Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Tarif Şurası qazın qiymətini qaldırdı: "Təhlükə sovuşdu"
Təbii qaz

Məlumatda verilmiş cümlələri konkretləşdirərək bunu deyə bilərik ki, əhali üçün qazın qiyməti 1200 m3-dək 10 qəp. 1200 - 2500 m3 (2500 m3 daxil) olan hissəsi üçün 1 kub metr üçün 20 qəpik, 2500 m3-dən çox olan hissəsi üçün isə 25 qəpik təşkil edəcək. Tarif Şurası bildirir ki, qaz istehak həcmi bir milyard kub metr (2.7 milyard kub metrdən 3.7 milyard kub metrə) artıdığına görə, dövlət büdcəsinə yük olmaması üçün bu addım atılıb.

İqtisadçı ekspert Eldəniz Əmirovun fikrinə görə, Tarif Şurasının bu dəfəki qərarı əhaliyə, ələlxüsus da aztəminatlı əhali kataqoriyasına ciddi təsir etməyəcək. O qeyd edib ki, qiymətlər qalxsa da, müsbət məqamlar da var.

Eldəniz Əmirov Eldəniz Əmirov

“Birinci əhali abunəçilərinin təxminən 51%-ni əhatə edən istehlakçılar üzrə təbii qazın illik istehlak həcminin 1200 m3-dək (1200 m3 daxil) olan hissəsi üçün tarif dəyişdirilməyib və hazırkı (1 kub metr üçün 10 qəpik) səviyyədə saxlanılıb.

İstehlak edilən qazın 1200 - 2500 m3 (2500 m3 daxil) olan hissəsi üçün 1 kubmetr üçün 20 qəpik, 2500 m3-dən çox olan hissəsi üçün isə 25 qəpik müəyyənləşdirilib. Etiraf edək ki hazırda 2500 kub metrdən çox istifadə edən insan çox və kasıb deyil. Həm də bu qənaətə sövq edər.

İkinci xöşbəxtlik odur ki, sənaye və kənd təsərrüfatı sahələrinə verilən təbii qazın tarifi bu mərhələdə dəyişdirilməyərək mövcud 20 qəpik səviyyəsində saxlanılıb.

Üçüncü xoşbəxtlik odur ki, bu stansiyalara verilən qazın qiyməti cəmi bir qəpik - 12 qəpikdən 13 qəpiyə qaldırıb. Çox qalxsaydı, növbəti ay elektik qiymətlərinin müzakirəsi və qaldırılması qaşılmaz olacaqdı.

Dördüncü xöşbəxtlik isə odur ki, “Azəristiliktəchizat” ASC və yaşayış binalarının məhəllə qazanxanaları üzrə təbii qaz tarifi 20 qəpikdən 13 qəpiyə endirilib. Əslində nəzərə alsaq ki, hazırda mövsüm geridə qalıb, onsuz da qaz istifadəsi yox dərəcəsindədir, bu elə də təsir etməyəcəkdir. Növbəti ilin yanvarında bu qiymət dəyişməzsə, bunu müsbət qiymətləndirmək olar.

Yalnız ticarət, xidmət və s. sahələrində tariflər 5 qəpik artırılıb ki, burada da qaz istifadəsi çox deyil.

Bütün bunları nəzərə alaraq tam səmimi deyirəm ki bu qərara sevinmək lazımdır ki, hələ ki təhlükə sovuşdu. Tarif Şurasının əksər qərarı iqtisadiyyat üçün dah aağır olduğunu nəzərə alsaq, məsələ 100%-li su qiymətlərində olan artımı nəzərə alsaq, bu dəfəki qərara sevinmək lazımdır. Ən azı ona görə ki, heç olmasa il sonuna qədər qaz qiymətləri ilə əhali məyus olmayacaq”,- deyə o bildirib.

İlhamə

Paylaş »
››› Leyla Şıxlinskaya külli miqdarda borca görə məhkəmə qarşısında
››› Bozdağın qoynunda gizlənmiş inci: Yeni turizm cənnəti - Fotolar
››› “9 aydan sonra Qarabağda Ermənistan əsgəri qalmayacaq”
››› 15 yaşlı qız atasını ürəyindən bıçaqladı
››› Türkiyədə yanğınlar, Yunanıstanda 46 dərəcə isti: Kəndlər evakuasiya olunur
››› Rusiya ilə Baltikyanı ölkə arasında böhran dərinləşir
››› “Müstəqillik tarixində ən yaxşı parlament bizik”
Son xəbərlər
Bütün xəbərlər »