Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Böyük Britaniya kriptovalyutalara böyük zərbə vurdu
bitkoin
Kriptovalyuta bazarında son vaxtlar baş verənlər heç də nikbinliyə şərait yaratmır. Bir çox virtual pulların dəyəri aşağı düşür. Bu istiqamətdə dələduzluq da xeyli artıb. Kriptovalyuta müştəriləri say baxımından artsa da, ümumilikdə etibarsızlıq mühitinin genişliyini qeyd etmək mümkündür.

Bizimyol.info xəbər verir ki, Böyük Britaniya kriptovalyuta bazarına böyük zərbə vurub. Avropa dövlətində maliyyə tənzimləyicisi kimi qəbul edilən “Binance” birjası daha ölkə ərazisində kriptovalyuta ticarəti ilə məşğul olmayacağını açıqlayıb. Bunu virtual pul dünyası üçün xeyli pis xəbər saymaq olar.

“Reuters” yazır ki, Böyük Britaniya hökuməti birja üzərinə öhdəlik qoyub. Birja ölkədə daha bu işlə məşğul olmayacağını açıqlamağa məcbur edilib. Böyük Britaniyanın maliyyə işləri üzrə idarəsi (FCA) bildirib ki, qurumun xüsusi icazəsi olmadan “Binance” kriptovalyuta ticarətinə baş qoşa bilməz. Birjaya başqa istiqamətlərdə ingilislərə xidmət göstərməyə əngəl yaradılmır.

Ümumiyyətlə, FCA son vaxtlar bu sahəyə ciddi diqqət ayırmışdı. 2020-ci ilin iyununda “Binance” funt sterlinq və avro istifadə etməklə kriptovalyuta ticarəti ilə məşğul olacaq şirkəti aldığını bildirmişdi. FCA tanınmış birjanın fəaliyyətinin yeni istiqamətinin genişlənməsinə imkan verməyib.

Böyük Britaniyanın maliyyə işləri üzrə idarəsinin əsas narahatlığı çirkli pulların yuyulması məsələsidir. FCA ilin əvvəlindən belə şirkətlərə qeydiyyatdan keçməyi və qaydalara əməl etməyi məsləhət görür. Amma qeydiyyatdan keçməyə yalnız 5 şirkət həvəs göstərmişdi. İdarə özbaşınalığa son qoymaq qərarına gəlib.

Birjalara təkcə Böyük Britaniyada problem yaradılmır. Asiyada da “Binance”nin qanunsuz fəaliyyət göstərdiyi iyunun 25-də bəyan edilmişdi. Almaniyada isə birjaya apreldə cəza ehtimalı ilə bağlı xəbərdarlıq olunmuşdu. ABŞ-ın Ədliyyə Nazirliyi də “Binance”nin fəaliyyətini təftiş etməyə başlamışdı. Bütün bu xəbərlər isə kriptovalyuta bazarına təsirsiz ötüşmür. Ayrı-ayrı virtual pul dəyərlərinin aşağı düşməsi daha təəccüblü görünməməlidir.

Qeyd edək ki, kriptovalyutalar hesabına sürətlə varlananlar oldu, amma son vaxtlar qiymətin sürətlə azalması nəticəsində xeyli insan da müflisləşdi. Ümumiyyətlə, kriptovalyutaların sabun köpüyü kimi partlayacağı çoxdan proqnoz edilirdi.

Paylaş »
››› Eldar Həsənovun vəkilləri Prezidentə müraciət etdi: “170 dəfədən çox yıxılıb”
››› Parlamentdə “şellən, amma ilişmə” prinsipi
››› Bakıda güclü yanğın başladı - Video
››› Baş prokuror deputatın toxunulmazlığının ləğvi üçün Milli Məclisə təqdimat göndərib
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Bacadan tapılan məktub hamını heyrətləndirdi
››› Antalyada yanğınlar məhəllələrə də keçib
Son xəbərlər
Bütün xəbərlər »