Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bakıda metro partladanı Ermənistanda əsirlikdə necə əməkdaşlığa cəlb ediblər
Məhkəmə

Azərbaycanlılara əsirlikdə işgəncə vermiş Ermənistan vətəndaşlarının növbəti məhkəmə iclası keçirilib. Lüdvik Mkrtiçyan və Alyoşa Xosrovyan eyni zamanda ölkə sərhədlərini qanunsuz keçmə və başqa əməllərdə ittiham olunur.

Bizimyol.info xəbər verir ki, iyunun 30-da Yasamal rayon Məhkəməsində zərərçəkmiş Zahid Həsənov ifadəsində hər iki ermənidən işgəncə gördüyünü deyib. O, həmin işgəncələrdən çox sarsıldığını bildirib. Zahid Həsənov ittiham olunan Ermənistan vətəndaşlarının azərbaycanca yaxşı danışdığını qeyd edib.

“Məni Xankəndidə də saxlayıblar. Necə döyüldüyümü rus jurnalist də görüb. Bakı metrosunda partlayış törətmək ittihamıyla ömürlük azadlıqdan məhrum edilmiş və indi Qobustan həbsxanasında saxlanılan Azər Aslanov da mənimlə birlikdə əsirlikdə olub. Azər Aslanovu həmin vaxt Ermənistan xüsusi xidmət orqanları əməkdaşlığa cəlb edib və bundan sonra o, Bakıya qayıdaraq partlayış törədib. 1994-cü ildə mən, Sergey, Azər Aslanov və başqa bir əsir Xankəndidə saxlanılırdıq. Beş-altı erməni hərbçi gəldi, Azər Aslanovu komandirin otağını təmizləməyə apardı. Azəri bir az sonra gətirib, yenə apardılar. Bir müddət keçəndə bildik ki, onu əməkdaşlığa cəlb ediblər. Azəri Samvel Babayanın otağında təlimatlandırırdılar. Təlimat verənlərdən biri də elə Mkrtiçyan idi. Bir gün Sergey gəlib dedi ki, Azər daha otaq təmizləmir, ələ alıblar deyə, ona belə iş gördürmürlər. O hadisədən sonra Azərə istədiyi yeməyi verirdilər. Ermənilərlə işbirliyinə getdi. Həmin il də Bakıda metronu partlatdı. Mən əsirlikdən gələndən sonra Sergeyi gülləyib öldürdüklərini eşitdim”.

Alyoşa Xosrovyan yenə zərərçəkənləri tanımadığını deyib. Zərərçəkənlər buna etiraz edib, onun yalan danışdığını deyib. Cavid Hüseynli şəxsən Xosrovyanın ona işgəncə verdiyini bildirib.

Lüdvik Mkrtiçyan ifadə vermək istəməyib, “sözüm yoxdur” deyib. Buna baxmayaraq, Ermənistan vətəndaşı prokurorun suallarını cavablandırmağa razı olub. Mkrtiçyan 1969-cu ildə Naxçıvanda doğulub, 18 yaşına qədər burada yaşayıbmış. Hərbi xidməti başa vurandan sonra ailəliklə Ermənistana köçüblər. Mkrtiçyan zərərçəkmişləri tanımadığını iddia edib.

“Alyoşanı da ilk dəfə burada görmüşəm. Mən 1993-cu ildən Ağdərədə olmuşam. Heç bir vəzifəm olmayıb, səngərdə əsgər idim. Təcrübəm olmayıb deyə, bir dəfə posta çıxmışam. Evlərdə qarovul çəkirdim, yeməkxanalarda kömək edirdim. Mənə AK-74 silahı vermişdilər”.

Təqsirləndirilən şəxslərin tutulmasında iştirak etmiş Tural Davudovun sözlərinə görə, Xosrovyan Cəbrayılda Azərbaycan hərbçilərinin ermənilər olduğunu zənn etdiyindən, əsir düşüb: “Vəziyyəti anlayanda maşına tərəf qaçdı ki, silahı götürsün, imkan vermədik”.

Xosrovyanın tutulmasında iştirak etmiş Aydın Məmişov onun hərbi geyimdə olduğunu xatırlayıb: “Bizi erməni zənn elədiyindən öz dillərində çağırırdı”.

Məhkəmə iyulun 7-də davam edəcək.

Paylaş »
››› F-16 pilotumuz: “Hiss edirik ki, indi bizə tamam başqa gözlə baxılır”
››› Dağlar qoynunda gizlənmiş cənnət: Təngə dərəsi - Fotolar
››› Məscidlərdə 50 nəfərlik qadağaya görə QMİ və Dövlət Komitəsi də məhkəməyə cəlb olunur
››› “Milyonçu” şousunda savadsız görünən şəxs bir evin pulunu qazandı
››› Bakı gözəl şəhərdir, amma pulu olanlara
››› Qapısı bağlı qalan Olimpiya Mərkəzlərimiz və bizim olmayan bizimkilər
››› Saakaşvili Putinin işğal planını açıqladı
Son xəbərlər
Bütün xəbərlər »