Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Almaniyada işləyən azərbaycanlı həkim “delta” variantı haqda xəbərdarlıq edir
Nuran Abdullayev

Koronavirusun ilk dəfə Hindistanda aşkarlanan “Delta” və “Delta plus” variantları sürətlə yayılmaqda davam edir. Artıq dünyanın 100-ə yaxın ölkəsində, o cümlədən Azərbaycanla qonşu Türkiyə, Rusiya və Gürcüstanda virusun bu ştammına yoluxmalar qeydə alınıb. Bu baxımdan “delta” variantının ölkəmizə də keçmə ehtimalı yüksəkdir. Qeyd edək ki, “Delta” variantının yoluxuculuq qabiliyyəti COVID-19-a nisbətən daha sürətli və təhlükəlidir. Həmçinin bu ştamma yoluxanlar xəstəliyi daha ağır keçirirlər.

Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, tibb elmləri doktoru Nuran Abdullayev virtualaz.org-a açıqlamasında bildirib ki, “delta” variantına yoluxmalar hər həftə 50 faiz daha çox olur.

N.Abdullayevin sözlərinə görə, hazırda sürətlə yayılan “delta” variantı payıza qədər dünya üzrə yoluxma sayının qalxmasına və yeni dalğaya səbəb olacaq. Bu variantın yoluxduruculuq qabiliyyəti yüksəkdir, amma tək səbəb bu deyil: “Eyni zamanda, “Secondary Attack Rate” dediyimiz, yəni təkrar yoluxma əmsalı da böyükdür. Lakin bu o demək deyil ki, yoluxan şəxs iş kollektivində hamını yoluxduracaq. Amma məsələn, koronavirusun digər variantında bir nəfər digər iki nəfəri yoluxdururdusa, “Delta” variantında 4-5 nəfəri yoluxduracaq. Bu da onu göstərir ki, insanların canlı ünsiyyətləri daha ciddi problem olacaq”.

Alim hesab edir ki, Azərbaycanda bu variantın qarşısını almaq üçün ciddi tədbirlər görülməlidir. Yoluxmalar ən çox 10-39 yaş qrupu arasında, yəni ya peyvənd almayanlar, ya da bir dəfə peyvənd olunanlar arasında daha çox rast gəlinir. “Azərbaycanda və Almaniyada taktika fərqlidir. Azərbaycan əvvəlcə “Delta” variantına yoluxmanın qeydə alınıb-alınmadığını təsdiqləməlidir. Virusa yoluxma qeydə alınarsa, “Delta” variantı tapılan şəxsin ətrafı, kontakda olduğu hər kəsi bir neçə gün gözləmədən dövlət hesabına PCR testi etməli və müvafiq izolyasiya, karantin tədbirlərini görməlidir”,-alim deyib.

Paylaş »
››› Türkiyədəki yanğınların təxribat olduğunu təsdiqləyən görüntülər - Video
››› Türkiyəyə kimlər od vurdu: Hədəf Ərdoğandır, yoxsa dövlətin özü...
››› “Patı” mafiyası, yoxsa, agentura: “Planlı işləyirlər”
››› 20 yaşlı gənc eyni toyda iki gəlinlə evlənib - Video
››› Alovun içində üzümüzü ağ edənlər: Azərbaycan qardaş ölkəyə necə dəstək verir...
››› "Zaman dəyişsə də, Türk qadını dəyişmədi" - Foto
››› Avqustun 3-nə olan hava proqnozu
Son xəbərlər
Bütün xəbərlər »