Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Pirşağıda sakinlər yolu bağladı, etiraz etdi
Pirşağıda sakinlər yolu bağladı, etiraz etdi

Bu gün axşam saatlarında Sabunçu rayonu Pirşağı qəsəbəsi sakinləri etiraz aksiyası keçirib.

Aksiyaya səbəb odur ki, artıq 10 gündən çoxdur, qəsəbəyə su verilmir.

Bizimyol.info xəbər verir ki, sakinlər yolu bağlayıb, su tələb ediblər. Bununla bağlı “Azərsu” ASC-nin "qaynar xətt"inə zəng edərək suyun verilməsini tələb ediblər. "Qaynar xətt"dən suyun 2 saat ərzində veriləcəyi bildirilsə də, su verilməyib. Sakinlər suyun verilməməsi ilə bağlı etiraz aksiyalarına davam etdirəcəklər.

Xatırladaq ki, Pirşağı Bakının qədim kəndlərindən hesab edilir.

Ölkə başçısı dəfələrlə kənddə olub, kəndin abadlaşdırılması üçün tapşırıqlar verib. Hazırda kəndin küçələri abadlaşdırılır, küçələr təmizlənir Ancaq deyirlər ki, təmizlik imandan gəlir. Su təmizlikdir. Su isə yoxdur.

On gündür ki, kəndə su verilmir. Sakinlər içməli suyu maşınlarla alır.

Maraqlısı budur ki, ölkə rəhbərinən kənd sakinlərinin susuz qalması ilə bağlı məlumat verilibmi?

İnandırıcı deyil.

Çünki Pirşağını dəyərləndirib abadlaşdırılması ilə bağlı tapşırıq verilibsə, müvafiqqurumlar su problemini də nəzərə çatdırmalı idilər. Belə çıxır ki, "Azərsu" ASC əsl gerçəkləri Prezidentdən, dövlətdəm gizlətməyə çalışır.

Mövzuya daha ətraflı araşdırmaq üçün qayıdacağıq.

Paylaş »
››› “Polkovnikin intiharından xəbərimiz yoxdur” - Orduda nə baş verir...
››› Toxunulmazlığı ləğv olunan Eldəniz Səlimov barədə maraqlı faktlar üzə çıxdı
››› Tahir Kərimliyə həmkarından sərt cavab gəldi
››› "Səs yazısını dinləsəniz, əmin olacaqsınız ki, başqa hadisəylə rastlaşmışıq"
››› Milli Məclisdə toqquşma: "Polisin yiyəsi var, deputatın yiyəsi yoxdur?"
››› Milli Məclisdə “kədərli” anlar…
››› Spikerdən... “yüksək pilotaj”
Son xəbərlər
Bütün xəbərlər »