Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Əgər qaz Azərbaycana pulsuz verilirsə, əhali üçün qiymət artımı hansı məntiqdən qaynaqlanır?"
Neft, qiymət

Iyun ayının 30-da Tarif Şurasının növbəti iclası keçirilib və əhaliyə satılan təbii qazın qiyməti artırılıb. Belə ki, əvvəl 2200 m3 olan və 10 qəpiyə satılın limit, indi 1200 m3-ə qədər azaldılıb. Yəni, əhali 1200 m3 qazın pulunu hər m3-ə görə 10 qəbikdən, 1200-2500 m3 arası 20 qəpikdən, 2500 m3-dən artıq olanda isə 25 qəpikdən ödəyəcək.

Tarif Şurası bildirir ki, qaz istehlak həcmi bir milyard kub metr (2.7 milyard kub metrdən 3.7 milyard kub metrə) artıdığına görə, dövlət büdcəsinə yük olmaması üçün bu addım atılıb.

“Keçən ilin avqust ayının 6-da “Azərbaycan İnvestisiya Holdinq”i yaradıldı. Bu holdinq yaradılarkən hökumət tərəfindən bəyan olunmuşdu ki, bu İnvestisiya Holdinqi dövlət şirkətlərinin işinin optimallaşdırılması, təkmilləşdirilməsi, dövlət tərəfindən datasiyaların azaldılması üçün işlər görəcək. Amma bir ilə yaxın vaxt keçməsinə baxmayaraq, təssüf ki, dövlət şirkətlərinin idarə edilməsi, təkmilləşmənin və effektivliyin artırılması prosesesi əvəzinə biz qiymət artımının sürətləndiyini görürük”.

Bu fikirləri iqtisadçı Natiq Cəfərli Bizimyol.info-ya açıqlaması zamanı bildirib. Onun sözlərinə görə, datasiyaların ləğv edilməsinin yeganə yolu kimi təssüf ki, qiymət artımını gördülər.

Natiq Cəfərli Natiq Cəfərli

“Biz bunu yanvar ayında suyun, daha sonra isə dizel yanacağının və benzinin qiymətinin artması ilə müşahidə etdik. İndi isə əhaliyə satılan təbii qaz qiymətlərinin artımını görürük.

Bu qiymət artımı təxminən 65-70 faiz əhaliyə təsir edəcək. Çünki əhalinin 70 faizə yaxını 1200 m3-lik normanı mütləq aşacaq. Aşmaması mümkün deyil. Bu, əsasən regionlarda və kənd evlərində daha çox hiss olunacaq. Əhalinin regionlarda daha az təminatlı, gəlirli olduğunu nəzərə alsaq, qiymət artımı regionda yaşayan əhaliyə daha pis təsir edəcək və onların büdcəsinə daha böyük zərbə olacaq

Buna zərurətin olub-olmamasını dövlət şirkəti olan SOCAR izah etməli idi. Amma biz buna izah görmədik. Benzinin qiyməti artarkən dünya bazarlarında gedən prosesi misal çəkdilər, amma biz görmüşdük ki, dünya bazarlarında neftin qiyməti kəskin ucuzlaşarkən bizdə benzinin qiyməti ucuzlaşmadı. Qazın qiyməti də eyni qaydada”.

İqtisadçının sözlərinə görə, bu addımın “Azəriqaz”ın izafi xərclərinin azaldılması və gəlirlə işləməyə sövq edilməsi üçün atıldığı söylənilir, amma bu doğru yanaşma deyil.

“Çünki Azəri-Çıraq-Günəşli yatağı işə başlayan vaxtdan bu günə qədər Azərbaycana qaz pulsuz verilir. Bu haqda isə danışan yoxdur. Əgər qaz Azərbaycana pulsuz verilirsə, əhali üçün qiymət artımını etmək hansı məntiqdən qaynaqlanır? Bu suallar həddindən artıq çoxdur.

Dövlət şirkətlərinin perspektiv idarə edilməsinin təmin edilməsi əvəzinə onların maliyyə vəziyyətinin əhalinin hesabına yaxşılaşdırılması heç də doğru yol deyil”.

Leyla Mirzə

Paylaş »
››› Bakıda güclü yanğın başladı - Video
››› Bacadan tapılan məktub hamını heyrətləndirdi
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Kirayə bazarının vəziyyəti Operativ Qərargahın qərarından asılı olacaq
››› İsrail 6 milyonluq peyvəndi məhv edəcək
››› Ərdoğan yanğından zərər çəkmiş vətəndaşlarla görüşüb - Video
››› Azərbaycanın yanğınsöndürmə qüvvələri Türkiyədə yanğınla mübarizə aparırlar - Video
Son xəbərlər
Bütün xəbərlər »