarşısında
››› Bozdağın qoynunda gizlənmiş inci: Yeni turizm cənnəti - Fotolar
››› “9 aydan sonra Qarabağda Ermənistan əsgəri qalmayacaq”
››› 15 yaşlı qız atasını ürəyindən bıçaqladı
››› Türkiyədə yanğınlar, Yunanıstanda 46 dərəcə isti: Kəndlər evakuasiya olunur
››› Rusiya ilə Baltikyanı ölkə arasında böhran dərinləşir
››› “Müstəqillik tarixində ən yaxşı parlament bizik”
Son xəbərlər
Bütün xəbərlər »