Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bizi “qaz” yerinə qoyanlar utansın…
Nazirlər Kabineti

2020-ci ilin ağırlığını çiyinlərimizdən atıb, 2021-ci ilin gəlişinə sevinmişdik ki, Tarif Şurası bizi buna peşman etdi. İlin başlaması ilə bir çox sahələrdə, qiymətlərdə artımlar tətbiq edildi. Məsələn, yanvar ayında su, daha sonra isə dizel və benzinin qiyməti artırıldı. Nəhayət, dünən yəni, iyunun 30-da isə əhaliyə verilən təbii qazın qiyməti qalxdı.

Belə ki, əvvəl 2200 m3 olan və 10 qəpiyə satılın limit, indi 1200 m3-ə qədər azaldıldı. Yəni, əhali 1200 m3 qazın pulunu hər m3-ə görə 10 qəbikdən, 1200-2500 m3 arası 20 qəpikdən, 2500 m3-dən artıq olanda isə 25 qəpikdən ödəyəcək.

Budəfəki qiymət artımının digərlərindən bir fərqi var idi. O da, Tarif Şurasının qərarı gecə hamı yatandan sonra deyil, gündüz verməsi idi. Uzun müddətdən sonra nəhayət ki, Tarif Şurasının gündüz saatlarında da işlədiyini görmüş olduq.

Gələk əsas məsələyə… Bir ildən çoxdur ki, yaşadığımız böhranlı dönəm insanların gəlirlərinin azalmasına, iş yerlərinin bağlanmasına səbəb olmuşdu. İnsanlar bu dönəmi geridə qoyub normal həyata qayıtmağa, dirçəlməyə çalışırdı ki,  bu zaman da qiymətlər durmadan artmağa başladı. Onsuz da vəziyyəti ağır olan əhaliyə qiymət artımları da bir yandan zərbə oldu.

Hazırda yay fəslini yaşadığımız üçün bu artımın cibizimə nə dərəcədə girəcəyini hiss etməsək də, qışda insanların düşəcəyi vəziyyəti təsəvvür etmək belə istəmirəm. Qış aylarında qazdan istifadə üçün qoyulan limit onsuz da çox ailələrə bəs etmirdi. Buna da şükür deyib, başımızı aşağı salıb, qənaətlə dolanmağa çalışırdıq. Maraqlıdır, görəsən, bu qış dolana biləcəyikmi?

Ekspertlərin fikrinə görə, bu artım daha çox regionlarda yaşayan insanlara təsir göstərəcək. Səbəb isə rayonlarda qışın daha sərt keçməsi, evlərin ərazisinin daha geniş olmasıdır. Regionlarda yaşayan insanların büdcəsini nəzərə alsaq, bu qış onlara heç də xoş gəlməyəcək.

Dünənki qiymət artımından sonra buna etiraz əlaməti olaraq, sosial şəbəkə istifadəçiləri “etiraz edirəm”  aksiyası keçirməyə başlayıblar. Onlar “etirazedirəm” həştəqi ilə paylaşımlar edərək Tarif Şurasının son qərarının ləğv edilməsini tələb edirlər. Bu etirazları yaratmaq kimlərə sərf edir? Vətəndaşları narazı salmaqla nə əldə etmək istəyirlər? Təbii ki, hər zamankı kimi bu suallar da cavabsız qalmaqdadır.

Tarif Şurasının qərarından sonra bizə düşən yalnız odur ki, oturub dua edək, bu qış sərt keçməsin.

Leyla Mirzə

Paylaş »
››› Türkiyədə yanğın yerinə gələn nazir Çavuşoğlu sərt reaksiya ilə qarşılaşdı – Video
››› Admiral Türkiyədəki yanğınların arxasında gizlənən ölkənin adını açıqladı
››› Ana uşağına bez və yemək almaq üçün televizoru satışa çıxardı
››› Dünyanı qorxudan 8.2 bal gücündə zəlzələ: Sunami xəbərdarlığı edildi
››› Soros Fondu Azərbaycan-Ermənistan sərhədində nəsə “itirib” - Təhlil
››› İtaliyada yumruq böyüklüyündə dolu yağdı: Şəhəri cəhənnəmə çevirdi - Video
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
Son xəbərlər
Bütün xəbərlər »