Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Şəhidin həyat yoldaşı və qızları birotaqlı evdə yaşayır" - Fotolar, Videolar
Şəhid Bayramov Rəhmanın övladları

“Lay-lay balam a laylay, körpə balam a laylay”...

Bu laylay ananın körpəsini yatırması üçün çalınmırdı. Bu laylay ananın şəhidinə çaldığı laylay idi. Məzarı qucaqlayıb, laylay çalan ananın gözü övladından başqasını görmürdü. “Əlimi-qolumu qırdın, yanıma saldın, indi bəs mən sənsiz neyləyim ay Rəhman” - deyən ana hıçqırır, hönkürür, göz yaşlarını saxlaya bilmirdi.

Şəhid Bayramov Rəhman Dilican oğlu əslən Daşkəsəndən olsa da, Gəncədə yaşayıblar. Həyat yoldaşı Turanə xanım danışır ki, Rəhman döyüşlərə könüllü yazılaraq gedib: “Mənim evim yox idi. Bir otağım vardı, qapı pəncərəm yox idi. Deyirdim, ay Rəhman, sən də getsən, bizi kim qoruyacaq. Gülüb deyirdi ki, mən olmayandan sonra daha yaxşı yaşayacaqsınız. Fəhlə idi yoldaşım. Usta yanında işləyirdi, amma buna baxmayaraq, bizə heç nədən korluq vermirdi. İki qız övladımız var”.

Ancaq Rəhman Turanəni dinləmir və döyüşlərə gedir. Kəlbəcərdə, Füzuli və Xocavənddə döyüşür. Noyabrın 9-da şəhid olsa da, Rəhman bir ay sonra tapılır.

Rəhmanın 2 qız övladı var. Balacasının 4 yaşı olmasına baxmayaraq, hələ də dil açmayıb.

“Yoldaşım şəhid olandan sonra bir dəfə 10 min, bir dəfə 11 min manat pul verdilər. Evimi tikməyə çalışdım ki, balalarımı saxlaya bilim. Yoldaşımla ara-sıra danışırdım. Uşaqları mənə tapşırırdı. Tez-tez deyirdi ki, telefonu Mədinəyə ver, mənə “dədə” desin” - deyə Turanə danışır.

Hazırda şəhidin ailəsi Avtozavod - Daşqın inşaat bazarının yanında yaşayır. Əgər buna yaşamaq demək olarsa. Şəhidin həyat yoldaşı və qızları birotaqlı evdə yaşayır. Yeni tikmək istədiyi ev isə yarım qalıb.

“Rəhmana görə, təqaüd alıram. Çalışıram ki, uşaqlarıma hər şey edim ki, atasız olduqlarını hiss etməsinlər” - deyə Turanə danışdıqca gözyaşları yanaqları boyu süzülür. Rəhman, Turanənin dayısı oğlu olub. Böyük sevgi yaşamasalar da, Turanə deyir ki, bu gün yenidən dünyaya gəlsə, bilsə ki, həyatı yarım qalacaq, yenə Rəhmanla ailə həyatı qurardı.

“Kasıb olsaq da, mehriban idik, xoşbəxt idik. Başımın üstündə idi. İndi isə mənə mərmərdən baxır. Darmadağınam. Toparlanıb, övladlarımı başıma yığıb həyata yenidən başlaya bilmirəm. Bir yanım boşdur. Çox acınacaqlı vəziyyətdə yaşayıram. Əvvəl yenə evimin istiliyi vardı, Rəhman vardı. İndi heç nə yoxdur. Soyuq divarlar, iki azyaşlı qız və mən təkbaşına”...

Şəhid Bayramov Rəhmanın ailəsi

İlahin, Bizimyol.info

Paylaş »
››› Türkiyəyə kimlər od vurdu: Hədəf Ərdoğandır, yoxsa dövlətin özü...
››› Türkiyədəki yanğınların təxribat olduğunu təsdiqləyən görüntülər - Video
››› “Patı” mafiyası, yoxsa, agentura: “Planlı işləyirlər”
››› 20 yaşlı gənc eyni toyda iki gəlinlə evlənib - Video
››› Alovun içində üzümüzü ağ edənlər: Azərbaycan qardaş ölkəyə necə dəstək verir...
››› PKK-ya bağlı olan terror təşkilatı: “Türkiyədə yanğınları biz törətmişik”
››› "Zaman dəyişsə də, Türk qadını dəyişmədi" - Foto
Son xəbərlər
Bütün xəbərlər »