Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Qarabağda əməliyyat aparsaq, Paşinyan da bizim tərəfimizi tutacaq”
Xankəndi

Əvvəllər qondarma rejimin ombudsmanı, indi isə naziri vəzifəsini tutmuş Artak Beqlaryan bildirib ki, Azərbaycan tərəfi yollarda özünü pis apardığı üçün Qırmızı Bazar-Şuşa yolundan istifadə etməklərinə icazə verməyəcəyik. O , bununla da qalmayıb, deyib ki, “nə Artsax hökuməti, nə də xalqı Azərbaycana qoşulmağa razı deyil və olmayacaq”. Beqlaryan əlavə də edib ki, sülhməramlılar uzun müddət Qarabağda qalacaq.

Nə ordusu, nə sərhədi, nə fikri özünün olmayan separatçı rejim nümayəndəsinin bu sözləri deməsinin arxasında bəllidir ki, təxribatçılıq , azərbaycanlıları qıcıqlandırmaq meyilləri və himayədarları durur. Və məhz sülhməramlıların uzun müddət qalacağını deyirsə, bu qüvvəni Qərbdə axtarmaq lazım deyil, küləyin Rusiyadan əsdiyi bəlli olur.

Əziz Əlibəyli Əziz Əlibəyli

Siyasi şərhçi Əziz Əlibəyli bizimyol.info-ya verdiyi açıqlamada bildirib ki, Azərbaycan-Ermənistan arasındakı münasibətlərin taleyi artıq məlumdur. “Ermənistanın əməkdaşlıqdan başqa yolu yoxdur, təxribatlar baş verir və bu davam edəcək. Ermənistanın bizə nəyisə qadağan etmək kimi bir imkanı yoxdur, bunu hər kəs bilir. Bu məsələ həll olunacaq, olmasa, Azərbaycan və Türkiyə onu razılaşmağa məcbur edəcək. Dünən Türkiyə və Rusiya XİN başçıları görüşdü və bu məsələlər də müzakirə mövzularından biri oldu. Rusiya bəyan etdi ki, imkan verməyəcəklər bölgədə qarşıdurma yaransın , bölgəyə başqa hərbi qüvvələr gəlsin. 10 noyabr razılşaması bütün tərəflərə ciddi anlamda faydalıdır. Rusiya bunu əldən vermək istəməz. Baqlaryanın açıqlamasına gəlincə, bizim onlara qarşı istifadə edə biləcəyimiz rıçaqların sayı-hesabı yoxdur. Dəhliz məsələsindən tutmuş delimitasiyaya qədər. Heç kimin səsləndirmədiyi bir arqumenti də dilə gətirmək istəyirəm. Ermənistanla Azərbaycan arasında razılaşma imzalanacaq, sülh baş tutacaq. Revanşisitlərin Paşinyanı təhdid etməsi, Qarabağda cəmləşməsi, Xankəndidən keçən yolun bağlanması Paşinyana qarşı da təhdiddir və bu əməllər imkan verir ki, biz antiterror əməliyyatını həyata keçirək və bu zaman Paşinyan da bzim tərəfimizi tutacaq, onların əleyhinə mövqe tutacaq, addımlar atacaq.

Beqlaryanın sərsəmləməsinə baxmayaraq, sülhməramlıların qalma müddətini onlar müəyyən etmirlər. Bunu tərəf olaraq Ermənistanla Azərbaycan həll etməlidir. Beqlaryanın zəmin hazırlanması, Rusiya pasportlarının verilməsi məsələlərini gündəmə gətirməsi geosiyasi mübarizənin taktiki addımlarından başqa bir şey deyil. Mümkün olsaydı, 44 gün ərzində özlərini göstərərdilər. Bizimlə razılaşmağa məcburdurlar”,- deyə ekspert bildirib.

Əziz Əlibəyli Lavrovun Antalya səfəri barəsində də danışaraq Rusiya-Türkiyə münasibətlərindəki mövcud 2 nüansdan bəhs etdi.“ Rusiya NATO ilə toqquşur, Türkiyə də NATO üzvüdür. İndiki halda Rusiya Türkiyənin nazını çəkməyə sadəcə, məhkumdur.

İkinci nüans odur ki, Qara dənizdə, Liviyada, Suriyada Qərb Rusiyanı sıxışdırır, ona görə Rusiya Türkiyəyə maraqların toqquşduğu yerlərdə ən azı 4 il səbirlə davranacaq. Bayden hakimiyyətdə olduğu müddətdə Tramp tərəfindən Rusiyaya edilmiş güzəştlərin əvəzini çıxmağa çalışacaq. Rusiyaya təzyiqi artıracaq və bu məsələdə Türkiyənin də rolu önəmlidir. Kanal İstanbul layihəsinin də başladılması bu dövrə təsadüf edir. Türkiyə boğazlar üzrə Lozanna müqaviləsindən imtina edir. Elə bu nöqtədə də toqquşan maraqlar var. Suriya, Liviya, Aralıq dənizi, Ukrayna və Qarabağda Türkiyə Rusiyanın qarşısına çıxdı. Rusiyanın qırmızı xətti Ukraynadır. Amma Qarabağ məsələsində qırmızı xəttini tapdaya bilər. Biz bunu 44 gün içində gördük. İndi onun güzəştə getməsi gözləntidən daha çox məcburiyyətdir. Paralel məqam da ondan ibarətdir ki, Azərbaycanlılar Qarabağa köçmək istəyirlər, ermənilər isə ordan köçür. Son rəqəmələrə əsasən Ermənistan ərazisini 45000 nəfər tərk edib, onun da 15-20 min nəfəri Qarabağdan gedənlərdir. Xankəndidə evini satışa çıxaranların sayı-hesabı yoxdur”.

Rusiya Xarici İşlər Nazirliyinin məlumatına görə də, iyunun 30-da S.Lavrov Mövlud Çavuşoğlu ilə danışıqlar aparmaq üçün Antalyaya səfər edib. Görüşdə Çavuşoğlu və Lavrovun Cənubi Qafqaz, Orta Şərq və Şimali Afrika, Ukrayna, Şərqi Aralıq dənizi və Qara dəniz regionundakı vəziyyət, Suriya, Liviya və Əfqanıstan məsələlərini müzakirə edəcəkləri bildirilib.

İlhamə

Paylaş »
››› Türkiyəyə kimlər od vurdu: Hədəf Ərdoğandır, yoxsa dövlətin özü...
››› Türkiyədəki yanğınların təxribat olduğunu təsdiqləyən görüntülər - Video
››› “Patı” mafiyası, yoxsa, agentura: “Planlı işləyirlər”
››› 20 yaşlı gənc eyni toyda iki gəlinlə evlənib - Video
››› Alovun içində üzümüzü ağ edənlər: Azərbaycan qardaş ölkəyə necə dəstək verir...
››› PKK-ya bağlı olan terror təşkilatı: “Türkiyədə yanğınları biz törətmişik”
››› "Zaman dəyişsə də, Türk qadını dəyişmədi" - Foto
Son xəbərlər
Bütün xəbərlər »