Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Qaradağ Rayon Polis İdarəsinə yeni rəis təyin edilib
Vilayət Eyvazov

Daxili işlər orqanlarında yeni kadr təyinatı olub.

Bununla bağlı daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Nizami Rayon Polis İdarəsinin rəisi, polis polkovniki Ədalət Abbasov vəzifəsindən azad edilərək, Qaradağ Rayon Polis İdarəsinin rəisi təyin olunub.

Daxili İşlər Nazirliyinin Mətbuat xidməti “Report”a faktı təsdiqləyib.

Qeyd edək ki, daha əvvəl Qaradağ Rayon Polis İdarəsinin rəisi vəzifəsində polis polkovniki İsfəndiyar Mehbalıyev idi. O, ötən ay öz arzusu ilə daxili işlər orqanlarından xaric edilib.

Xatırladaq ki, İ.Mehbalıyev Prezidentin keçmiş köməkçisi, Prezident Administrasiyasının ləğv olunmuş İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənоvun kürəkənidir.(report)

Paylaş »
››› Türkiyədə yanğın yerinə gələn nazir Çavuşoğlu sərt reaksiya ilə qarşılaşdı – Video
››› Admiral Türkiyədəki yanğınların arxasında gizlənən ölkənin adını açıqladı
››› Ana uşağına bez və yemək almaq üçün televizoru satışa çıxardı
››› Soros Fondu Azərbaycan-Ermənistan sərhədində nəsə “itirib” - Təhlil
››› Biri qanunverici, digəri qanun keşikçisi - Polisi döyən deputatın axırı necə olacaq...
››› Sərxoş deputat polisi evindən yuxudan qaldıraraq öz obyektində döyüb
››› Cins şalvar geyindiyi üçün döyüldü, körpüdə asılı tapıldı
Son xəbərlər
Bütün xəbərlər »