Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bu bulvara yolunuz düşsə, özünüzü təhlükədən qoruyun
Ağ Şəhər Bulvarı, Bakı

Bakının ən gəzməli, ən gözəl, ən fərah parkı yəqin ki yeni salınmış Ağ Şəhər Bulvarıdır. Genişliyi, səliqəsi ilə göz oxşayır. Bu yerlərdə əvvəllər gecəqondu evlərdən ibarət qəsəbə yerləşirdi, yosma evləri söküb sakinlərini başqa yerə köçürdülər, yerində bu gözəl bulvar salındı. Bilməyənlərə deyim ki, 8 Noyabr prospektində yerləşir. Ağ Şəhər bulvarı, köhnə bulvar, yeni bulvar, Bayraq meydanı bulvarı və Bayıl bulvarı uzunluğu 16 km olan vahid kompleksin parçasıdır. 2013-cü ildə tikintisinə başlanıb, 2015-ci ildə təhvil verilib.

Bu il Ağ Şəhər Bulvarı ilə üzbəzüz ərazidə Zəfər Parkının salınması ilə bulvara gələn qonaqların sayı daha da artdı və bulvarda çoxlu saydda dondurma, meyvə şirələri satan köşklər, kafelər peyda oldu. Belə kafelərdən biri də “Bulvarda kafe”sidir. Nəbadə səhv edib gedəsiniz, oturub dincəlmək fikrinə düşəsiniz. Əsəbiləşməyinizlə qalacaqsınız. Bu cür gözəl məkanda kimsə pul qazanmaq üçün heç bir bəzək-düzəyi olmadan sadə masalar düzüb və guya Avropa stilində xidmətə başlayıb. Kafe sahiblərinin xidmət anlayışı sıfırdan da aşağı səviyyədədir.

Birincisi, qiymətlər həddən artıq bahadır. Bahalığına qarşılıq olaraq heç olmasa, fərli-başlı xidmət göstərsələr, insanı yandırmaz. Çay içmək istədik. Kağız stəkanlarda çay dedilər. Bir stəkanı 1,5 manat. Dedilər özünə xidmətdir, gəlin çayınızı aparın. Çayı gətirdik. Bizdən öncəki müştərilərin qalxdığı boş masanın üstündə qalan kağız stəkanları, dağılmış çayı nə götürən oldu, nə maraqlanan. Masa üzərində kağız salfet belə yox idi. Çay dediksə ağlınıza qənd, mürəbbə-filan gəlməsin. Eləcə bu kağız stəkan, vəssalam! İstədik, dedilər çayın yanında şokoladlı ponçik verə bilərik. Qənd-filan yoxdu.

Bir ədədi 2 manata olan, ovuc içi boyda adı şokoladlı ponçik olan şirniyyatı ağzımıza aldığımıza peşman olduq. Nə zamandansa gətirilmiş və əsla şirin dadmayan, üzərinə qıcqırmış meyvə suyu tökülmüş kimi dad verən bu məhsula görə şikayət edəndə ağlı havalarda olan və qulaqcıqla musiqiyə qulaq asa-asa yerində yellənən 3 gənc çiyinlərini çəkib, “biz müdir deyilik, işçiyik” deyib bu məsələni heç eyinlərinə almadılar. Yəni hərəsinin 18-9 yaşı ola, olmaya. Onlara müştəri məmnuniyyəti, qida təhlükəsizliyi, “məmnun qalmadım, xidmət sıfırdırsa, pul da vermirəm” kimi ifadələr ümumiyyətlə, çatmayacaqdı. Müdirin nömrəsini istədik, ona da çiyin çəkdilər. Yaxşı o ponçikdən zəhərlənib biri ölsə, necə olacaqdı? Kim cavabdehlik daşıyacaqdı? O cür gözəl yerdə bu nə qəribə yanaşma? Üstəlik, kafe xarici qonaqların yerləşdiyi otelin tam ayağının altında.

Bilmirəm, xaricilərə görə o qiyməti qoyublarmı? Xaricini soymağa hazır olan kafe sahibi ən azından xidməti də bacarmalıdır, heç olmasa, əməkdaşlarının peşəkarlığı, gülən üzü olmalıdır ki, verdiyin pula da heyfin gəlməyə. Eyni qaydada bir stəkanı 2 manat olan, içinə bir dilim limon qoyulmuş limonad, bir stəkanı 5 manat olan kofe içə bilərsiniz. Qiymət yüksək, xidmət aşağı. Ümid edirik Bakı Şəhər Bulvar İdarəsinin rəhbərliyi insanları öz xidmət səviyyələri ilə narazı salan bu cür obyektlərə nəzarəti artırar.

Ümumilikdə isə belə vəziyyət inhisarçılığın nəticəsidir. Adi bir sahibkar gedib oarada yüksək səviyyəli iaşə obyekti açmaq istəsə, olan-qalan pulunu soyub əlindən alarlar. Obyekt mütləq hansısa vəzifəli şəxsə məxsus olmalıdır və yaxınlıqda rəqabət aparan baş bir obyekt də yerləşə bilməz. Və bu inhisarçılığın nəticəsi “Bulvarda kafe” adlanan yerdə aydın görünür...

İlhamə

Paylaş »
››› “Ölmək ölməkdir, normal üsulla ölün” - Ekspertdən qadınlara məsləhət
››› Tanınmış telejurnalist həkimi məhkəməyə verdi
››› İsrail alimləri koronavirusin qarşısını alan dərman tapıblar
››› Hökumət 7 aydır tibbi sığorta adı ilə pul yığır, əvəzində heç nə vermir
››› Yeni qapanmaya doğru qulaqçəkmə əməliyyatı
››› Prezidentdən Nəcməddin Sadıxovun yerinə yeni təyinat: "Orduda islahatlar olacaq"
››› Yollardan istifadə qaydaları əleyhinə inzibati xətalara görə cərimə ödəniləcək
Son xəbərlər
Bütün xəbərlər »