Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Türkiyədə "təhlükəsiz tətil"- Fotolar
Antalya

Bir illik pandemiya məhdudiyyətlərinin azaldılması sonrası turizm sezonunun başlamasıyla əcnəbi turistlər "təhlükəsiz tətil" üçün qardaş Türkiyəni seçir.

Türkiyə Cumhuriyyətinin Mədəniyyət və Turizm Nazirliyinin pandemiya sonrası başlatdığı kampanyada bir nüans xüsusi diqqət çəkir. Belə ki, nazirlik tətildə təhlükəsizliyin təmin olunacağını vurğulayır. Şübhəsiz ki, "təhlükəsiz" ifadəsi ötən ildən həyatımızın ritmini və standartlarını dəyişdirən pandemiya torundakı insan sağlamlığıyla əlaqəlidir. Qardaş Türkiyə pandemiyanın başladığı gündən bu günə kimi məsələni ciddi nəzarətə götürdü və operativ tədbirlər aldı. Dünyanın bir çox ölkəsində istifadə olunan "Evdə qal" şüarı, Türkiyədə əyani olaraq tətbiq olundu. Küçəyə çıxma qadağaları, maska taxma məcburiyyəti və başqa qaydalara ciddi nəzarət edildi. Səhiyyə Nazirliyi, ölkənin ən köklü tibb qurumlarıyla ortaq komissiyalar qurdu. Bir tərəfdən virusun qarşısını almaq məqsədiylə addımlar atarkən, o biri tərəfdən, keçmişdə dünyanı öz ağuşuna alan başqa pandemiyalara çarə tapmış Türk tibbinin gücünü göstərməyə çalışdı. Pandemiya statistikasının artış göstərməsini gözləmədən şəxsi gigiyena və virusdan qorunmanın başqa yollarını göstərmək məqsədiylə sosial çarxlar yayımlandı. Bu informativ çarxların əksərində tibb sahəsində təcrübəli şəxslərin iştirakına diqqət edildi. Hətta müasir dövrün düşüncə formalaşdıran vasitələrindən biri olan televiziya serialları da bu məsələdə əlini daşın altına qoydu. Tibb sahəsinə aid çəkilmiş məşhur serialların aktyorları bu videoçarxlarda cəmiyyəti sağlamlığına diqqət etməsi istiqamətində məlumatlandırdı. Tarix boyu ənənəsini yaşatdığı, Avropanın "kirli" çöhrəsinin və mədəniyyətinin dəyişməsinə səbəb olduğu təmizlik üsulları bu pandemiyadan "üzü ağ" çıxmasına səbəb oldu. Alınan ciddi tədbirlərin nəticəsidir ki, qardaş ölkədə bu gün koronavirusa yoluxma statistikası azalan istiqamətdədir. Artıq yerli və əcnəbi turistlərə ölkədaxili turizm məqsədli qapılarını açan Türkiyə, sadəcə, verdiyi qərarlarla deyil, tibb sahəsindəki gücü ilə də pandemiyanın zəncirlərini qırmağa davam edir. Ölkəyə giriş və çıxışlarda tətbiq olunan koronavirus testlərindəki operativlik, hətta yaxın günlərdə açıqlanan yerli koronavirus peyvəndi TURKOVAC istehsalı da buna nümunədir. Yerli peyvəndin üçüncü faz çalışmalarına Azərbaycan, Pakistan və Qırğızıstanın da qatılacağı ölkə mediasında qeyd olunur. Türkiyə tibbinin bu gün bu qədər güclü olmasının bir səbəbi də vaxtilə verilən tarixi qərarlardır. Xarici ölkələrə göndərilən və ölkəyə qayıdıb tibbini öz əllərinə almasının tələb edildiyi Cumhuriyyət dövrünün gənc tələbələri ənənəni davam etdirərək bu gün ölkə tibbinin güclənməsinə töhvəsini verir. Yəqin ki, Qazi Mustafa Kamal Atatürkün ölümündən əvvəl dediyi sözlərin Türkiyə Cumhuriyyətindəki tibbdə atılan addımlara təkan verdiyini qeyd etmək olar:

"Məni Türk təbiblərinə əmanət edin".

Türkiyədə tibbin təqdirəlayiq gücüylə zəncirləri bir-bir qırılan pandemiya sonrası turizmdə yenidən canlanma olacağı gözlənilir. Səfər öncəsi və sonrası koronavirusa yoluxma testləri tətbiq olunacaq. Yoluxma sayında ciddi artış olan ölkələrdən qarşı ölkəyə giriş məhdudiyyətləri olduğunu xüsusi qeyd etmək olar. Ölkəyə giriş öncəsi 72 saat əvvəl alınması məcburi test, Türk Hava Yollarının daha təyyarəyə minmədən uzatdığı sağlıq paketləri, ölkə ərazisində sürətli tətbiq olunan vaksinasiya, qapanmalardan sonra yeni şərtlər və qaydalara diqqətli şəkildə açılan şəhərlər qardaş ölkədə turistlərin təhlükəsiz tətillə təmin olunacağını göstərir. Əcnəbi turistlərlə bərabər yerli turistlər də ölkədəki sağlamlıq tədbirlərinə güvənərək ölkənin gözəlliklərini kəşfə çıxmağa hazırlaşır.

Yazını nikbin notlarla bitirmək məqsədiylə yaxın günlərdə Antalyaya mediatur çərçivəsində qarşılaşdığımız mizah məqsədli iki maraqlı səhnəni sizinlə bölüşürük:

Yuxarıdakı şəkildə gördüyünüz və ya görmədiyiniz, küçədə rastlaşacağınız heyvanlar koronavirus peyvəndi olmasalar da, onların və insanların sağlamlığının qorunması üçün nizamlı peyvənd olunmaqdadır. Bunun sadəcə Antalya şəhərində deyil, ölkə ərazisindəki bütün şəhərlərdə tətbiq olunduğunu qeyd edirik. Qidalanması, peyvəndlənməsi və digər yaşam təminatı dövlət qurumları və vasitəçilik edən məsul təşkilatların nəzarətdə saxladığı insan dostu bu canlılar tətilinizin təhlükəsizliyinə əngəl olmayacaqlar. Əksinə, təbiətdəki birlikdə yaşamın nümunəsi olan hətta bəzi şəhərlərdə simvollaşmış bu canlılar tətilinizdə sizə rəhbər olacaq, tətil xatirələrinizə də rəng qatacaqlar.

Yuxarıdakı şəkildə gördüyünüz meyvələr, təhlükəsizdir. Tətilini Türkiyədə keçirmək istəyən turistlər, isti havada sərinlik verən bu meyvələri dada bilərlər.

Orxan  Musa

Bizimyol.info

Paylaş »
››› İyulun 26-na olan hava proqnozu
››› Tokio-2020: Azərbaycan təmsilçilərindən 10-u mübarizəni dayandırdı
››› Müsəlman idmançı israilli ilə qarşılaşmamaq üçün olimpiadadan imtina edib
››› Sürücünün halı pisləşdi, polis yardıma yetişdi - Foto
››› Şeyxdən ona ünvanlanan ittihamlara cavab
››› Heyrət, ey Şeyx... və ya üzrü günahından betər
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
Son xəbərlər
Bütün xəbərlər »