Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İyul ayı üçün ulduz falı: Bu ay bürcləri nə gözləyir...
Bürclər

Qlobal böhran dövrü bürclərin əksəri üçün çətin keçib. Amma ümidlər artıb. Həyatın yavaş-yavaş normal axara düşməsi nikbin yanaşmaya əsas verir. Bəs bürcləri iyulda nə gözləyir? Bizimyol.info qoroskop həvəskarlarına bu ay üçün ukraynalı astroloq İnna Stretoviçin proqnozunu təqdim edir.

Qoç – İyulda büdcəyə ciddi nəzarət etmək lazım gələcək. Çünki maliyyə vəsaitləri itirmək ehtimalınız var. Sağlamlığınız qaydasında olacaq. Hisslərinizi cilovlamağa çalışın. Emosiyasız, soyuqqanlı qərarlar vermək yaxşıdır.

Buğa – Ay bu bürcdən olanlar üçün təlatümlü keçəcək. Hadisələrlə zəngin bir ay yaşayacaqsınız. Amma bu o demək deyil ki, özünüzə qapılmalısınız, cəmiyyətdən tamamilə təcrid olunmalısınız. Əksinə hadisələri öz maraqlarınıza uyğun şəkildə yönləndirə bilərsiniz. İndi əsl dostları müəyyənləşdirmək vaxtıdır. Unutmaq olmaz ki, əslində, həyat gözəldir.

Əkizlər – Ola bilər ki, iyulda ürəyiniz istəmədiyi addımı atmağa məcbur qalacaqsınız. Amma qətiyyən ruhdan düşməyə dəyməz. Əsas odur ki, yaxınlarınız sizi dəstəkləməyə davam edəcəklər. İş çətin görünə bilər. Lakin yaxşı gələcəyin əsasının məhz belə qoyulması mümkündür. Ümumi işlər bəzən sizə etibarlı dostlar da qazandıra bilər.

Xərçəng – Nəsə fərqli, qeyri-adi davranışa üstünlük vermək lazımdır. Stereotiplərdən yaxa qurtarmağın vaxtı çatıb. Məsələn, saç düzümünüzü dəyişə bilərsiniz. Problemləri həll edəndə gücə yol verməyin. Hər kəsə qarşı uyğun davranış tərzi tapmağı bacarırsınız. Maliyyə vəziyyətiniz qaydasında olacaq. Böyük qazanc vəd olunmasa da, maliyyə itkiləri də proqnoz edilmir.

Şir – Həyat haqda ciddi düşünməyin zamanı çatıb. Taleyin hər şansını düzgün qiymətləndirmək vacibdir. İstəsəniz, iyul ayında həyatınızı kökündən dəyişə bilərsiniz. Bunun üçün sadəcə, diqqətli olmaq və fürsətləri vaxtında yaxalamaq lazımdır. Sağlamlığınızda kiçik problemlər ola bilər, amma bu, faciə deyil. Ümumilikdə narahatlığa əsas yoxdur.

Qız – Zəhmətsevərlik sizi irəli aparacaq. Əzmkar və qətiyyətlisiniz. Sağlamlıqla bağlı yalnız irəliləyiş qeydə alınacaq. Yaxınlarınızı heç unutmaq olmaz. Bu ay onların sizin köməyinizə ehtiyacı ola bilər. Etdiyiniz yaxşılıqlar itib-batmayacaq. Zamanı gələndə artıqlaması ilə əvəzi ödəniləcək.

Tərəzi – Bu ay hisslərinizə nəzarət etmək çətin ola bilər. Amma soyuqqanlı olmaq da sizin ixtiyarınızdadır. Dayanıb nəfəs dərmək lazımdır. Hərdən susmaq faydalı olur. Heç kimlə münaqişə cəbhəsi açmaq gərək deyil. İtkilərin az olmasına çalışmaq ən doğrusudur.

Əqrəb – Əqrəbləri iyulun xoşbəxti adlandırmaq olar. Nəyahət, qara buludlar dağılacaq, günəş şəfəqlərini üzərinizə salmağa başlayacaq. Neqativ bir şey gözləməyə dəyməz. Ulduzlar ay boyunca xidmətinizdə dayanıb sizə dəstək olacaqlar. Yay istirahətindən heç çəkinməyin, sizi gün vurmayacaq. Uşaqlarla vaxt keçirmək də yerinə düşəcək.

Oxatan – Sizi ay ərzində dostyana və pozitiv münasibətlər gözləyir. Qohumlarla çox yaxşı dil tapacaqsınız. Səhhətiniz sizi çətinə salmayacaq. Gələcəyə nikbin baxmaq lazımdır. Nikbinliyiniz sizi münaqişələrdən də qoruyacaq. Daxili dincliyiniz gələcək üçün yaxşı planlar qurmağa imkan verəcək.

Oğlaq – Çox ayıq və ehtiyatlı davranmaq faydalı olacaq. Əvvəllər sizi aldatmış adamlara yenidən şans verməyin. Belə adamlardan uzaq dayanın. Tələsik qərarlar vermək doğru deyil. Bir az səbrli olmaq gərəkdir. Problemləri böyütməyin. Əks halda bədbinliyə qapıla bilərsiniz. Xərclərinizə nəzarət edin – yersiz bədxərclik riski var.

Dolça – İyulda bir az xəsislik edəcəksiniz. Bunun yaxşı tərəfi odur ki, xərclərinizə nəzarət etməyi öyrənə bilərsiniz. Amma həyatınızda müəyyən qarışıqlıq yarana bilər. Bununla belə, siz cəsarətinizdən qalmayın. Problemlərin qarşısından qaçmaq yox, onların üzərinə yerimək lazımdır.

Balıq – Dəyişikliklər zamanıdır. Səhhətinizə fikir verin. Maliyyə vəziyyətiniz sabit olacaq. Gəlirlərin artması gözlənilməsə də, iş haqqında düşünməyə zaman yaranacaq. Əsas odur, dəyişikliklərdən qorxmayasınız.

Paylaş »
››› “Polkovnikin intiharından xəbərimiz yoxdur” - Orduda nə baş verir...
››› Toxunulmazlığı ləğv olunan Eldəniz Səlimov barədə maraqlı faktlar üzə çıxdı
››› "Səs yazısını dinləsəniz, əmin olacaqsınız ki, başqa hadisəylə rastlaşmışıq"
››› Tahir Kərimliyə həmkarından sərt cavab gəldi
››› Milli Məclisdə “kədərli” anlar…
››› Milli Məclisdə toqquşma: "Polisin yiyəsi var, deputatın yiyəsi yoxdur?"
››› Spikerdən... “yüksək pilotaj”
Son xəbərlər
Bütün xəbərlər »