Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Lavrov BMT komissarı ilə qaçqınların Dağlıq Qarabağa və ətraf rayonlara qaytarılması haqda danışıb
Sergey Lavrov

Rusiyanın xarici işlər naziri Sergey Lavrov BMT-nin qaçqınların işi üzrə Ali komissarı Filipo Qrandi ilə görüşüb. TASS xəbər verir ki, görüşdə tərəflər qaçqınların Dağlıq Qarabağa qaytarılması məsələsini də müzakirə olunub.

Rusiya XİN-in yaydığı rəsmi məlumata istinad edən agentlik bildirir ki, tərəflər “qaçqınların və məcburi köçkünlərin Azərbaycan, Rusiya və Ermənistan liderlərinin 10 noyabr 2020-ci il üçtərəfli bəyanatına uyğun olaraq Dağlıq Qarabağa və ətraf rayonlara qaytarılması” məsələlərini müzakirə ediblər.

Qeyd edək ki, 10 noyabr üçtərəfli bəyanatında qaçqınların və məcburi köçkünlərin BMT-nin qaçqınların işi üzrə Ali komissarının eqidası altında Qarabağa qaytarılması məsələsi əksini tapıb. Həmin bəyanatın ardınca regiona yeridilən Rusiya sülhməramlı qüvvələri BMT komissarını gözləmədən hərbi əməliyyatlar zamanı bölgəni tərk edən 50 mindən çox ermənini Ermənistandan Qarabağa geri qaytarıb. Daha sonra proses dayanıb. İndi Lavrovun məhz hansı qaçqınların geri qaytarılması məsələsi barədə BMT Ali komissarı ilə müzakirə apardığı məlum deyil. Çünki indiki halda Dağlıq Qarabağa həm də azərbaycanlı qaçqınların geri qaytarılması məsələsi aktualdır.(virtualaz.org)

Paylaş »
››› Türkiyəyə kimlər od vurdu: Hədəf Ərdoğandır, yoxsa dövlətin özü...
››› Avqust ayı üçün maliyyə qoroskopu
››› Kirayə bazarının vəziyyəti Operativ Qərargahın qərarından asılı olacaq
››› Türkiyə Yunanıstana nota verdi
››› Azərbaycan Rusiyaya nota verib
››› Deputat Eldəniz Səlimov: "Səhv etmişəm, üzr istəyirəm"
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
Son xəbərlər
Bütün xəbərlər »