Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Çavuşoğlu-Lavrov görüşündə Rusiya tərəfindən maraqlı etiraflar
Mövlud Çavuşoğlu - Sergey Lavrov

İyunun 30-da Türkiyədə XİN başçısı Mövlud Çavuşoğlu və Rusiya XİN başçısı Sergey Lavrov arasında gözlənilən görüş baş tutub. Baş tutmuş bu görüş zamanı tərəflər arasında bir çox məsələlər müzakirə olunub. Mətbuata verilən açıqlamalardan belə qənaətə gəlmək olar ki, Cənubi Qafqaz məsələsi tərəflər arasında müzakirə olunan ən məhsuldar məsələlərdən biri olub.

Rusiya XİN başçısı Sergev Lavrov kommunikasiyalar məsələsinə toxunaraq bildirib ki, "biz əminik ki, bölgədəki ölkələrin və qonşuların, o cümlədən Türkiyə və Rusiyanın iştirakı ilə nəqliyyat kommunikasiyalarının açılması, Cənubi Qafqazda çoxşaxəli iqtisadi əməkdaşlığın təşviqi üzrə səylər Qarabağda vəziyyətin hərtərəfli sabitləşməsinə xidmət edəcək”.

“Fikrimcə, Rusiya XİN başçısı Segey Lavrovun belə açıqlama verməsini təsadüfi hesab etmək doğru olmazdı. Lavrov yaxşı başa düşür ki, Türkiyə və Azərbaycanın iştirakı və razılığı olmadan nəyinsə əldə edilməsi o qədər də inandırıcı deyil. Həm Ermənistan, həm də Rusiya üçün regionda mövcudluğunu qoruyub saxlamağın yolu iqtisadi və kommunikasiya əlaqələrinin qurulmasından keçir.

Rusiya xarici işlər naziri Sergey Lavrov Mövlud Çavuşoğlu ilə birgə mətbuat konfransında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Şuşa səfərinə də toxunub və bildirib ki, "Ərdoğanın Şuşaya səfəri Türkiyə və Azərbaycan arasındakı ikitərəfli münasibətlər kontekstində baş tutub. Biz bu gün Çavuşoğlu ilə razılaşdıq ki, hər kəs öz imkanından istifadə edərək Azərbaycanla Ermənistanın münasibətinin normallaşmasına, hər iki xalqın bu torpaqlarda yan-yana, mehriban qonşuluq şəraitində yaşamalarına şərait yaratmağa kömək etsin. O zaman istənilən bütün məsələləri, o cümlədən siyasi məsələləri həll etmək daha asan olacaq”. Bu fikirləri siyasi şərhçi Samir Hümbətov Bizimyol.info-ya açıqsalaması zamanı bildirib.

Samir Hümbətov Samir Hümbətov

Siyasi şərhçinin sözlərinə görə, Lavrov verdiyi bu açıqlama ilə etiraf etmiş oldu ki, Türkiyə Azərbaycan üçün təminatçı ölkədir və Azərbaycana qarşı hər hansı təzyiq göstərməkdənsə, Türkiyə ilə mehriban münasibət qurub, Türkiyənin vasitəsilə Azərbaycandan hansısa məsələdə razılıq almaq məcburiyyətindədirlər.

“Lavrov bildirib ki, Türkiyə və Rusiya üçün əməkdaşlığın əlavə istiqamətlərindən biri regionda, yəni Cənubi Qafqazda ticari-iqtisadi, nəqliyyat əlaqələrinin bərpa edilməsidir. O, fikirlərini bununla əsaslandırıb ki, "Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın və Azərbaycan Prezidenti İlham Əliyevin regionun inkişafı üçün "3+3” mexanizminin yaradılması təklifi bizdə müsbət reaksiya doğurub. Bu gün biz bu barədə də danışdıq və ilk vaxtlar üçün yaxşı planlarımız var. Bir daha təkrar edirəm, Azərbaycan-Ermənistan məsələsində sıx və səmərəli əməkdaşlıq bizi qane edir”.

Rusiya XİN başçısının bu açıqlamaları onu göstərdi ki, bir neçə məsələ özləri üçün daha yaxşı aydındır: Birincisi, Rusiya artıq regionda dominant mövqedə deyil. Artıq regionda Türkiyə də var və Rusiya onunla hesablaşmağa məcburdur. İkincisi, Azərbaycan Türkiyənin qırmızı xəttidir və o xətti tapdamaq olmaz. Üçüncüsü, əgər Rusiya Ermənistanı mövcud durumdan xilas etmək istəyirsə, həm Türkiyə, həm də Azərbaycanla dil tapmağı bacarmalıdır. Dördüncüsü, Zəngəzur dəhlizinin açılması və kommumikasiyaların qurulması sanksiyalar səbəbindən çətin vəziyyətdə olan Rusiya iqtisadiyyatının yenidən canlanmasına təkan ola bilər. Xüsusilə də 3+3 formatında təklif edilmiş platforma daha məntiqəuyğundur.

Nəhayət, Lavrovun çıxışından belə qənaətə gəlmək olar ki, Rusiya indi daha çox regionda mövqeyini qorumağa çalışır”.

Leyla Mirzə

Paylaş »
››› Avqustda bürcləri nə gözləyir...
››› Eldar Həsənovun vəkilləri Prezidentə müraciət etdi: “170 dəfədən çox yıxılıb”
››› Parlamentdə “şellən, amma ilişmə” prinsipi
››› Milli Məclis polisi döyən deputata görə növbədənkənar toplanır
››› Baş prokuror deputatın toxunulmazlığının ləğvi üçün Milli Məclisə təqdimat göndərib
››› "Qarabağ"ın pley-off mərhələsindəki potensial rəqiblərinin sayı azalıb
››› Prezidentin tapşırığına əsasən Azərbaycan Türkiyəyə yardım göndərib
Son xəbərlər
Bütün xəbərlər »