Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Avropa da ABŞ-ın tərəfinə keçdi: “Rusiya 10 ilə dağılacaq” iddiası əsaslıdırmı...
Kreml, Moskva, Rusiya

Ukraynadan olan tanınmış iqtisadçı ekspert Ruslan Osipenko televiziya verilişlərindən birində çıxışı zamanı Rusiyaya qarşı tətbiq edilən sanksiyalardan danışıb və bu ölkənin gələcəyi ilə bağlı bədbin proqnozla çıxış edib. O bildirib ki, "Rusiya dövlət kimi 10 il sonra dağılacaq"

Sitat: “Rusiyaya qarşı sanksiyalar ona uzunmüddətli perspektivdə zərər vuracaq. Krımın ilhaq edilməsi də Rusiyanı digər tərəfdən tələyə salıb. Rusiya Krımı işğal edib, indi isə gedə bilmir. Bu sanksiyalar zamanla Rusiyanı dağıdacaq. Məncə, bu 10 il ərzində baş verəcək”. Avropa Birliyi ölkələri hazırda Rusiyaya qarşı “cəbhə” açmaqda fayda gördüklərini dilə gətiriblər. Merkel qeyd edib ki, hətta soyuq müharibələr dövründə  belə danışıqlar  gedib. Rusiya ilə normal danışıqlar aparmaq lazımdır, nəinki öz aramızda toplaşıb onun barəsində pıçıldaşmaq. Əcəba bu “pıçıldaşma” Rusiyanı yıxacaqmı?

Siyasi ekspert Bəybala Mirzəyev bizimyol.info-ya bildirib ki, söhbət Rusiya lideri Vladimir Putinin oynadığı həlledici roldan gedir.

Bəybala Mirzəyev Bəybala Mirzəyev

“Sözün açığı, mən ukraynalı iqtisadçı ekspert Ruslan Osipenkonun Rusiyanın 10 il sonra dağılacağına dair proqnozunu bir az təbəssümlə qarşıladım. Çünki biz bu cür təxminlərə, öncəgörmələrə bir növ çoxdan adətkərdə olmuşuq. Artıq ikinci onillikdir ki, çeşidli ekspertlər Rusiyanın yaxın və ya uzaq perspektivdə parçalanacağı, dağılacağı, zəifləyəcəyi ilə bağlı cürbəcür proqnozlarla çıxış edirlər. Lakin bu proqnozların  hələlik heç biri özünü doğrultmur. Bunun da müxtəlif səbəbləri var. İlkin səbəblərdən biri isə şəxsiyyətin tarixdə rolu faktoru ilə bağlıdır. Söhbət Rusiya lideri Vladimir Putinin oynadığı həlledici roldan gedir.

Putin Rusiyanı şəriksiz hakimiyyət, mərkəzləşdirilmiş-vertikal idarəçilik prinsipi ilə idarə etdiyinə görə biz ötən 22 il ərzində Rusiyanın dağılmasını yox, permanent surətdə güclənməsini müşahidə etmişik. Nəzərə alsaq ki, Putin yaxın 10 il ərzində hakimiyyətdən getməyə tələsmir, deməli, Rusiyanın da bu zaman kəsiyində dağılmasını gözləməyimiz əbəsdir. Rusiyanın dağılacağı real görünmür. Odur ki, özümüzü aldatmamalıyıq. Biz Rusiyanın dağılmasına deyil, öz imperiya siyasətini, qonşularına münasibətini dəyişməsinə, aqressiv siyasətdən konstruktiv siyasətə keçid etməsinə ümid bəsləməliyik. Zaman dəyişirsə, geosiyasi reallıqlar yenidən şəkillənirsə, heç şübhəsiz ki, Rusiya da dəyişməlidir, yenilənməlidir.

Avropa liderləri də Rusiyadan məhz bunu istəyirlər. Onlar Rusiyanın hegemonluq siyasətindən əl çəkməsini, AB ölkələri ilə normal münasibətlər qurmasını istəyirlər. Söhbət xüsusən də Almaniyanın federal kansleri Angela Merkeldən və Fransa prezidenti Emmanuel Makrondan gedir. Onlar ABŞ-ın və Böyük Britaniyanın anti-Rusiya mövqeyinə rəğmən Putinlə sıx əməkdaşlığın qatı tərəfdarı kimi çıxış edirlər. Angela Merkelin Fransa-Almaniya Parlament Assambleyasının iclasında videoformatda çıxışı zamanı söylədiyi bu fikirlər də belə düşünməyimiz üçün kifayət qədər əsas verir.

