Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Çin hədələdi: Onların başını əzərik
Pekin, Çin

Çin Xalq Partiyasının sədri Si Tsinspin Çini qul etmək istəyənlərin başını əzməklə hədələyib.

O deyib ki, 1,4 milyard nəfərlik Çin xalqı istənilən gücə qarşı dayanmağa qadirdir.

Si Cinpin

“Çin xalqı ədalət naminə mübarizə aparır. O zorakılıqldan , təhdidlərdən qorxmur.Biz heç bir xalqı alçaltmamışıq, lakin bizi əzmək, qul etmək istəyənlərin başını əzərik.Biz xarici güclərin bizə diqtə etmək siyasətini qəbul edə bilmərik. Çini alçaltmaq istəyənlər qarşılarında dəmir divar görəcəklər və başları bu divara dəyib əziləcək”.

O bildirib ki, Çin başqa ölkələrin təcrübələrindən istifadə edəcək, lakin zəhlətökən göstərişləri də qəbul etmək niyyətində deyillər.

“Yeni era yaranıb. Dünyanın böyük dövlətləri Çinə bərabərhüquqlu olmayan müqavilələr, sazişlər təqdim edə bilməzlər, biz artıq ayağa qalxmışıq və heç kimə öz taleyimizi həll etmək imkanı verməyəcəyik”.

Partiya rəhbəri qeyd edib ki, ölkə hakimiyyəti Çinin Xalq Azadlıq Ordusunu dünyanın ən güclü silahlı qüvvələri sırasına gətirməlidir. O Çinin suverenliyi üçün modernləşmənin və müdafiə qüdrətinin artırılması yönündə işlər getdiyini də vurğulayıb.

İlhamə

Paylaş »
››› Bozdağın qoynunda gizlənmiş inci: Yeni turizm cənnəti - Fotolar
››› “Altı aydan sonra Qarabağda Ermənistan əsgəri qalmayacaq”
››› 15 yaşlı qız atasını ürəyindən bıçaqladı
››› Türkiyədə yanğınlar, Yunanıstanda 46 dərəcə isti: Kəndlər evakuasiya olunur
››› Leyla Şıxlinskaya külli miqdarda borca görə məhkəmə qarşısında
››› Rusiya ilə Baltikyanı ölkə arasında böhran dərinləşir
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
Son xəbərlər
Bütün xəbərlər »