Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ermənistanda siyasi xaos: “Paşinyan Koçaryanı növbəti dəfə həbsə göndərəcək”
Nikol Paşinyan tərəfdarlarının arasında, 25 fevral 2021

Ermənistanın keçmiş prezidenti Robert Koçaryan barəsində cinayət işi üzrə məhkəmə prosesi Yerevanın Şenqavit rayon məhkəməsində davam edir. Yerli medianın verdiyi məlumata görə, Ermənstanın keçmiş baş naziri Armen Gevorkyanla bağlı məhkəmə prosesi də bərpa olunub. Bildirilib ki, əvvəlki məhkəmə prosesləri müxtəlif səbəblərə görə təxirə salınmışdı.

Qeyd edək ki, Ermənistan Konstitusiya Məhkəməsi növbədənkənar parlament seçkilərindən əvvəl Koçaryan, Gevorkyan, keçmiş müdafiə naziri Seyran Ohanyan və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının keçmiş baş katibi Yuri Xaçaturova qarşı irəli sürülən ittihamları qanunsuz saymışdı.

Siyasi şərhçi Məhəmməd Əsədullazadə Bizimyol.info-ya açıqlaması zamanı bildirib ki, Ermənistan parlamentində ana müxalifət olan "Ermənistan" fraksiyası birbaşa Rusiya bağlıdır və lideri R. Kocaryanın bundan sonra əsas fəaliyyəti N. Pasinyana parlamentin gedişində mane olmaq, həmçinin güclənərək əlverişli mühitdə hakmiyyətə qarşı müqavimət göstərməkdir.

Məhəmməd Əsədullazadə Məhəmməd Əsədullazadə

“Baş nazir Nikol Paşinyan prosesləri çox aydın şəkildə idarə edərək R.Kocaryanı növbəti dəfə həbsə göndərməkdə maraqlıdır. Çünki R. Koçaryanın parlamentdə fəaliyyəti Qarabağ klanını gücləndirəcək və Qarabağda ermənilərin separtizminin davam etməsinə səbəb olacaq. Məhz ötən həftə Xankəndində də ermənilərin etiraz aksiyaları R. Kocaryanın təlimatı ilə reallaşıb. Rusiya R. Kocaryanın vasitəsilə bu proseslərə dəstək verəcək.

Ona görə də R. Koçaryanın siyasi fəaliyyəti və parlamentdə təmsil olunması N. Paşinyan üçün arzuolunmaz bir gedişdir. Bu səbəbdən də məhkəmə prosesi bərpa edilib və onun növbəti həbsi mümkündür”,- deyə siyasi şərhçi bildirib.

Xatırladaq ki, 2008-ci ilin fevral ayında Ermənistanda prezident seçkiləri keçirilib. Həmin vaxt Mərkəzi Seçki Komissiyası namizədlərdən biri olan və hakimiyyətin dəstəklədiyi Serj Sarqsyanın 52,8 faiz səs topladığını və qalib gəldiyini elan edib. Digər namizəd, Ermənistanın ilk prezidenti Levon Ter-Petrosyan seçkidə saxtakarlıq olduğunu elan edib və nəticələri tanımayıb. Seçkilərin nəticələrinin saxtalaşdırlmasına etiraz olaraq martın 1-2-də ölkədə geniş aksiyalar keçirilib. Hakimiyyət mitinqin dağıdılması üçün güc tətbiq edib. Ordu və polisin açdığı atəş nəticəsində 10 nəfər ölüb, xeyli insan yaralanıb. Bu hadisələri törədənlər indiyədək cəzalandırılmayıblar.

Nikol Paşinyan Ermənistanın baş naziri olandan sonra 2008-ci ilin 1-2 mart hadisələrinə görə cinayət işi təzələnib. Keçmiş prezident Robert Koçaryan məsələ ilə bağlı 2018-ci il iyulun 27-də həbs olunub və o, ötən il mayın 18-də girov qarşılığında azadlığa buraxılıb.

Leyla Mirzə

Paylaş »
››› “Polkovnikin intiharından xəbərimiz yoxdur” - Orduda nə baş verir...
››› Toxunulmazlığı ləğv olunan Eldəniz Səlimov barədə maraqlı faktlar üzə çıxdı
››› "Səs yazısını dinləsəniz, əmin olacaqsınız ki, başqa hadisəylə rastlaşmışıq"
››› Tahir Kərimliyə həmkarından sərt cavab gəldi
››› Milli Məclisdə “kədərli” anlar…
››› Milli Məclisdə toqquşma: "Polisin yiyəsi var, deputatın yiyəsi yoxdur?"
››› Spikerdən... “yüksək pilotaj”
Son xəbərlər
Bütün xəbərlər »