Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Möcüzənin tarixi, tarixin möcüzəsi: qədim Perge - Fotolar
Qədim Perge şəhəri

Ötən həftə gerçəkləşən Antalya media-turunun ikinci günündə qədim Perge şəhərini ziyarət etdik. Tarixi sirrlərlə və incəsənət inciləri ilə dolu bu şəhəri yaxından tanıyaq.

Perge şəhəri Roma qapısı şimal hissəsi Perge şəhəri Roma qapısı şimal hissəsi

Antalya şəhərinin mərkəzindən 17 km şərqdə yerləşən Ağsu qəsəbəsinin qədim tarixə malik Perge şəhəri, Hitit dövründə mövcud olsa da, Roma imperatorluğu dövründə ən nizamlı şəhərlərdən biri olub. Memarlığı və heykəltaraşlığı ilə məşhur olan bu şəhərdən tapılan tarixi əsərlər Antalya muzeyini ən önəmli muzeylərdən birinə çevirib.

Perge şəhərinin şimal və cənub istiqamətində uzanan iki əsas küçəsi var. Bu günə kimi qorunub saxlanılan 15 min izləyici tutumuna malik teatrı və onun da 2-ci yüzillikdə tikilmiş iki mərtəbəli səhnə binası bu şəhərin ən çox ziyarət edilən turistik yerlərindəndir.

Perge şəhəri teatrı Perge şəhəri teatrı

Türkiyənin ən yaxşı qorunmuş qədim stadionlarından biri də qədim Perge şəhərində yerləşir. 12 min izləyici tutumuna malik stadionda tarixi qladiator döyüşləri, atletik qaçış yarışları və güləş müsabiqələri keçirilib. Bu stadionda xüsusilə 3 atlı araba yarışların keçirildiyi qeyd olunur. Bu yarışların özünəməxsus qaydaları mövcud olub. Belə ki, arabanın arxa hissəsindəki iki sütundan birində bir dəyənək və bu dəyənəyin üzərində mərmərdən hazırlanmış 7 simvolik əşya olub. Arabada atları idarə edən qladyatorlar, stadionu 7 dəfə dövrə vurublar. Hər dövrədə 1 əşyanı çıxarıb yerə atırmışlar ki, izləyicilər də yarışın hansı mərhələdə olduğunu anlasın.

Perge şəhəri stadion girişi Perge şəhəri stadion girişi

Perge şəhəri stadionu Perge şəhəri stadionu

Şəhərin tarixi qapılarından olan Roma qapısı hələ də öz tarixi qoxusunu üzərində saxlayır. Qapının üzərində və başqa bir çox qalıntılarda zəfərin simvolu olan dəfnə yarpağı və bərəkəti təmsil edən çiçəklər rəsm edilib. Qapının ən yuxarısında "kilid daşı" deyilən gizli bir mühəndislik sirri var. Rəsmin olduğu hissədəki daş və onun üzərindəki daş - iki kilid daşı çıxarılarsa, bütün qapı dağıla bilər. Abidələrdə yapışdırıcı olaraq yumurta ağındanistifadə olunub, ancaq kilid daşı bu tip abidələrdə böyük önəmə sahib idi. Heykəltaraşlıq məktəblərindən birinin də yerləşdiyi bu qədim şəhər mühəndislik və heykəltaraşlıqda öz dövrünün ən üst səviyyəsinə qalxmışdı. Bu şəhərdə tanrıların, kralların və şəhərin inkişafında töhfəsi olan varlı insanların heykəlləri hazırlanıb.

Perge şəhərinin əhalisi, əsasən, varlı insanlardan ibarət olub və şəhərin mərkəzi hissəsində yaşayan varlı təbəqənin kölələri vardı. Hətta şəhərin xüsusi adlarından biri, Pergenin qızı olaraq adlandırılan Plancia Magna adındakı varlı bir qadına məxsusdur. Var-dövlət sahibi bu qadın şəhərin inkişafı üçün öz imkanlarını səfərbər etdiyi üçün xeyriyyəçi qadına yerli xalq indiki icra başçısı və ya bələdiyyə başçısı kimi bir ünvan verib.

