Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
General Süleymaninin öldürülməsində əli olan zabit bazada ölü tapıldı
Qasım Süleymani - Ceyms Uillis

ABŞ Hərbi Hava Qüvvələrinin zabiti Ceyms Uillis Qətərdəki Əl-Udeyd aviabazasında ölü tapılıb.

Virtualaz.org xarici KİV-lərə istinadən xəbər verir ki, İran xüsusi xidmət orqanları onu İnqilab Keşikçiləri Korpusunun “Əl-Qüds” briqadasının komandanı, general Qasım Süleymaninin öldürülməsi əməliyyatında iştirakına görə axtarırdı.

Bildirilir ki, Hərbi Hava Qüvvələrinin 55 yaşlı polkovnikinin ölümü döyüş əməliyyatları ilə əlaqəli deyiş. Hazırda ölümün səbəbləri müəyyənləşdirilir. Uillis ABŞ HHQ-nin “Qırmızı at” eskadrilyasına komandanlıq edirdi. O, Birləşmiş Ştatlar ordusunun regiondakı əməliyyatlarını dəstəkləmək üçün Qətərə ezam edilmişdi.

Zabitin komandiri Kliffod Teoni bildirib ki, xidmət yoldaşları Uillisin ailəsinə, dostlarına və bölməsinə dəstək vermək üçün bütün resursları səfərbər ediblər. “O, bizim komandanın üzvü idi və biz onun üçün çox darıxacağıq”,-komandir deyib.

Bu ilin yanvarında “Əl-Qüds” briqadasının indiki komandiri, briqada generalı İsmayıl Kaani Süleymaninin öldürülməsində əli olanların hamısından qisas alacaqlarını bildirmişdi. “Siz bundan sonra hətta öz evinizdə belə rahat otura bilməyəcəksiniz və qisasın sizi məhz evinizdə haqlayacağı ehtimalı az deyil”,-general hədələyib.

Qasım Süleymani 2020-ci il yanvarın 3-də ABŞ xüsusi xidmət orqanlarının həyata keçirdiyi, “Mossad”ın dəstəklədiyi əməliyyatla Bağdad aeroportu ətrafında öldürülüb. Onun olduğu avtomobilə ABŞ-ın pilotsuz təyyarələri “Cəhənnəm odu” raketləri ilə zərbələr endirib. Süleymani ilə birlikdə daha bir neçə zabit, o cümlədən İraqdakı şiə yaraqlılarının komandiri Əbu Mehdi əl-Mühəndis də öldürülüb.

Paylaş »
››› “Ölmək ölməkdir, normal üsulla ölün” - Ekspertdən qadınlara məsləhət
››› İsrail alimləri koronavirusin qarşısını alan dərman tapıblar
››› Tanınmış telejurnalist həkimi məhkəməyə verdi
››› Yeni qapanmaya doğru qulaqçəkmə əməliyyatı
››› Hökumət 7 aydır tibbi sığorta adı ilə pul yığır, əvəzində heç nə vermir
››› Prezidentdən Nəcməddin Sadıxovun yerinə yeni təyinat: "Orduda islahatlar olacaq"
››› Deputat və ruhanilər öz işini görsəydi...
Son xəbərlər
Bütün xəbərlər »