Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Dünyanın ən bahalı “həbsxana”sında XÜSUSİ QONAQLAR - FOTO
Səudiyyə Ərəbistanında vəzifədən sui-istifadə ittihamları ilə həbs edilən şahzadə və nazirlərin də aralarında olduğu 200 nəfər dünyanın ən lüks “həbsxana”sında nə edir?

“BBC” xəbər verir ki, vəliəhd şahzadə Məhəmməd ibn Salmanın əmri ilə həbs edilən məmurlar Riyaddakı “Ritz Karlton” hotelində saxlanılır.

Lakin onların özləri də belə bir şəraitdə saxlanılacaqlarını təsəvvürlərinə gətirmədiklərini bldiriblər. Həbs olunanlarla bağlılığı olan bir səlahiyyətli məmurların niyə məhz hoteldə saxlanıldığını açıqlayıb:

“Bəzilərinin qaçacağını düşünərək onları hoteldə saxlamaq istədik. Onlar bizim xüsusi qonaqlarımızdır”.

Həbs edilən 200 nəfər vaxtını bağlı qapılar arxasında keçirir. Onlara Səudiyyə krallığının xəzinəsindən ayrılan büdcə sayəsində həkimlər və təhlükəsizlik qüvvələri də daxil olmaqla, 500-dən artıq insan xidmət göstərir. Bununla belə, bir çoxunun fikirləşdiyi tək şey hoteldən çıxmağın yolunu tapmaqdır.

Hoteldə saxlanılan bəzi məmurların səhiyyə problemlərinin olduğu, bəzilərinin pis münasibətlə qarşılaşdığı iddia edilir. Onların böyük hissəsi yaşlı olduğu üçün tez-tez diabet və ürək xəstəliyi kimi problemlər ortaya çıxır.

Hoteldən kiminsə çıxmasına icazə verilməsə də, hər gün onlarla ziyarətçi qəbul edilir. Bu ziyarətçilər, adətən, həbs edilənlərin vəkilləri və ailə üzvləri olur.

[gallery columns="1" size="full" ids="34949,34950,34951,34952">

Son xəbərlər
Bütün xəbərlər »