Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusiyada türkmən qızın borcuna görə dostunu girov götürüblər
dollar

Rusiyanın Saratov şəhərində tələbə qızın borcunun yaranması onun dostuna baha başa gəlib. Oğlanı məhz borca görə girov götürüblər.

Bizimyol.info xəbər verir ki, hadisə iyunun 27-də baş verib. Saratov Dövlət Universitetinin 28 yaşlı tələbəsi Laçın Qurbanova dostu ilə taksidə gedərkən 6 nəfərin hücumuna məruz qalıb. Hücum edənlər onların hər ikisini avtomobildən çıxarıb. Türkmən qız canını həmin şəxslərdən qurtara bilib. Amma 23 yaşlı dostu belə cəld tərpənə bilməyib. Soenç Çarıyarov girov götürülüb və bir neçə saat tanımadığı şəxslərin əsirinə çevrilib.

Tələbə qız canını qurtarandan sonra dostunu girov götürənlər ona zəng vurub. Qızdan borclu olduğu 3 min dolları qaytarmağı tələb ediblər. Laçın Qurbanova polisdən kömək istəmək qərarına gəlib. Hüquq-mühafizə orqanları kamera görüntüləri sayəsində Soenç Çarıyarovu girov götürənlərin yerini müəyyənləşdirib. Onlar kirayə mənzillərdən birində həbs olunub.

Əslində, 3 min dollar borcun yaranmasında Laçın Qurbanovanın məsuliyyətsizliyi rol oynayıb. Tələbə qız tanışlarından biriylə vətəni Türkmənistana pul göndərmək işi ilə məşğul olurmuş. Günlərin birində türkmən qız tanışından onun əvəzinə 3 min dollar göndərməyi xahiş edib. Həmin şəxs Laçın Qurbanovanın istəyini yerinə yetirib. Bundan sonra Saratov Dövlət Universitetinin tələbəsi pulu verməkdən boyun qaçırıb. Məsələ xeyli böyüyüb. Türkmən qız telefon zənglərinə cavab verməməyə başlayıb. Səbr kasası daşan tanışı belə cinayət təşkil etməkdən başqa yol görməyib. Ona dostları kömək etməyə söz verib. Amma belə işlərdə təcrübənin olmaması onları ələ verib.

Rusiya saytlarında türkmən tələbələrin cinayət törətməsiylə bağlı az xəbərlər gözə dəymir. Bu ilin martında Voronejdə Türkmənistanın Rusiyada təhsil alan 3 vətəndaşının cinayəti haqda yazılmışdı. Onlar hədə-qorxuyla tələbetmə maddəsi ilə ittiham olunurdu. Şöhrət Narbayev, Meylis Meredov və Ağacan Kərimov xeyli insanın pulunu mənimsəmişdi. Həbs olunmaq ehtimalı yarananda isə türkmənlər Rusiyadan qaçmağı bacarmışdı.

Paylaş »
››› Rusiyada yaşayan soydaşımız elə bir əməl törətdi ki...
››› "Bizi otağa saldılar, qol çəkdirdilər, guya biz icra başçısından razıyıq"
››› 2 min ildən çox əl vurulmayan meyvə dolu səbət tapılıb - Foto
››› İran Ermənistanla yaxınlaşır: “Münasibətlərə hətta “bir millət, iki dövlət” prizmasından yanaşırlar”
››› Ərdoğan Dövlət Baxçalını evində ziyarət edib
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Fransada yeni şəxsiyyət vəsiqəsi qəzəbi: “Makron Fransanı alçaltdı”
Son xəbərlər
Bütün xəbərlər »