Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azərbaycanda təbii qazla təminat səviyyəsi inkişaf etmiş ölkələrdəkindən yüksəkdir
Azəriqaz

Dövlətimizin başçısının təsdiq etdiyi Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı üzrə Dövlət Proqramları çərçivəsində iqtisaiyyatın digər sahələri kimi, təbii qaz təsərrüfatında da son illər böyük nəaliyyətlər əladə olunub. Əhalinin sosial rifahının yaxşılaşdırılması və enerji təminatı məqsədilə dövlətimizin başçısının tapşırığına uyğun olaraq respublikanın müxtəlif bölgələrində kənd və qəsəbələrin surətli qazlaşdırılması işləri aparılıb.

“Azəriqaz” İstehsalat Birliyinin Yeni qazlaşma və inkişaf şöbəsinin rəisi Teymur Cəfərov azərtac-a bildirib ki, son 3 il ərzində ümumilikdə 260-dan çox kənd ilk dəfə qazlaşdırılıb. Bununla yanaşı, Bakı şəhərində və regionlarda son 3 il ərzində 90-dan çox yeni yaşayış massivinə “mavi yanacaq” verilib. Qazlaşdırma nəticəsində təbii qazla yeni təmin olunmuş əhali abonentlərinin sayı 207 min artaraq hazırda 2 milyon 300 mini ötüb. Yaşayış ərazilərinin qazlaşdırılması layihələri çərşivəsində 6 min kilometrdən çox müxtəlif diametrli qaz xətlərin çəkilib. Dövlət dəstəyi ilə həyata keçirilmiş qazlaşdırma tədbirləri nəticəsində ölkə ərazisində əhali sektorunun qazlaşdırılması səviyyəsi 96 faizi ötüb. Azərbaycanda qazlaşdırma səviyyəsi və qazlaşdırma sürəti qonşu ölkələrdəki və bir sıra inkişaf etmiş ölkələrdəki göstəricilərdən daha yüksək olub.

“Kommunal xidmətlərlə bağlı Strateji Yol Xəritəsinə uyğun olaraq əhalinin qaz təchizatının yaxşılaşdıırlması və bütöv növ qaz itkilərinin azaldılması məqsədilə son 3 ildə ümumilikdə 2 min kilometrdən çox qaz xətti yenidən qurulub. Bu tədbirlər nəticəsində qaz itkiləri əhəmiyyətlə dərəcədə azalıb, fasiləsiz və dayanıqlı qaz təchizatı təmin olunub. Müştəri məmnuniyyətinin təmin olunması, müştərilərə göstərilən xidmətlərin keyfiyyətinin artırılması, şəffaflığın təmini məqsədilə Bakı şəhərində və regionlarda fəaliyyət göstərən “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərində qaz təchizatı ilə bağlı 21 növ xidmət göstərilir. Bu xidmətlərin elektronlaşması istiqamətində işlər aparılır. Əməliyyat səmərəliliyinin artırılması və müasir idarəetmə prinsiplərinin tətbiqi məqsədilə qaz təsərrüfatının müxtəlif istiqamətləri üzrə ISO 9001 kefiyyətin idarə olunması sisteminin tədbiqi uğurla davam etdirilir. Müştərilərdən daxil olan müraciətlərə və çağırışlara operativ baxılması və tədbirlərin görülməsi üçün 104 saylı Çağrı mərkəzi yeni formatda, müasir informasiya-kommunikasiya texnologiyalarından və avtomatlaşdırılmış elektron proqram təminatından istifadə etməklə öz fəaliyyətini davam etdirir. Dövlət qayğısı ilə əhatələnmiş şəhid ailələrinin və Qarabağ müharibəsi iştirakçılarının sosial rifahının daha da yüksəldilməsi üçün onların yaşadıqları fərdi yaşayış evlərinin “Azəriqaz” İB-nin daxili imkanları hesabına qazlşadırılması işləri geniş vüsət alıb. Yaxın perspektivə əsas hədəflərimiz “Azəriqaz” İB tərəfindən göstərilən xidmətlərin keyfiyyətinin daha da yüksəldilməsi, müştəri tələblərinin maksimum təmin olunması, qaz təchizatı şəbəkəsinin müasir standartlara uyğun olaraq modernizasiyası, əməliyyat səmərəliliyin artıran müasir texnika və texnologiyaların tədbiqi, idarəetmə prinsiplərinin təkmilləşdirilməsindən ibarətdir”, - deyə T.Cəfərov qeyd edib.

Paylaş »
››› Bozdağın qoynunda gizlənmiş inci: Yeni turizm cənnəti - Fotolar
››› Leyla Şıxlinskaya külli miqdarda borca görə məhkəmə qarşısında
››› “Altı aydan sonra Qarabağda Ermənistan əsgəri qalmayacaq”
››› 15 yaşlı qız atasını ürəyindən bıçaqladı
››› Türkiyədə yanğınlar, Yunanıstanda 46 dərəcə isti: Kəndlər evakuasiya olunur
››› Rusiya ilə Baltikyanı ölkə arasında böhran dərinləşir
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
Son xəbərlər
Bütün xəbərlər »