Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Son günlər sərhəddə baş verənlərin arxasında nə və yaxud kim dayanır...
Zəngəzurun Mehri şəhəri

Günün və gündəmin suallarından biri də budur ki, son günlər sərhəddə baş verən atışmaların arxasında nə və yaxud, kim dayanır? Ermənistan silahlı qüvvələri bölmələrinin Azərbaycan ordusunun mövqelərini atəşə tutmaqda məqsədi nədir?.

Siyasi Şərhçi Bəybala Mirzəyevlə bu suallara cavab tapmağa çalışmışıq. Bəybala Mirzəyev Bizimyol.info-ya bildirib ki, həmlələrin arxasında revanşistlər yox, başqa qüvvələr dayanır. Məsələni Koçaryanla əlaqələndirib bəsitləşdirməməliyik.

Bəybala Mirzəyev Bəybala Mirzəyev

Politoloq Qabil Hüseynli, deputat Elman Nəsirov və bir sıra başqa ekspertlər hesab edirlər ki, Ermənistan silahlı qüvvələrinin yenidən Azərbaycanla sərhəddə atəşkəsi pozması Robert Koçaryanın və digər revanşist qüvvələrin işidir, Ermənistanda revanşist qüvvələr artıq son həmləni həyata keçirirlər və s.

“Lakin əsl həqiqətdə isə məsələ revanşist qüvvələrin son cəhdi, son həmləsi ilə bağlı deyil. Çünki revanşistlər hazırda bütün diqqətlərini son seçkilərin nəticələrinin ləğv etdirilməsinə cəmləyiblər. Üstəlik də, onların ordu hissələrinə təsir gücü xeyli dərəcədə zəifləyib. Və Koçaryan onu da yaxşı bilir ki, sərhəddə atəşkəsi pozmaqla, təxribat törətməklə heç nəyə nail ola bilməz.

Ən pisi də budur ki, Ermənistan tərəfi bu məlumatı təkzib edir və həyasızlığa yol verərək, atəşkəsin Azərbaycan tərəfindən pozulduğunu iddia edir.

Biz Ermənistanın öncəki dövrlərdə də bu cür həyasızlıqlarına yaxşı bələd idik. İndi də oxşar situasiyadır. Məğlub olsalar da, lakin xislətləri və taktikaları dəyişməyib. Öz murdar əməllərini necə deyərlər, bizim ayağımıza yazmağa davam edir və edəcəklər.

Reallıq budur ki, Azərbaycan tərəfi Ermənistana sülh müqaviləsinin imzalanması ilə bağlı bir neçə dəfə təklif irəli sürüb, lakin Ermənistan adekvat cavab vermək əvəzinə, belə intensiv atəşkəs pozulması hallarına yol verir.

Yenə deyirəm, bunu Koçaryan yox, Ermənistanın hazırki başıpozuq hərbi-siyasi rəhbərliyinin özü edir.

Bunda məqsəd bizi açıq şəkildə sərhəd toqquşması təxribatına çəkməkdir. Onlar Azərbaycan Silahlı Qüvvələrini cavab atəşinə, qarşıdurmaya təhrik edirlər. Məqsəd isə həm KTMT-nin, həm də Qərb ölkələrinin prosesə müdaxiləsinə nail olmaqdır.

Ermənistan rəhbərliyi bunu planlı surətdə edir. Yəni ki, burada Koçaryan kimilərinin heç bir rolu yoxdur. Odur ki, məsələni Koçaryanla əlaqələndirib bəsitləşdirməməliyik”,- deyə o qeyd edib.

İlhamə

Paylaş »
››› “Patı” mafiyası, yoxsa, agentura: “Planlı işləyirlər”
››› Alovun içində üzümüzü ağ edənlər: Azərbaycan qardaş ölkəyə necə dəstək verir...
››› Avqustun 3-nə olan hava proqnozu
››› “Gürcüstan Ankara və Bakı üçün sağlam tərəfdaş olaraq qalacaq”
››› Tokio-2020: Fransanı təmsil edən azərbaycanlı boksçu üçün polisə müraciət olunub
››› İntizam komissiyası polisi döyən deputatla bağlı rəyi yekdilliklə qəbul edib
››› Azərbaycanda zəlzələ olub
Son xəbərlər
Bütün xəbərlər »