Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Gəlir səviyyəsi də dəyişib, amma qaz qiyməti kimi yuxarıya yox, aşağıya doğru
Təbii qaz

Dünən Tarif Şurasının qazın və  elektrik enerjisinin qiymətlərinin “ dəyişdirilməsi “ ilə bağlı açıqlaması əhalidə həm acı gülüş, həm də etiraz oyatdı. Tarif Şurasının ifadəni mülayimləşdirmək üçün “qaldırılıb” əvəzinə “dəyişdirilib” deməsi həqiqət dəyişmir. Əhalinin  gəlir səviyyəsi də dəyişib, amma qaz qiyməti kimi yuxarıya doğru deyil, aşağılara doğru. İndi bayaqdan da ayağımıza  gödək gələn yorğanımız gödəlib çatıb dizimizə.

İqtisadçı ekspert Qubad İbadoğlu bildirib ki, qazın qiymət artımı elektrik enerjisinin də bahalaşmasına gətirib çıxaracaq. Çünki hazırda elektrik stansiyalarının 85 faizi qazla işləyir, onlar üçün əvvəlki qiymət 1 qəpik bahalaşıb. Qeyd edək ki, elektrik enerjisində nəzərdə tutulan bahalaşma hələlik əhali qrupunu əhatə etmir. Ekspert iddia edir ki, tezliklə ictimai nəqliyyatda da qiymətlər artacaq.

Qubad İbadoğlu Qubad İbadoğlu

“Yazırdıq inanmırdınız, əhali qrupu üçün təbii qazın qiyməti qaldırıldı. Yaxın zamanlarda, elektrik enerjisi, ictimai nəqliyyatda gediş haqları da artırılacaq”,- deyə o bildirib.

Ümumilikdə artım  sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub və “etiraz edirəm”  başlığı altında həştəqlər yayılmaqdadır.

İqtisadçı Rövşən Ağayev  qeyd edib ki, qaz təsərrüfatında zərərin büdcədən qarşılanması ilə bağlı əsaslandırma yetərli arqument və faktlarla göstərilməyib.

Rövşən Ağayev Rövşən Ağayev

Əvvəla, qaz təsərrüfatının maliyyə fəaliyyətilə bağlı ətraflı maliyyə hesabatları yoxdur. Məsələn, “Azərsu”-nun timsalında məlum oldu ki, zərərin şişməsinin fundamental səbəblərindən biri aktivlərin dəyərsizləşməsi və əsas vəsaitlərin amortizasiyası xərclərinin həddən artıq nəhəng məbləğ təşkil etməsidir. Bir sıra peşəkar auditorlar da bu xərc maddələrinin bəzi hallarda subyektiv amillər səbəbindən şişirdilməsi, nəticədə isə zərərin böyüdülməsi üçün münbit imkanlar açdığını qeyd edirlər.

“Azəriqaz”-ın isə ayrıca hesabatı yoxdur. Əgər olsa idi, satışların maya dəyəri və satışlardan əldə olunan gəlirlər hesabına ümumi mənfəəti, müxtəlif xərc növləri və əməliyyat zərərinin ümumi həcmi, eləcə də zərəri formalaşdıran xərc maddələri barədə məlumatları görmək mümkün olardı. Yalnız görünən odur ki, hər 1000 kubmetr qazın istehsal maya dəyəri 70 manatı ötmür ki, bu da əhaliyə satılan qiymətdən əhəmiyyətli dərəcədə aşağıdır. Güman ki, zərər nəqliyyat sistemində yaranır.

Aydındır ki, qaz təsərrüfatı dövlət büdcəsindən hər il böyük subsidiya alır. Amma nə qədər alır? Niyə ictimaiyyət şəffaf şəkildə bunları görə bilməməlidir?”,- deyə o qeyd edib.

Ekspert  bildirib ki,  qaz nəqli təsərrüfatını təcili olaraq dövlətsziləşdirmək lazımdır. Dövlətdən fərqli olaraq özəl subyekt investisiya xərclərini daha şəffaf idarə edəcək, mənfəət qazanmaq üçün daha effektiv xərcləyəcək, nəticədə zərərini üfürüb şişirdərək vətəndaşın cibinə yükləməyəcək...

Hüquq müdafiəçisi Sahib Məmmədov isə ölkədə işsizliyin real göstəricisinin rəsmi göstəricilərlə fərqli olmasından bəhs edib:

Sahib Məmmədov Sahib Məmmədov

“Ölkədə təxminən 6 800 000 əmək qabiliyyətli əhali var. Rəsmi statistika deyir ki, onlardan 5 milyonu işləyir . Amma muzdla işləyənlər 1,5-1,6 milyon nəfərdir ki, onun da az qala 1 milyonu dövlət sektorudur. Belə götürək ki, təxminən 300 000 nəfər də əmək müqaviləsi online sistemdə olmayanlar və ya mülki-hüquqi müqavilə ilə işləyib faktiki əmək münasibətində olanlardır. Bu oldu 1,9 milyon nəfər, lap olsun 2 milyon. Qalan 3 milyon barədə dövlətdə məlumat yoxdur. Hər ailədə iki nəfər əmək qabiliyyətli olsa, 1,8 milyon nəfər torpaqdan istifadə etdi, ya etmədi, məşğul sayılır. Qalır 6 800 000 nəfərdən 1 800 000 nəfəri. Bəs bunları neynəyək? Yerini tapıblar. Onlar da iqtisadi qeyri-fəal əhalidir. Yəni işləmək istəmirlər. Dövlətin dediyinə inansaq, dünyanın ən tənbəl xalqıyıq .Əmək qabiliyyətli əhalinin az qala dörddə biri işləmək istəmir . Əslində isə iş axtarmır, çünki bilir ki, iş yoxdur”.

Hər bir halda hökumət də əhalinin  ayağına baxıb yorğan sərməyi düşünməlidir. Günah həmişə öləndə olmamalıdır.

İlhamə

Paylaş »
››› Ən çox mina tapan... minaya düşdü - Fotolar
››› David Babayan: Azərbaycan və Türkiyə dürüst düşmənlərdir
››› “Biz Ermənistana kömək edib, onun ərazisində əməliyyatlar aparacağıq”
››› Tanınmış idmançı: “Xaricdən süpürgəçini gətirib “məşqçi” kimi təqdim edirlər”
››› Ölkəyə səs salacaq məhkəmə prosesində hazırlıq iclası keçirilir
››› “600 min pul alıb, bunun oynamağına bax”
››› Sabiq nazirin ölkədən çıxışına qadağa qoyulubmu... - Açıqlama
Son xəbərlər
Bütün xəbərlər »