Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Sizi tanıyaq” layihəsi çərçivəsində növbəti görüş keçirilib
Şəfayət Avılbəyli, “Sizi Tanıyaq” layihəsi

Bu gün “Sizi Tanıyaq” Layihəsinin Milli Mükafatınıln növbəti qalibinin təqdimetməsi keçirilib.

Görüşdə layihənin direktoru, Bakı Avrasiya Universitetinin Mətbuat və İnformasiya xidmətinin rəhbəri Şəfayət Avılbəyli “Sizi Tanıyaq” layihəsinin əsas missiyası, gördükləri işlər və gələcək planlar barədə  məlumat verib və səmimi görüşə görə “Azəriqaz” İstehsalat Birliyinin Baş direktoru Ruslan Əliyevə təşəkkürünü ifadə edib.

Şəfayət Avılbəyli, “Sizi Tanıyaq” layihəsi

Eyni zamanda strateji sahəyə rəhbərlik edən, mütamadi olaraq  hər zaman ictimaiyyətə açıq olan Azəriqaz rəhbərliyinə və kollektivinə işlərində uğurlar arzulayıb. Öz növbəsində  Azəriqaz İstehsalat Birliyin baş direktoru bu mükafatı ictimaiyyətin verdiyi qiymət kimi dəyəri böyük olduğunu bildirib. Görüşdə “Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri  Ceyhun Səfərov da iştirak edib.

Şəfayət Avılbəyli, “Sizi Tanıyaq” layihəsi

Xatırladırıq ki, bu günə qədər “Sizi Tanıyaq” layihəsi üzrə keçirilən nominasiyalar üzrə mükafatlar millət vəkili Qənirə Paşayevaya, Milli Məclisin sədr müavini Adil Əliyevə, "Şuşanın dağları" ansanblının bədii rəhbəri İntiqam Abbasova, "Çıxış Yolu" layihəsinin rəhbəri, tanınmış teleaparıcı Nuranə Gülərə, azərbaycanlı ustad aşıq, Azərbaycan Aşıqlar Birliyinin sədr müavini, Altay Məmmədova, “Okuklu Holdinq”-in Baş direktoru Yılmaz Okukluya, gənc şair Sevindik Nəsiboğluna, Ailə,Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradovaya təqdim edilib.

Paylaş »
››› Leyla Şıxlinskaya külli miqdarda borca görə məhkəmə qarşısında
››› Bozdağın qoynunda gizlənmiş inci: Yeni turizm cənnəti - Fotolar
››› “9 aydan sonra Qarabağda Ermənistan əsgəri qalmayacaq”
››› 15 yaşlı qız atasını ürəyindən bıçaqladı
››› Türkiyədə yanğınlar, Yunanıstanda 46 dərəcə isti: Kəndlər evakuasiya olunur
››› Rusiya ilə Baltikyanı ölkə arasında böhran dərinləşir
››› “Müstəqillik tarixində ən yaxşı parlament bizik”
Son xəbərlər
Bütün xəbərlər »