Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Yunanıstan Türkiyədən gələn miqrantları döyüb çılpaq geri qaytardı - Foto
Afina, Yunanıstan

Miqrant problemi Türkiyə-Yunanıstan münasibətlərinin yalnız gərginləşməsinə xidmət edir. Avropa ölkəsi Şərqdən gələn əcnəbilərin qarşısını ən sərt üsullarla alır. Dünyada miqrantlara ən çox qucaq açmış ölkə kimi fərqlənən Türkiyə isə hadisələrin belə gedişi ilə razılaşmır. Ankara zaman-zaman böyük narahatlıq ifadə edən bəyanatlar yayır.

Bizimyol.info xəbər verir ki, Yunanıstan Türkiyə tərəfdən sərhədi aşaraq gəlmiş miqrantları döyərək çılpaq geri qaytarıb. Qardaş ölkənin Müdafiə Nazirliyinin bəyanatında Avropa dövlətinin davranışı pislənilib. Söhbət 42 asiyalı miqrantdan gedir. Yayılan videogörüntülərdə və fotolarda onların 12-nin geyimsiz qovulduğu diqqət çəkir.

Miqrantlar sərhədi Ədirnədə keçiblər. Bir az irəliləyəndən sonra yunan polisinin əlinə düşüblər. Onların dediyinə görə çox pis münasibətlə qarşılaşıblar. Hətta yemək və su da verilməyib. Onlar döyüldüklərini danışırlar. Bundan sonra paltarları və əşyaları əlindən alınıb və ölkədən qovulublar.

Yunanıstandan qovulandan sonra miqrantlara Ədirnədə qayğı göstəriblər. Onlara yemək və paltar verilib.

2020-ci ilin yayında Türkiyə-Yunanıstan sərhədində gərginlik ən yüksək həddə çatmışdı. Avropa ölkəsi qonşu dövlətdən gələn asiyalılarla xeyli sərt davranırdı. Hətta yunan polisinin iki miqrantı öldürdüyü bildirilirdi. Daha bir nəfərin ağır yaralandığı qeyd olunurdu. Yunanların güllə atdığı 3 asiyalının 1-nin Suriyadan, 2-nin Pakistandan gəldiyi dəqiqləşdirilmişdi.

Onda Türkiyə ortaya ciddi mövqe qoymuşdu. Ankara problemin belə həll olunmasının əleyhinə çıxırdı. Avropa Birliyi komissarı Yiva Yohansson Yunanıstanı qınayan açıqlama vermişdi. O, miqrantlarla bu cür davranışın yolverilməz olduğunu demişdi. Yunanıstan isə üzərinə heç cür məsuliyyət götürmək istəmirdi. Afina miqrantlarla pis davranış faktlarını yaxına buraxmırdı, inkar edirdi.

Yunanıstan miqrant məsələsinə xüsusilə dözümsüz yanaşır. Politoloqlar burada Türkiyə amilini qabardır. Onlar Yunanıstanın qonşu ölkə ilə illərdir yola getməməsinin daha fərqli reaksiya ortaya çıxardığını bildirir. Türkiyə isə münasibətlərdən asılı olmayaraq məsələyə həssas yanaşmanın tərəfdarıdır.

Paylaş »
››› Hamının sevimlisinə çevrilən “Həyat həkim” əslində kimdir... - Video
››› “Cəbhədən İcra Hakimiyyətinə zəng edib anama 2 çörək almalarını xahiş etdim, almadılar”
››› “Ermənistana verilən yardım paketi Azərbaycanın xeyrinədir”
››› Putin nüvə qarşıdurmasına “Qiyamət gününün təyyarəsi”ni almağa hazırlaşır
››› Ölkəyə səs salacaq məhkəmə prosesində hazırlıq iclası keçirilir
››› “Biz Ermənistana kömək edib, onun ərazisində əməliyyatlar aparacağıq”
››› “600 min pul alıb, bunun oynamağına bax”
Son xəbərlər
Bütün xəbərlər »