Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azərbaycanlı deputatdan Ermənistan prezidentinə çağırış
Armen Sarkisyan

Ermınistan prezidenti Armen Sarkisyan İspaniyanın El Pais qəzetinə müsahibə verib. Bu müsahibə ilə bağlı Milli Məclisin deputatı Fazil Mustafa paylaşım edib.

Sarkisyanın müsahibəsində bir neçə məqam diqqəti çəkir. Bizimyol.info Fazil Mustafanın paylaşdığı həmin hissəni təqdim edir: “Mən ehtimallarla danışmağı sevmirəm. Mən və baş nazir iki fərqli nəslə və fərqli təcrübələrə sahib insanlarıq. Rəqib Azərbaycanı belə fərqli tanıyırıq. Bu səbəbdən hər durumda nəticələr fərqli ola bilirdi. Tam olaraq necə ola biləcəyini söyləyə bilmərəm, çünki burada rol oynayan, sadəcə, müzakirəçilər değil, xarici amillərdir. Ancaq bu durumda bunu unudub gələcəyə diqqət yetirməmizin vacibliyini düşünürəm. Tariximizdə soyqırım kimi əsla unutmayacağımız hadisələr olmuşdur. Qarşı tərəfin də başqalarının dəyərlərinə, kültürünə, tarihinə sayğı göstərmədiyi durumda, əlaqə də qura bilməyəcəyini anlaması önəmlidir. Qonşulaımızla münasibətlərimiz sərhəddə və əsgər sayına bağlı olmayacaq. Eyni ölkələr 26 il öncə də savaşa girdi və ermənilər qazandı. Sabah nə olacağını haradan bilməmiz mümkündür? İndi Azərbaycan bəsit bir addım ataraq erməni savaş əsirlərini evlərinə geri verə bilir. Qırıq bir münasibət qurmaq üçün kiçik, amma önəmli bir addım olacaqdır. Türkiyə Ermənistan ilə münasibətlərini normallaşdırmaq istəyir, bu isə normaldır. 106 il öncəki soyqırımın təşkilatçısı Ərdoğan deyildi. Lakin üzr istəmək üçün güçlü olmak lazımdır. Üzr istəmək bir gücdür, zəiflik deyil”.

Fazil Mustafa Fazil Mustafa

Deputat Fazil Mustafa öz paylaşımında Ermənistan Prezidentinin bu bəyanatını şərh edərək yazır ki, Prezident Ərdoğanın qondarma "erməni soyqırımı"na görə günahkar olmadığı deyilirsə, Xocalı soyqırımına görə günahkarlar məlumdur və sağ-salamatdırlar. Deputat erməni prezidentə çağırış edir ki, Qarabağdakı azərbaycanlı qətliamlarının, o cümlədən, Xocalı soyqırımınınn təşkilatçıları olan Robert Köçəryan və Serj Sarqsyan Azərbaycana təhvil verilsin. Beləliklə, Azərbaycanlı deputat Ermənistan prezidentinə mesaj göndərib ki, günahı olmayandan üzr tələb etmək əvəzinə, günahı olanlara cəza verilməsini təmin etsin.

Paylaş »
››› “Ölmək ölməkdir, normal üsulla ölün” - Ekspertdən qadınlara məsləhət
››› Tanınmış telejurnalist həkimi məhkəməyə verdi
››› İsrail alimləri koronavirusin qarşısını alan dərman tapıblar
››› Hökumət 7 aydır tibbi sığorta adı ilə pul yığır, əvəzində heç nə vermir
››› Yeni qapanmaya doğru qulaqçəkmə əməliyyatı
››› Prezidentdən Nəcməddin Sadıxovun yerinə yeni təyinat: "Orduda islahatlar olacaq"
››› Yollardan istifadə qaydaları əleyhinə inzibati xətalara görə cərimə ödəniləcək
Son xəbərlər
Bütün xəbərlər »