Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bərdə-Ağdam avtomobil yolunun tikintisi davam etdirilir
Bərdə-Ağdam avtomobil yolunun tikintisi davam etdirilir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən, Ermənistan silahlı qüvvələrinin işğalından azad edilmiş ərazilərdə yol infrastrukturunun yenidən qurulması istiqamətində genişmiqyaslı tikinti işləri sürətlə və keyfiyyətlə həyata keçirilir.

"Report" xəbər verir ki, işğaldan azad edilmiş ərazilərdə icra olunan bu cür yol infrastrukturu layihələrindən biri də Bərdə-Ağdam avtomobil yoludur.

Başlanğıcını Bərdə şəhərindən götürən Bərdə-Ağdam avtomobil yolunun uzunluğu 44.5 kilometr təşkil edəcək.

Dövlətimizin başçısının tapşırığına əsasən Bərdə-Ağdam avtomobil yolu Qarabağın inkişaf planı nəzərə alınmaqla 4 hərəkət zolaqlı olmaqla I texniki dərəcəyə uyğun olaraq inşa edilir. Hazırda Bərdə-Ağdam avtomobil yolunun 14-40-cı kilometrləri arasında olan hissələrində tikinti işləri aparılır.

İş həcmi və layihənin qısa müddət ərzində yekunlaşdırılması tapşırığı nəzərə alınaraq tikintini Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin “54 N-li Yol İstismarı” MMC ilə subpodratçı şirkət olaraq yol tikintisi sahəsində ixtisaslaşmış yerli şirkət olan “Körpü-Bina-Tikinti” MMC birgə icra edir.

Hazırda avtomobil yolunun yuxarıda qeyd edilən hissələrində torpaq işləri görülür. Belə ki, xüsusi texnikalardan istifadə olunmaqla yolun genişləndirilərək profilə salınması və 26.5 metr enində yeni torpaq yatağının inşası işləri həyata keçirilir. Bunun üçün tikinti ərazisinə lazımi sayda qüvvə cəlb edilib. Qeyd edək ki, avtomobil yolunun 14.km hissəsi Bərdə şəhəri və bir neçə yaşayış məntəqəsinin daxilindən keçir.

Yeni inşa edilən yol boyunca layihəyə uyğun suların ötürülməsini təmin etmək məqsədilə 79 dairəvi suötürücü boru, 5 düzbucaqlı su keçidi, həmçinin zəruri olan yerlərdə 5 yeraltı keçid, o cümlədən 2 yeni avtomobil körpüsünün və 1 yol ötürücünün inşası planlaşdırılır. Körpülərin biri 1 aşırımlı olmaqla uzunluğu 18.2 metr, biri 3 aşırımlı olmaqla uzunluğu 91.3 metr təşkil edəcək. Həmçinin uzunluğu 32.2 metr olan yol ötürücünün inşası da nəzərdə tutulub. Hazırda sözügedən yolun 25 və 40-cı km-lik hissəsində yerləşən 18.2 metr uzunluğa malik 1 aşırımlı körpünün və 32.2 metrlik yol ötürücünün inşası davam etdirilir.

Qeyd olunan ərazilərdə körpü və yol ötürücüsü üçün svay qazılma işləri və dayaqların inşası aparılır. Hazırda uzunluğu 91,3 metr təşkil edən körpünün orta dayaqlarında betonlanma işləri gedir. Digər uzunluğu 32.2 m olan 3 aşırımlı körpünün inşası isə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə razılaşdırılır.

Bundan başqa 1-ci texniki dərəcəli avtomobil yolu boyunca hərəkətin təhlükəsizliyini təmin etmək məqsədi ilə 8 nöqtədə geri dönmə hissələrinin yaradılması, 24 yerdə isə avtobus dayanacaqlarının inşası həyata keçiriləcək.

Yolun tikintisinin qısa müddət ərzində icra edilməsini təmin etmək məqsədilə ərazidə yeni düşərgə inşa edilib. Düşərgədə asfalt-beton zavodu, maşın-mexanizmlərin saxlanılması və xidməti üçün xüsusi ərazi, həmçinin işçilər üçün hər bir şəraiti olan ofis, yeməkxana və dincəlmək üçün yerlər qurulub.

Qeyd edək ki, Bərdə-Ağdam avtomobil yolu işğaldan azad edilmiş Ağdam şəhərinə qədər inşa edilir. Avtomobil yolu Bərdə və Ağdam şəhərləri də daxil olmaqla, sözügedən rayonların 20-dən artıq yaşayış məntəqəsini əhatə edəcək.

Əlaqələndirmə Qərargahının nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin nəqliyyat, rabitə və yüksək texnologiyalar İşçi Qrupu çərçivəsində digər aidiyyəti dövlət qurumları ilə koordinasiyada həyata keçirilən bu yol layihəsi Qarabağın vahid nəqliyyat konsepsiyasının ayrılmaz tərkib hissəsini təşkil edir.

Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 24 noyabr tarixli Sərəncamı ilə yaradılmış Əlaqələndirmə Qərargahına Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev rəhbərlik edir.

Paylaş »
››› “Patı” mafiyası, yoxsa, agentura: “Planlı işləyirlər”
››› Alovun içində üzümüzü ağ edənlər: Azərbaycan qardaş ölkəyə necə dəstək verir...
››› Avqustun 3-nə olan hava proqnozu
››› “Gürcüstan Ankara və Bakı üçün sağlam tərəfdaş olaraq qalacaq”
››› Tokio-2020: Fransanı təmsil edən azərbaycanlı boksçu üçün polisə müraciət olunub
››› İntizam komissiyası polisi döyən deputatla bağlı rəyi yekdilliklə qəbul edib
››› Azərbaycanda zəlzələ olub
Son xəbərlər
Bütün xəbərlər »