Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ermənistan mətbuatı: "Niyə bizim ölkəyə Moskvadan qubernator təyin olunmur?"
İrəvanda Respublika meydanında mitinq

Ermənistan mətbuatında dərc edilmiş bir material Qarabağda Azərbaycanın qələbəsindən sonra sülhməramlı rolunu üzərinə götürmüş Rusiyanın məsələyə necə yanaşması barədə həqiqətləri göz önünə sərir. Bizlər açıq deyə bilməsək də, düşmən tərəfin etiraflarından belə görünür ki, əslində Ermənistanla yox, Rusiya ilə aparmışıq.

Ermənistan müxalifətinin saytında dərc olunmuş materialda rəsmi İrəvanın faktiki olaraq təhlükəsizlik məsələlərini Rusiyanın əlinə verdiyi yazılır. Müəllif soruşur ki, belə olan tərzdə baş nazir Ermənistanın nəyinə lazımdır, Rusiyanın təyin etdiyi qubernatorla məsələni bitmiş hesab etmək olardı.

“Bizi Rusiya silahlandırır, Rusiya qoruyur, sərhədimizə Rusiya baxır, bəs onda biz nə edirik, bizim hakimiyyət nə edir? Ermənistan Təhlükəsizlik Şurasının katibinin müsahibəsini oxudum və anladım ki, Ermənistan xalqının 53 faizi Paşinyana nə üçün səs verib. Şvonder populizminə səs verilib . Biz tamamilə infantil maraqlar və öz üzərindən bütün məsulıyyətin götürülməsi hesabına yaşayırıq. Moskva bizim əvəzimizə Bakı ilə danışıqlara gedir, mövzu Azərbaycan qoşunlarının Ermənistan ərazisindən çıxarılması (?) və təmas xəttinə Rusiya əsgərlərinin yerləşdirilməsidir. Bu problemlər müzakirə ediləcək, özü də Ermənistanın iştirakı olmadan. Ermənistan xalqının isə görünür, daha vacib işləri var”,- deyə müəllif ölkəsinin düşdüyü tragikomik vəziyyəti təsvir edib.

Materialda ordunun durumuna da diqqət çəkilib: "Bunun üstünə onu da gəlsək ki, hazırda zəif, lakin zəif olsa da belə, ordu adlanan qurum tamamilə dağılır, o zaman bizim qarşımızda silahlı qüvvələri olmayan, öz təhlükəsizliyini başqa ölkəyə tapşırmış tipik banan respublikası qalır. Bununla bağlı məndə sual yaranır, bizim baş nazir nəyimizə lazımdır, niyə onun yerinə Moskvadan qubernator təyin olunmur?

Bizi Rusiya qoruyur, Rusiya silahlandırır, sərhəd nəzarətini Rusiya həyata keçirir, onda sual olunur - seçilmiş baş nazir nə iş görür? Onların hazırda bizə xeyri nədir? Bir daha qeyd etmək istəyirəm, bu sadə iddia deyil, yaşadıqlarımız sadə xalqın demokratik səsverməsinin nəticəsidir”,- deyə müəllif qeyd edib.

İlhamə

Paylaş »
››› Leyla Şıxlinskaya külli miqdarda borca görə məhkəmə qarşısında
››› “9 aydan sonra Qarabağda Ermənistan əsgəri qalmayacaq”
››› 15 yaşlı qız atasını ürəyindən bıçaqladı
››› 2 min ildən çox əl vurulmayan meyvə dolu səbət tapılıb - Foto
››› "Bizi otağa saldılar, qol çəkdirdilər, guya biz icra başçısından razıyıq"
››› Məşhur müğənni Della Mayls Qarabağa aid mahnı oxudu - Video
››› Ərdoğan Dövlət Baxçalını evində ziyarət edib
Son xəbərlər
Bütün xəbərlər »