Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Kim Çen In məmurları sərt tənqid etdi və hədələdi
Kim Çen In

Şimali Koreya diktatoru Kim Çen In yüksək vəzifəli məmurları koronavirus pandemiyası dövründə yol verdikləri kobud səhvlərə və öz vəzifələrinə laqeyd yanaşdıqlarına görə sərt tənqid edib. Bu haqda Şimali Koreyanın Mərkəzi Teleqraf Agentliyi bildirir.

Məlumatda deyilir ki, Kim Çen In pandemiyaya qarşı ümummilli səylər çərçivəsində “xalqın və ölkənin təhlükəsizliyini təhdid edən” ciddi insident baş verdiyini deyib. Habelə Şimali Koreya rəhbəri qeyd edib ki, məmurları “ciddi nəticələr” gözləyir.

“Baş katib (Kim Çen In Şimali Koreya Əmək partiyasının baş katibidir,-red.) yüksək rütbəli məmurların hər yerdə rast gəlinən eksperimentalizmini, bütün məsələləri beş dəqiqədə həll etmək vərdişlərini və köhnəlmiş düşüncə tərzlərini ciddi tənqid edib”,-xəbərdə bildirilir.

Əlbətdə, məlumatda Şimali Koreya məmurlarının məhz hansı əməlləri ilə rəhbəri belə qəzəbləndirdikləri göstərilmir. Lakin bəllidir ki, Şimali Koreyada rəhbərin qəzəbinə tuş gələn məmurları ən acınacaqlı aqibət gözləyir-belələrini ya diri-diri itlərə yem edirlər, ya pulemyotun qabağına atıb dəlmə-deşik edirlər.(virtualaz.org)

Paylaş »
››› F-16 pilotumuz: “Hiss edirik ki, indi bizə tamam başqa gözlə baxılır”
››› Məscidlərdə 50 nəfərlik qadağaya görə QMİ və Dövlət Komitəsi də məhkəməyə cəlb olunur
››› “Milyonçu” şousunda savadsız görünən şəxs bir evin pulunu qazandı
››› Saakaşvili Putinin işğal planını açıqladı
››› Dilimizi bilməyən diplomatlarımız və Şeyxin açıqlaması: "Yaşlı adamdır, üstünə getmək doğru deyil"
››› Qapısı bağlı qalan Olimpiya Mərkəzlərimiz və bizim olmayan bizimkilər
››› Universitetin şöbə müdiri 100-dən çox tələbənin təhsilhaqqını mənimsəməyə görə məhkəmə qarşısında
Son xəbərlər
Bütün xəbərlər »