Tarixi hamamların və döyüş təlimi yerlərinin olduğu məkanlarla dolu şəhərdə güləş təlimləri öncəsində zeytin yağıyla güləşçilərin bədənləri yağlandıqdan sonra qumla təmizlik edilib. Təlimlərdən sonra buzlu su hovuzlarında bədən şoklaması gerçəkləşdirilib. Hamam kompleksinin içərisində ilıq, isti və soyuq su hovuzlarından təlim sonrasında təmizlənmək məqsədi ilə istifadə edilib. İsitmə sistemi odun kömürü vasitəsilə təmin edilib.

Perge şəhəri hamam kompleksindən görüntü Perge şəhəri hamam kompleksindən görüntü

Peşəsini sevdiyi üçün yunan dilini də öyrənməyə başlayan bələdçimiz Məltəm Karamete, tarix qoxulu abidələr haqqında kitablarda yazılmayan məlumatları da bizimlə bölüşdü. Tarixi hamamların içərisindəki divarlarda və döşəmələrdə mərmər olduğunu, ancaq şəhərin dəfələrlə yaşadığı zəlzələdən sonra mərmərlərin dağıldığını dedi. Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi qalan mərmərləri qorumaq üçün xüsusi tədbirlər alıb.

"Şəhərin mərkəz hissəsində yerləşən və "aqora" adlandırılan ticarət yerlərindəki düzülüş də özünəməxsus görünümə sahib olub. Bir içəridən, bir çöl tərəfdən qapıları olan ticarət yerlərindən əlavə ölkədəki başqa aqoralardakı kimi buradakı aqoranın da mərkəzində ibadət ocağı vardı. Buranı ziyarət edən yerli əhali öz tanrılarına hədiyyələr gətiriblər. Aqorada yerləşən ticarət dükanlarından ikisinin tarixdən bu günə qalan bir izi var. Yanaşı girişə məxsus bu iki məkanın bir ailənin iki üzvünə sahib olduğunu demək olar. Üzərinə ilan və bıçaq həkk edilmiş daşın olduğu yerdə təbabətdə də istifadə olunan şəfalı bitkilərin, səthində yunus balığı rəsmli daşın olduğu yerdə isə dəniz məhsullarının satışı edilib." - deyə Məltəm xanım söylədi.

Perge şəhəri Aqorasında əczacı Perge şəhəri Aqorasında əczacı

Perge şəhəri Aqorasında balıqçı Perge şəhəri Aqorasında balıqçı

Ağsu çayı yaxınlığında yerləşən bu qədim liman şəhəri öz tarixindən dərin izlər saxlayır. Hər il qazılan və hələ də antik əsərlər tapılan Perge şəhərinin gəlib görməyi tövsiyə edirik.

Qədim Perge şəhərinə məxsus şəkilləri aşağıdakı paylaşımda sizinlə bölüşürük:

Orxan Musa

Bizimyol.info

Paylaş »
››› Türkiyədə yanğın yerinə gələn nazir Çavuşoğlu sərt reaksiya ilə qarşılaşdı – Video
››› Admiral Türkiyədəki yanğınların arxasında gizlənən ölkənin adını açıqladı
››› Deputatdan şillə-təpikli "təşəkkür"
››› Sərxoş deputat polisi evindən yuxudan qaldıraraq öz obyektində döyüb
››› Cins şalvar geyindiyi üçün döyüldü, körpüdə asılı tapıldı
››› Biri qanunverici, digəri qanun keşikçisi - Polisi döyən deputatın axırı necə olacaq...
››› Deputat Eldəniz Səlimov polisi döyüb - DİN hadisəni təsdiqləyib
Son xəbərlər
Bütün xəbərlər »