Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Dəniz həvəskarlarının nəzərinə: Çimərliklərə kanalizasiya suları axıdılır
çimərlik

Artıq neçənci dəfədir ki, Bakıda dənizə çirkab sularının axıdılması ilə bağlı görüntülərə şahidlik edirik. Bununla bağlı daha bir görüntünü iş adamı, sabiq deputat Nazim Bəydəmirli öz sosial şəbəkə hesabında paylaşıb. Belə ki, çimərliyə üz tutan sabiq deputat kanalizasiya sularının dənizə axıdılığını təsdiq edən video çəkib. O, bu səbəbdən çimərlikdə istirahətdən imtina etdiyini bildirib.

Nazim müəllimdən fərqli olaraq həmin çimərliklərə üz tutan insanların sayı xeyli çoxdur və onları gözləyən təhlükədən xəbərsizdirlər.

Biosfer ictimai birliyinin sədri, ekoloq Qorxmaz İbrahimli Bizimyol.info-ya dənizə axıdılan kanalizasiya suları barədə açıqlama verən zaman bildirib ki, bu bəladan xilas olmalıyıq. Onun sözlərinə görə, bu ərazilərdə suya girən insanları çox ciddi təhlükə gözləyir.

“Mərkəzləşmiş kanalizasiya sistemini “Azərsu” və digər təşkilatlar qurmalı idilər, amma görünən odur ki, qurulmayıb. Ekologiya və Təbii Sərvətlər nazirliyi isə mütəmadi olaraq monitorinqlər keçirir, bu barədə informasiya yayır,  amma bununla iş bitmir. Xüsusən çimərlik mövsümü öncəsi bütün hazırlıqlar görülməli idi. Görünür ki, illərdir təmizlənmə işi aparılmayıb.

Bakı şəhəri ərazisində 7 ictimai çimərlik var və demək olar ki, bunların hər birinə kanalizasiya suları axıdılır. Ekologiya və Təbii Sərvətlər nazirliyi isə qeyd edir ki, bu ərazilərdə çimmək olmaz. Bəs vətəndaşlar harada çimsin? Hələ mən Xaçmaz, Lənkəran, Astaradakı çimərlikləri demirəm. Onlarda vəziyyət daha da bərbaddır.

Çimərlik ərazisində kanalizasiyanın dənizə axıdılması qorxulu problemlər yaradır. Burada ilk növbədə ümumi kanalizasiya sistemi həll olunmalı, icatimai iaşə obyektləri təmizləyici qurğular tətbiq etməklə insanların həyatını təhlükədən qurtarmalıdırlar. Çünki yaranmış bu vəziyyət isti yay aylarında buraya üz tutan insanların müəyyən xəstəliklər yaxalamasına səbəb olur.

Ekoloqun sözlərinə görə, bu gün beynəlxalq təcrübə onu göstərir ki, İsrail kimi dövlətlər artıq dəniz suyunu içməli su kimi istifadə edə bilir.

“Təəssüf ki, biz hələ də Azərbaycanda çimərliklərdə bakteriyaların çox olmasından, dəniz suyunun fəlakətli formada çirklənməsindən bəhs edirik. Təəssüflər olsun ki, çimərliklərə gedən insanlar da bu ərazilərin çirklənməsində az rol oynamır.

Biz Xəzər dənizimizi qorumalı, insanlarımızın həyatı, dövlətimizin gələcəyi naminə digər dövlətlərdən nümunə götürməliyik”.

Leyla Mirzə

Paylaş »
››› Eldar Həsənovun vəkilləri Prezidentə müraciət etdi: “170 dəfədən çox yıxılıb”
››› Parlamentdə “şellən, amma ilişmə” prinsipi
››› Bakıda güclü yanğın başladı - Video
››› Baş prokuror deputatın toxunulmazlığının ləğvi üçün Milli Məclisə təqdimat göndərib
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Antalyada yanğınlar məhəllələrə də keçib
››› "Avtomobillərdə müxtəlif yazıların yazılmasını qadağan edən qanun yoxdur"
Son xəbərlər
Bütün xəbərlər »