Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Nazir: "Hər il peşə təhsilinə 30 faizdən daha çox tələbə gəlmək istəyir"
Emin Əmrullayev

“Peşə təhsili Azərbaycanda uzun müddət ikinci dərəcəli təhsil kimi qəbul olunub. Amma dünyada belə deyil”.

Bunu Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində təşkil olunan "Məzun günü" tədbirində təhsil naziri Emin Əmrullayev bildirib.

Nazir qeyd edib ki, son dövrdə ən böyük dəyişiklik yüksək peşə ixtisas təhsilini bitirənlərin imtahan vermədən birbaşa ali təhsil müəssisəsinə qəbul ola bilməsidir. Bu da peşə təhsilinə böyük maraq yaradacaq: “Hər il peşə təhsilinə 30 faizdən daha çox tələbə gəlmək istəyir. Ən vacib məsələ məzun olanların iş tapmasıdır. Bu peşə məktəbinin məzunlarının 42 faizi təhsili bitirəndən sonra iş tapa bilir. Bir çox kəndlərdə peşə təhsil mərkəzləri yoxdur, elə kəndlər var ki, ən yaxın peşə mərkəzi bir neçə kilometr məsafədədir. Bu səbəbdən bəzi məktəblərdə peşə təmayüllü siniflər təşkil edirik, yəni 9-cu sinfi bitirən şagird 10-11-ci sinifləri peşə sahəsi üzrə təhsil alır. Bu il 35 məktəbdə bu cür təhsil təmayüllü sinif var, gələn ildən onların sayının 60-a çatdırılması nəzərdə tutulur”.(apa)

Paylaş »
››› Türkiyəyə kimlər od vurdu: Hədəf Ərdoğandır, yoxsa dövlətin özü...
››› Türkiyədəki yanğınların təxribat olduğunu təsdiqləyən görüntülər - Video
››› “Patı” mafiyası, yoxsa, agentura: “Planlı işləyirlər”
››› 20 yaşlı gənc eyni toyda iki gəlinlə evlənib - Video
››› Alovun içində üzümüzü ağ edənlər: Azərbaycan qardaş ölkəyə necə dəstək verir...
››› PKK-ya bağlı olan terror təşkilatı: “Türkiyədə yanğınları biz törətmişik”
››› "Zaman dəyişsə də, Türk qadını dəyişmədi" - Foto
Son xəbərlər
Bütün xəbərlər »