Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Əlilliyin verilməsi üçün rüşvət tələb olunur”
Ədliyyə Nazirliyi

Ədliyyə Nazirliyi Penitersiar Xidmətin 11 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən 2-ci dərəcəli əlil Səmədov Əli Azər oğlunun anası, Göyçay rayon 1-ci Ərəbcəbirli kənd sakini Səmədova Gülnaz Mirzə qızı tərəfindən redaksiyamıza şikayət məktubu daxil olub.  Məktubda bildirilir ki, Ədliyyə Nazirliyi Tibb Baş İdarəsi müalicə müəssisəsinin baş həkimi Nicat Cəlilov öz tutduğu vəzifəsindən sui-istifadə edərək, Dövlət müəssisəsini özəl obyekt kimi istifadə edir.

“O, xəstə məhkumlar üçün Dövlət tərəfindən ayrılmış yüksək məbləğdə dərman pereparatlarını və tibbi avadanlıqları mənimsəyərək, özünə məxsus olan 2 şəxsi apteklərində satışa çıxarır. Eşitdiyimə görə o, bu cür mənimsəmə yolu ilə böyük var-dövlət əldə etmişdir. Əlbəttə, bunlar hamısı xəstə və eyni zamanda kimsəsiz məhkumların əlindən alınmış haqlarıdır. Hətta Covid 19 xəstəliyinə yoluxduğu ehtimal edilən xəstələr belə müəssisəyə daxil olmamışdan öncə heç bir testdən və yoxlamadan keçmədən Nicat Cəlilovun dediyi məbləği ödəməyə məcburdular. Əsk halda isə həmin xəstələr dərhal cəza çəkdikləri müəssisələrə geri qaytarılırlar. Bu isə əksər hallarda həmin xəstələrin ölümü ilə nəticələnir. Oğlum 2019-cu ildə müalicə müəssisəsində biləvasitə Nicat Cəlilovun etdiyi çoxsaylı qanunsuz əməllərə şahidi olub”.

Şikayətçinin sözlərinə görə, bir neçə il öncə Nicat Cəlilov oğlunun müalicəsinin təşkili və xəstəlik sənədlərinin Dövlət Tibbi Sosial Ekspertiziya və Reabilitasiya komissiyasına təqdim edilməsi üçün 2000 (iki min) manat rüşvət tələb edib.

“Lakin Nicat Vidadi oğlu Cəlilov çoxsaylı tapşırıqlardan sonra qorxaraq bu məsələni pulsuz həll etdi və oğluma 5 il müddətinə 2-ci dərəcəli əlillik təyin edildi. Hazırda oğlum xəstəliyinin ağırlaşması səbəbilə əlilliyin vaxtından əvvəl dəyişdirilməsi üçün müraciət edib. O, haqqı olan 1-ci dərəcəli əlilliyini almaq istəyir. Lakin Nicat Cəlilov yenə də övladımdan 1000 (min) manat rüşvət tələb edir.

2014-ci ildən bəri Nicat Cəlilov həmin müəssisəsinin baş həkimi vəzifəsində çalışır. O zamandan etibarən müəssisədə Nicat Cəlilovun baxımsızlığı ücbatından baş verən saysız insan ölümlərinin səbəbləri Baş Prokurluq tərəfindən dərindən araşdırılmalıdır”.

Gülnaz Səmədova məktubda qeyd edib ki, yuxarıda qeyd etdiyi halların və övladından tələb olunan 1000 (min) manat rüşvətin, yalnız Baş Prokurorluq və Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən araşdırma aparılmasını istəyir.

Ədliyyə Nazirliyi Tibb Baş İdarəsinin rəis müvini İftixar Qurbanov məsələ ilə bağlı Bizimyol.info-ya açıqlaması zamanı bildirib ki, bu məsələ dəfələrlə araşdırılıb və heç bir fakt tapılmayıb.

“Bu cür eyni məzmunlu müraciətlər demək olar ki, bir neçə ildir ölkənin rəhbər təşkilatlarına ünvanlanıb. Biz, nazirlik rəhbərliyinin nəzarəti ilə bir neçə təşkilat və bəzi prokurorluq orqanları da bu müraciəti araşdırıb.

Əlilliyi biz təyin etmirik. Respublikamızın qanunlarına görə, bu Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyinin qurumu tərəfindən müəyyənləşdirilir.

2016-cı ildən bəri bu struktur elə qurulub ki, burada insan kontaktı yoxdur. Yəni, xəstələrin diaqnozları müəyyənləşdirilir və naziliyin elektron bazasına yüklənir. Nazirliyin təyin etdiyi komissiya o bazaya baxır və potologiyalara uyğun olaraq, əlillik təyin edir. Burada bizim fəaliyyətimiz məhdudlaşır.

Səmədov Əli Azər oğlu müalicə mərkəzinə köçürülüb, uzun müddət müayinələrə cəlb olunub.

Ortada şikayətlər olduğuna görə, biz öz həkimlərimiz yox, Nevralogiya klinikasında ali dərəcəli mütəxəssislər tərəfində diaqnoz qoyulub və həmin diaqnozlar bazaya yüklənilib.  Belə olan halda Nicat Cəlilovun bu məsələyə aidiyyatı ola bilməz.

Əgər vətəndaş şübhələnirsə, onun hüquqi imkanları var. O, öz mütəxəssisini gətirə və hətta məhkumu istədiyi xəstəxanada müayinədən keçirə bilər. Bu imkanlar da həmin şəxslərə təklif olunub. Amma başa düşə bilmirəm ki, vətəndaş məsələni niyə bu formada təqdim edir”,- deyə bildirib.

Leyla Mirzə

Paylaş »
››› “Ölmək ölməkdir, normal üsulla ölün” - Ekspertdən qadınlara məsləhət
››› Tanınmış telejurnalist həkimi məhkəməyə verdi
››› İsrail alimləri koronavirusin qarşısını alan dərman tapıblar
››› Hökumət 7 aydır tibbi sığorta adı ilə pul yığır, əvəzində heç nə vermir
››› Yeni qapanmaya doğru qulaqçəkmə əməliyyatı
››› Prezidentdən Nəcməddin Sadıxovun yerinə yeni təyinat: "Orduda islahatlar olacaq"
››› Yollardan istifadə qaydaları əleyhinə inzibati xətalara görə cərimə ödəniləcək
Son xəbərlər
Bütün xəbərlər »