Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Çin malyariya xəstəliyinə qalib gələn ölkələrdəndir
Ağcaqanad

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Çinə "malyariya olmayan" ölkə statusunu təsdiqləyən sertifikat verib.

Bizimyol.info xəbər verir ki, bu barədə RİA novosti təşkilata istinadən məlumat verib.

Qeyd olunur ki, ÜST-nin baş direktoru Tedros Adanom Qebreyesus Çinin bu nailiyyətə onilliklər boyu çəkdiyi zəhmətlə müvəffəq olduğunu deyib.

"Bu müvəffəqiyyət çox zəhmət bahasına, on illərlə məqsədyönlü və ardıcıl fəaliyyətin nəticəsində qazanılıb”, -deyə ÜST rəhbəri bildirib.

Təşkilatın məlumatına görə, son 30 ildə Çin Qərbi Sakit Okean bölgəsində belə bir sertifikat alan ilk ölkə olub.

Ümumilikdə 40 ölkə ÜST-nin malyariyanın olmaması sertifikatını alıb. Məlumatda ən son mayyariyaya qalib gəldiyi bildirilən üç ölkənin El Salvador (2021), Argentina (2019) və Özbəkistan (2018) olduğu qeyd olunur.

Paylaş »
››› Hamının sevimlisinə çevrilən “Həyat həkim” əslində kimdir... - Video
››› “Cəbhədən İcra Hakimiyyətinə zəng edib anama 2 çörək almalarını xahiş etdim, almadılar”
››› “Ermənistana verilən yardım paketi Azərbaycanın xeyrinədir”
››› Putin nüvə qarşıdurmasına “Qiyamət gününün təyyarəsi”ni almağa hazırlaşır
››› “Biz Ermənistana kömək edib, onun ərazisində əməliyyatlar aparacağıq”
››› Ölkəyə səs salacaq məhkəmə prosesində hazırlıq iclası keçirilir
››› “600 min pul alıb, bunun oynamağına bax”
Son xəbərlər
Bütün xəbərlər »