Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Azərbaycan neft gəlirlərinin öhdəsinə qalıb, qorxulu tendensiyadır"
Neft, qiymət

“Qarşıdakı aylarda Dövlət Neft Fondunun büdcəsinin yenidən baxılmasına ehtiyac var. Ötən il neft qiymətlərində kəskin enmələr səbəbindən DNF 2020-ci il büdcəsinə yay aylarında dəyişikliklər edildi. Bu il nəzərdə tutulandan 80-90%-lik artım səbəbi ilə yenidən büdcə layihəsinə baxılması qaçılmazdır”.

Bu fikirləri bizimyol.info-ya iqtisadçı ekspert Eldəniz Əmirov səsləndirib. O qeyd edib ki, 2020-ci ilin büdcəsinin icra göstəricilərinə gəlincə, qarşıdakı 20-25 gün ərzində DNF-nun 2020-ci il büdcəsinin icrasının təsdiqlənəcəyini gözləmək olar.

Eldəniz Əmirov Eldəniz Əmirov

İqtisadçı ekspert Qaşqay İsmayıl hesab edir ki, Azərbaycan iqtisadiyyatının primitiv strukturunu nəzərə alsaq, Neft Fondu dövlət büdcəsinə transferləri 5 milyarda salarsa, tam iqtisadi durğunluq baş verər , bu vəsait 4 milyarddan az olarsa, ölkə mövcud stabil tənəzzüldən çixaraq iqtisadi xaosa yuvarlanar, devalvasiya və hiperinflyasiya fonunda sosial öhdəliklərin icrası da qeyri-mümkün hal alar. O bildirib ki, dövlət büdcəsinə transferlərin 5 milyard dollardan aşağı düşməsi, inkişaf proyektinin yaxın gələcəkdə sonu demək anlamına gəlir. Ekspertin fikrinə görə, əslində pandemiyadan sonrakı şəraiti nəzərə alsaq vergi, gömrük və Neft Fondundan büdcəyə yönəldilən real məbləğin rəsmi rəqəmlərdən az olmasına əsaslı şübhələri var.

Qaşqay İsmayıl Qaşqay İsmayıl

Ölkəmizi tək neftin ucuzlaşması yox, həm də hasilatın sürətlə azalması, xərclərin artması, bu sektora investisiyaların kəskin azalması da çətin vəziyyətə salır. Pandemiyadan sonra isə, iqtisadiyyatı iflic olan Azərbaycan yalnız neft gəlirlərinin öhdəsinə qalıb, bu da kifayət qədər qorxulu tendensiyadır. İxracın yalnız neftdən ibarət olması və ölkəyə valyuta gətirən digər sahələrin (əasən turizmin) sıradan çıxmasının mənfi təsirləri hələ bundan sonra özünü göstərəcək.

“Bir sözlə, bu tip iqtisadiyyatlar ölkəyə daxil olan valyutadan kritik dərəcədə asılıdırlar. Neft dollarları, kreditlər və ya sponsorların dəstəyi formasında, necə olur-olsun ölkəyə valyuta axmalıdır. Həmin valyuta müəyyən həddən aşağı düşdükdə, belə iqtisadiyyata malik əhali arasındakı konsensus pozulur, elitanın müəyyən hissəsinin qidalanma mexanizmi sıradan çıxır və kataklizmlər qaçılmaz şəkil alır”,- deyə ekspert bildirib

Paylaş »
››› Avqustda bürcləri nə gözləyir...
››› Eldar Həsənovun vəkilləri Prezidentə müraciət etdi: “170 dəfədən çox yıxılıb”
››› Parlamentdə “şellən, amma ilişmə” prinsipi
››› Baş prokuror deputatın toxunulmazlığının ləğvi üçün Milli Məclisə təqdimat göndərib
››› Bakıda güclü yanğın başladı - Video
››› "Qarabağ"ın pley-off mərhələsindəki potensial rəqiblərinin sayı azalıb
››› Antalyada yanğınlar məhəllələrə də keçib
Son xəbərlər
Bütün xəbərlər »