Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Lavrov Türkiyəyə niyə gedib: "Qara dənizdə Türkiyə Rusiyadan güclüdür" - İqor Solovey
Mövlud Çavuşoğlu - Sergey Lavrov

Rusiya Xarici İşlər Nazirliyinin məlumatına görə də, iyunun 30-da S.Lavrov Mövlud Çavuşoğlu ilə danışıqlar aparmaq üçün Antalyaya səfər edib. Görüşdə Çavuşoğlu və Lavrovun Cənubi Qafqaz, Orta Şərq və Şimali Afrika, Ukrayna, Şərqi Aralıq dənizi və Qara dəniz regionundakı vəziyyət, Suriya, Liviya və Əfqanıstan məsələlərini müzakirə edəcəkləri bildirilib.

Rusiya XİN başçısı Lavrovun Türkiyəyə səfərini şərh edən ukraynalı politoloq İqor Solovey qeyd edib ki, Ukraynanın tərəfdaşlarını bir-bir sıradan çıxarmaq və öz tərəfinə çəkmək Rusiyanın əsas hədəfidir. Onun fikrinə görə, Ukraynanı ram etmək fikirləri Moskvaya dünyada və ölkədəki vəziyyəti , o cümlədən Rusiya-Türkiyə münasibətlərini obyektiv dəyərləndirmək imkanı vermir.

Ukraynalı politoloq Rusiyanın Qara dəniz uğrunda yeni cəbhə açdığını vurğulayıb.

“Beynəlxalq Araşdırmalar Agentliyinin” rəhbəri İqor Solovey bildirib ki, Rusiya Qara dənizdə dominantlığı əldən verməmək üçün yeni cəbhə açır.

“Moskva Qara dənizi daxili akvatoriyaya çevirmək, daxili gölü etmək istəyir. Azov dənizi kimi. Bu, Ukraynaya gələcəkdə təzyiq etmək üçün faydalı olacaq, bu yolla Ukraynanın dənizlərə yolu bağlanacaq, iqtisadiyyatına güclü zərbə dəyəcək və bir daha  dirçələ bilməyəcək. Lakin onun bu planlarına Ukraynanın Qərb tərəfdaşları mane olurlar. Bu dəfə Qərb Qara dənizdə Rusiyanı yerinə otuzdurmağı bacaracaq, burada  güc yolundan istifadə olunması istisna deyil. Qərb hazırda nümayişkarənə şəkildə Ukraynaya dəstək göstərir, birgə hərbi təlimlər aparır, Ukrayna donanmasının qurulmasına yardım edir. Həmçinin Türkiyə hərbi dəniz qüvvələri Qara dənizdə Rusiyadan daha güclüdür.

Moskva bu koalisiyanı tam dağıda bilməsə də, müəyyən müddətə neytrallaşdırmaq, bəzi üzvləri tərəfinə çəkmək istəyir. Lavrovun Türkiyə səfərinin arxasında bu dayanır. Qərbin fikrini yayındırmaq üçün Rusiya XİN səfərin məqsədinin yüksək texnologiyalar sahəsində əlaqələrin genişləndirilməsi, hərbi texniki əməkdaşlıq məsələləri olduğunu yazıb. Görünür, Moskva Ankara-Kiyev hərbi əməkdaşlığını zəiflətməyi hədəfləyib. Ola bilsin ki,  PUA və Bayraktarların Ukraynaya deyil, Rusiyaya satılmasını təklif edəcək. Başqa cazibədar təkliflər də edə bilər. Həmçinin Rusiyanın Türkiyəni turist axınının qarşısını almaqla şantaj etməsi də mümkündür. Lakin bu metoddan artıq istifadə olunub deyə, türklərin bir də bu tələyə düşməsi  imkansızdır”,- deyə İqor Solovey bildirib.

İlhamə

Paylaş »
››› Avqustda bürcləri nə gözləyir...
››› Eldar Həsənovun vəkilləri Prezidentə müraciət etdi: “170 dəfədən çox yıxılıb”
››› Parlamentdə “şellən, amma ilişmə” prinsipi
››› Milli Məclis polisi döyən deputata görə növbədənkənar toplanır
››› Baş prokuror deputatın toxunulmazlığının ləğvi üçün Milli Məclisə təqdimat göndərib
››› "Qarabağ"ın pley-off mərhələsindəki potensial rəqiblərinin sayı azalıb
››› Prezidentin tapşırığına əsasən Azərbaycan Türkiyəyə yardım göndərib
Son xəbərlər
Bütün xəbərlər »