Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
NATO-nun xüsusi nümayəndəsi Rusiya sülhməramlılarının Azərbaycanda yerləşdirilməsinə münasibət bildirib
Rusiya sülhməramlıları Qarabağda

“Bölgədə təhlükəsizliklə bağlı vəziyyət əsaslı şəkildə dəyişib”.

“Report” xəbər verir ki, bunu NATO baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələri üzrə xüsusi nümayəndəsi Ceyms Appaturay Gürcüstanın Birinci kanalına müsahibəsində deyib.

O, Gürcüstana Azərbaycanla Ermənistan arasında əldə olunmuş humanitar razılaşmada oynadığı çox mühüm rola görə minnətdarlıq bildirib: “Bu, Gürcüstanın regional təhlükəsizliyə verdiyi töhfənin nə qədər önəmli olduğunu göstərdi”.

NATO rəsmisi qeyd edib ki, Qarabağ müharibəsindən sonra Gürcüstan ətrafında Rusiya hərbi qüvvələrinin sayı artıb. “Dağlıq Qarabağda müharibədən sonra baş verənlər Gürcüstanın təhlükəsizliyi ilə bağlı vəziyyəti yaxşılaşdırmadı. Hazırda Rusiya qüvvələri Azərbaycandadır və Gürcüstan ətrafında daha çox rus qoşunu var. Düşünürəm ki, Azərbaycanda rusiyalı hərbçilərin mövcudluğunu müvəqqəti hadisə kimi qəbul edir. Bildiyim qədər söhbət beş illik müddətdən gedir. Biz bu vəziyyəti gürcü həmkarlarımızla müzakirə edəcəyik”.

Qeyd edək ki, C.Appaturay Gürcüstanda səfərdədir.

Paylaş »
››› “Ölmək ölməkdir, normal üsulla ölün” - Ekspertdən qadınlara məsləhət
››› Tanınmış telejurnalist həkimi məhkəməyə verdi
››› İsrail alimləri koronavirusin qarşısını alan dərman tapıblar
››› Hökumət 7 aydır tibbi sığorta adı ilə pul yığır, əvəzində heç nə vermir
››› Yeni qapanmaya doğru qulaqçəkmə əməliyyatı
››› Prezidentdən Nəcməddin Sadıxovun yerinə yeni təyinat: "Orduda islahatlar olacaq"
››› Yollardan istifadə qaydaları əleyhinə inzibati xətalara görə cərimə ödəniləcək
Son xəbərlər
Bütün xəbərlər »