Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rövşən Əkbərovun barəsində olan cinayət işi məhkəməyə göndərilib
Rövşən Əkbərov

Rövşən Əkbərovun barəsində olan cinayət işi üzrə Baş Prokurorluq tərəfindən istintaq yekunlaşdırılıb.

Bizimyol.info xəbər verir ki, Baş Prokurorluqdan verilən məlumata görə, aparılmış istintaqla Rövşən Əkbərovun 2001-ci il mayın 31-dən iyunun 01-nə keçən gecə Kiyev şəhəri, Deqtyaryov küçəsi 7 ünvanda yerləşən “Sikora” kafesində yeyib-içdikdən sonra, saat 04 radələrində həmin kafenin yaxınlığında Elçin Əliyev ilə aralarında yaranmış cüzi münaqişə səbəbindən xuliqanlıq niyyəti ilə sonuncunun ürək nahiyəsinə kəsici-deşici predmetlə xəsarət yetirərək Elçin Əliyevi qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Rövşən Əkbərova Cinayət Məcəlləsinin 12.1, 120.2.2 (qəsdən adam öldürmə) və 12.1, 221.3-cü (xuliqanlıq) maddələri ilə ittiham elan edilərək, barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi baxılması üçün Bakı Hərbi Məhkəməsinə göndərilib.

Paylaş »
››› “Ölmək ölməkdir, normal üsulla ölün” - Ekspertdən qadınlara məsləhət
››› Tanınmış telejurnalist həkimi məhkəməyə verdi
››› İsrail alimləri koronavirusin qarşısını alan dərman tapıblar
››› Hökumət 7 aydır tibbi sığorta adı ilə pul yığır, əvəzində heç nə vermir
››› Yeni qapanmaya doğru qulaqçəkmə əməliyyatı
››› Prezidentdən Nəcməddin Sadıxovun yerinə yeni təyinat: "Orduda islahatlar olacaq"
››› Yollardan istifadə qaydaları əleyhinə inzibati xətalara görə cərimə ödəniləcək
Son xəbərlər
Bütün xəbərlər »