“Avropa Birliyi (AB) ölkələri Rusiya ilə münasibətlərdəki problemləri öz aralarında deyil, birbaşa Moskva ilə müzakirə etməlidirlər. Mənim nöqteyi-nəzərimdən belə bir sammitdə (AB-Rusiya) bizi maraqlandıran və həmçinin əməkdaşlıq etmək istədiyimiz bütün məsələləri müzakirə etmək lazımdır. Düşünürəm ki, məsələləri həmişə öz aramızda yox, eyni zamanda, Rusiya Prezidenti ilə də müzakirə etməli və nəticə əldə etməyəndən sonra uğurlu əməkdaşlığın mümkün olmadığını söyləmək daha yaxşıdır. AB ilə Rusiya arasındakı münasibətlər həqiqətən pisdir, hətta “Soyuq müharibə” dövründə danışıqlar var idi. Rusiya ilə müzakirə etmək istədiyimiz mövzuları müəyyənləşdirmişik və hansı formatda, hansı şəraitdə danışıqların aparıla biləcəyi üzərində işlər barədə çalışırıq”,- deyə Merkel bildirmişdi.

Ekspertin fiukrincə, AB-nin bu iki aparıcı ölkəsinin liderlərinin Rusiya ilə bağlı mövqeyi ABŞ prezidenti C.Baydenin mövqeyi ilə daban-dabana ziddir. Putin də hazırda məhz bu ikitirəlikdən, ziddiyətdən yararlanmağa çalışır. Lakin Avroatlantik məkanda münasibətlərin bundan sonra hansı müstəvidə cərəyan edəcəyindən asılı olmayaraq Rusiya ayaqda qalmağa davam edəcək. Rusiya çoxqütblü dünya modelinin bir həlqəsi kimi öz mövcudluğunu davam etdirəcək. Sözün düzü, Rusiyanın çöküşü və parçalanması hazırda Qərbin özünün də maraqlarına cavab vermir. Qərb sadəcə, Rusiya ilə münasibətləri proqnozlaşdırıla bilinən hala gətirmək və Putini konstruktiv əməkdaşlığa vadar etmək istəyir. Bu həm də Çinin get-gedə artan gücünün yaratdığı təhlükəni önləmək baxımından Qərbə hava-su kimi lazımdır. Odur ki, ukraynalı ekspertin Rusiyanın yaxın 10 il ərzində dağılacağı ilə bağlı təxminlərinə sadəcə, onun öz  subyektiv fikiri kimi yanaşmaq lazımdır. Zatən bir ukraynalı ekspertin belə düşünməsi də tamamilə təbiidir. Çünki hazırda Rusiya ilə Ukraynanın münasibətləri “Soyuq müharibə” vəziyyətindədir. Ancaq Qərb isə Ukraynanın istəkləri ilə hərəkət etmir, öz geosiyasi, geoiqtisadi maraqlarından çıxış edir. Bu mənada, Qərb yaxın gələcəkdə Rusiyanı dağıtmağa hazırlaşmır.

Qeyd edək ki, son məlumatlara görə, Merkel və Makron da Baydenin mövqeyini qəbul ediblər. Avropa Birliyi Putinlə dialoqu prioritetlər siyahısından çıxarıb. Rusiyanın xarici işlər naziri Sergey Lavrov isə əsəblərini colovlaya bilməyib və AB-nin ünvanına təhqiramiz ifadələr işlədib. O, qurumu “Baydenin tərəfini tutan xor” adlandırıb.

İlhamə

Paylaş »
››› Türkiyədəki yanğınların təxribat olduğunu təsdiqləyən görüntülər - Video
››› “Patı” mafiyası, yoxsa, agentura: “Planlı işləyirlər”
››› Alovun içində üzümüzü ağ edənlər: Azərbaycan qardaş ölkəyə necə dəstək verir...
››› Avqustun 3-nə olan hava proqnozu
››› “Gürcüstan Ankara və Bakı üçün sağlam tərəfdaş olaraq qalacaq”
››› Tokio-2020: Fransanı təmsil edən azərbaycanlı boksçu üçün polisə müraciət olunub
››› Generalın bacısı oğlu həbsdən buraxılıb
Son xəbərlər
Bütün xəbərlər »