Media İnkişaf Agentliyi (MEDİA) medianın elektron seqmentinə vəsait ayırıb.
Dəstək verilən veb-saytlar arasında BİZİMYOL.İNFO da var. Buna görə çox təşəkkür edirik. Düşünürəm, bu, yaxşı bir başlanğıcdır. Ümid edirik ki, seçim zamanı subyektivliyə yol verilməyib və bu iş daha da təkmilləşər. Media sahəsində dərin islahatlar daha da sürətlənər. Biz də hamılıqla bu pozitiv prosesə dəstək verməyə çalışacağıq. Məsələ ayrılan məbləğdən çox qarşıya qoyulan məqsəddədir. Məqsəd nəcibdirsə, nəticəsi mediamız üçün də, cəmiyyətimiz üçün də uğurlu olar inşallah. Təbii ki, bu seçimlə bağlı tənqidlər də olacaq. Düşünürəm, haqlı tənqidlər, faydalı təkliflər, iradlar da nəzərə alınmalıdır və alınacaq.