Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Köçkünlərin Qarabağa qaydışı başlayır: Rusiya təxribatları genişləndirir
Xocavənd rayonunun Çiraquz kəndi

BMT-nin Qaçqınlarla İş üzrə Ali Komissarlığı ilə azərbaycanlı məcburi köçkünlərin hazırda rusiyalı sülhməramlıların müvəqqəti nəzarətində olan Xankəndi, Xocalı, Ağdərə, Xocavənd, Əsgəran və s. yaşayış məntəqələrinə, ev-eşiklərinə, yurd yerlərinə qayıdışı prosesi ilə bağlı müzakirələr gedir. Müzakirələrin uğurlu getməsi barədə də ilk müjdələr gəlib.

Lakin elə dünən Lavrovun eyni məsələni müzakirə etməsi və həmin ərazilərə ermənilərin qaytarılması barədə də məlumatlar yayılmışdı. Belə ki, ötən gün Rusiya XİN Qarabağa erməni qaçqınların qaytarılmasını müzakirə edib. Göründüyü kimi, Rusiya yeni salınan qəsəbələrə erməni ailələrini gətirib yerləşdirməkdə maraqlı görünür.

Rusiya Qarabağda sülhməramlı qüvvələrin məsuliyyət zonasında Xocalı, Əsgaran və Şuşa ətrafında yeni qəsəbələr salır. Birbaşa Rusiyanın maliyyə hesabına salınan qəsəbələrdə Ermənistandan “qaçqın” adı altında ailələr köçürülür və onları qəsəbə ətrafında yeni iş yerləri ilə təmin edəcəklər. Maaşlar və əlavə ödənişləri də Rusiya tərəfi həyata keçirəcək.

Burada əsas işləri həyata keçirən məhz Rusiya Fövqəladə Hallar Nazirliyidir və bu nazirliyin Xankəndidə, Xocalıda nümayəndəlikləri var. Azərbaycan ərazisində qanunsuz olaraq Rusiya yeni qəsəbələr salmaq və məskunlaşdırmaqla öz mövqeyini gücləndirməyə çalışır. Hətta yeni salınan qəsəbələrə köçürülən hər bir ailəyə Rusiya FHN əlavə ödənişlər edəcək.

Bu biri yandan da Ermənistanın atəşkəsi tez- tez pozması, xüsusən Tovuz rayonu ərazisindən sərhəd pozuntuları onu deməyə əsas verir ki, düşmən bizi qızışdıraraq coşdurmağa çalışır. Yoxsa arı yuvasına çomaq soxmağı başqa cür necə anlamaq olar?

Ermənistanın Azərbaycanla sərhəddə atəşkəsi intensiv şəkildə pozması göstərir ki, bu ölkənin silahlı qüvvələrini idarə edənlərlə siyasi rəhbərlik arasında ciddi problemlər var. Hər bir halda atəş Ermənistan ərazisindən Azərbaycan əsgərinə qarşı açılır və əməliyyatlar bitsə də, hələ də mülki və hərbi vətəndaşlarımız şəhid olmaqdadır. Sözsüz ki, atəşkəsin pozulmasında maraqlı tərəflərdən biri Rusiyadır. Ermənistan cəmiyyəti yorulub, orada dövlətin qalıb-qalmaması məsələsi həll olunur. Son əməliyyatlardan sonra Ermənistan cəmiyyəti anladı ki, belə qarşıdurmalar onların sonu deməkdir, dövr dəyişib, indi nə Azərbaycan 30 il öncəkidir, nə Ermənistan, nə Rusiya. Seçkilərdə düşmənçiliyə “yox” deyə bilsələr də, Rusiyanın caynağından sıyrılmaq elə də asan deyil. 30 il yediklərini qusma zamanı çox ağrılı keçir.

Hərbi ekspert Tərlan Eyvazov deyir ki, Ermənistanın demək olar, sərhədlərinin böyük hissəsini Rusiya qoruyurdu. İndinin özündə də Rusiya qüvvələri əraziyə gətirilməkdədir. “Rusiya demək istəyir ki, mən olan yerdə problem olmur. Rusiyanın bunu etməsinə səbəblərdən biri də bəzi tələblərinin yerinə yetirilməməsidir. Rusiya Hadrutu alıb emənilərə vermək istəyir. Hətta Xocalı və Xocavəndin Hadrutun qarşılığında təklif edildiyi deyilir. Azərbaycan tərəfi, təbii ki, buna razı ola bilməz. Hadrutun getməsi Şuşanın itirilməsinə gətirib çıxarar”.

Tərlan Eyvazov Tərlan Eyvazov

Zəngəzurda nəhəng bunkerlərin tikilməsinə dair görüntülər sosial şəbəkələrdə yer alıb. Bu, düşmənin yenidən savaşa hazırlanması anlamı verir. Özünün gücü olmasa belə, həmişəki kimi kimlərinsə əlində alət olaraq başını dəmir yumruq altına uzatmağa hazırlaşır. Su uyuyar, düşmən uyumaz. Ehtiyatlı olmaqda fayda var. Bu dəfə dəmir yumruq tərəfindən başı əzilməli olan təkcə Ermənistan olmayacaq.

İlhamə

Paylaş »
››› Avqustda bürcləri nə gözləyir...
››› Eldar Həsənovun vəkilləri Prezidentə müraciət etdi: “170 dəfədən çox yıxılıb”
››› Parlamentdə “şellən, amma ilişmə” prinsipi
››› Baş prokuror deputatın toxunulmazlığının ləğvi üçün Milli Məclisə təqdimat göndərib
››› Bakıda güclü yanğın başladı - Video
››› "Qarabağ"ın pley-off mərhələsindəki potensial rəqiblərinin sayı azalıb
››› Antalyada yanğınlar məhəllələrə də keçib
Son xəbərlər
Bütün xəbərlər »