Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Xəzərdə NATO gəmiləri və ya Türkiyənin yeni layihəsi Rusiyanı niyə qorxudur...

Mərmərə və Qara dənizləri birləşdirən kanal və İstanbul adlı meqalayihə artıq işə salınır.

Bu layihə Bosfor bpğazına alternativ olaraq nəzərdə tutulub. Layihə barədə Rusiya kanalları təşfişlə bəhs edir, antireklam aparıldığı hiss olunur.

"Kanal İstanbul" Qara Dəniz uğrunda gələcəkdə baş tutacaq əsas mübarizə üçün nəzərdə tutulub. Layihənin əsas hədəfi iqtisadi gəlirlər deyil, hərbi gəmilərin Qara Dənizə açılması ilə bağlı bəzi maneələrin aradan qalxmasıdır.

Montrö müqavilsəinə görə, boğazlardan ancaq bəlli ölçüdə hərbi gəmilər keçə bilər, müasir hərbi gəmilərin keçməsi həm texniki, həm də bəzi beynəlxalq sazişlərə görə mümkün deyil. Əgər layihə baş tutsa, NATO gəmiləri maneəsiz, yalnız Türkiyədən icazəyə bağlı olaraq Qara Dənizə daxil ola biləcəklər. Layihənin reallaşması üçün 16 milyard dollar tələb olunur. Ekspertlərin fikrinə görə, bu NATO-nun "dənizdən-dənizə: Baltik-Qara-Xəzər dənizi" strategiyasının tərkib hissəsidir. NATO gəmilərinin Xəzərdə, Qara dənizdə görünməsi Rusiyanın təbii ki, xoşuna gəlməyəcək, bu layihəyə ən çox Rusiya mane olmağa çalışacaq.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bu layihənin Türkiyəyə və xalqa rifah gətirməsini arzuladığını deyib. O, layihə ilə bağlı ekoloji təsirlərin, tikintinin ətraf mühitə verəcəyi təsirinin ətraflı öyrənildiyini bildirib.Türkiyə Prezidenti Kanal İstanbulun ətrafında mikrorayonlar, turizm obyektlərinin, texnologiya parklarının salınacağını deyib.

“Kanal İstanbul” Bosfor boğazının yükünü azaldacaq. İldə 25 min gəmi qəbul edən boğazın yükü azalmasa, bu hədd 25 il sonra ildə 3 dəfə artacaq. Layihənin reallaşması üçün vacib olan vəsaitin bir hissəsini Türkiyə ödəsə də, xaricdən, məsələn, Qətərdən də maliyyə cəlb olunacaq. Kanalın ildə bir milyard dollarlıq fayda verməsi gözlənilir.

Eni 275 metr olan kanaldan gündə 185 gəmi keçəcək. Bosforda bu limit 118-125 təşkil edir. İstanbul meri Əkrəm İmamoğlu Ərdoğanın fikirlərinə qarşı çıxış edib, ekoloji mühitə görə narahatlığını dilə gətirib.

Qara dənizə girən hərbi gəmilərin qalma müddəti 3 həftə, yükləri 45 min tondan çox ola bilməz.

Ukrayna və Gürcüstan istisna olmaqla Qara Dənizə çıxışı olan ölkələr bu layihəyə qarşıdırlar. Rusiya Elmələr Akademiyasının Şərqşünaslıq şöbəsinin əməkdaşı Amur Hacıyev bildirib ki, Türkiyə bu layihəni qərb üçün maraqlı etməyə çalışıb. Yunanıstan, Rumıniya, Bolqarıstan və Rusiya bu perspektivdən narazıdırlar.

“Krım sahillərində NATO gəmilərinin olması Rusiyaya xoş deyil. Bir neçə gün öncə Britaniya gəmisi ilə bağlı baş verənləri xatırlamaq kifayətdir.

Rusiya NATO gəmilərinin öz akvatoriyasına daxil olmasından məmnun deyil. ABŞ, Britaniya və NATO-nun digər aparıcı ölkələri isə Montrö müqaviləsinin artıq köhnəldiyini deyərək, Kanal İstanbulun gələcəyə qoyulan bir yatırım olduğunu bildiriblər”,- deyə ekspert qeyd edib.

Xatırladaq ki, bir neçə gün öncə Ermənistan mediası Qarabağda aktiv əməliyyatlar zamanı Rusiya hərbi gəmilərinin Xəzər dənizindən onlara dəstək verdiyini, Azərbaycanın hava məkanını bağladığını qeyd etmişdilər. Siyasi kuluarlarda da Azərbaycan ordusu Xankəndiyə girərsə, Bakıya Xəzərdəki Rusiya hərbi gəmilərindən təhlükə yaranacağına dair iddialar səslənmişdi .Rəsmi səviyyədə təsdiq olunmasa da, Azərbaycana dəfələrlə “İskəndər” atan Rusiyadan bu addımı gözləmək mümkün idi. O nöqteyi-nəzərdən indi Xəzərdə Rus gəmilərini NATO gəmilərinin müşaiyiət eləməsi kimi bir xəyal gerçək olarsa, çox şey yerini dəyişməzmi?..

İlhamə

Paylaş »
››› “İndi yoldaşımın beyni 3 yaşlı uşaqda olduğu kimidir” – Cərrahı məhkəməyə verən jurnalist
››› Hamının sevimlisinə çevrilən “Həyat həkim” əslində kimdir... - Video
››› Gələn aydan Ermənistan Xankəndi sakinlərinə yardımı dayandırır
››› “Cəbhədən İcra Hakimiyyətinə zəng edib anama 2 çörək almalarını xahiş etdim, almadılar”
››› "Televizorda özünü görüb soruşdu ki, bu aktyorun adı nədir..."
››› Putin nüvə qarşıdurmasına “Qiyamət gününün təyyarəsi”ni almağa hazırlaşır
››› “Ermənistana verilən yardım paketi Azərbaycanın xeyrinədir”
Son xəbərlər
Bütün xəbərlər »