Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Gəlin maşınının qarşısını kəsən uşaqlar xəstəxanalıq oldular
Gəlin maşını

Türkiyənin Sivas şəhərində gəlin maşınının qarşısını kəsənləri buna peşman ediblər. Bəxşiş qazanmağa ümid edən yeniyetmələr döyülüb.

Bizimyol.info xəbər verir ki, 15-17 yaşlarında olan üç yeniyetmə Karşıyaka məhəlləsində gəlin maşının qarşısını kəsib. Onların hərəkəti toy sahiblərini qıcıqlandırıb. Toy karvanındakı avtomobillərdən düşənlər yeniyetmələrə hücum edib. Maraqlıdır ki, ən çox döyülən gəlin maşınının qarşısını kəsmək işində iştirak etməmiş şəxs olub. Oğuzhan Sefa Koç, sadəcə, məhəllə uşaqları ilə salamlaşıb, nə baş verdiyini soruşub. Bir də gözünü xəstəxanada açıb. Onu Emin Erörerdən, Əmrə Karacadan, Məhəmməd Dəmirəldən daha çox döyüblər.

Oğuzhan Sefa Koçun dediyinə görə, evdən çıxandan sonra mağazaya yollanıb. Yolda məhəllə uşaqlarını görüb. Onların həyəcanlı təsir bağışlamasının səbəbini soruşub. Yeniyetmələr gəlin maşının qarşısını kəsdiklərinə görə hücuma məruz qaldıqlarını deyib. Oğuzhan telefonla hələ hadisə yerini tərk etməyən maşınların dövlət nömrə nişanlarını çəkmək istəyib. Bu zaman üzərinə bir neçə nəfər düşüb. Oğuzhan Sefa Koçun başını yarıblar.

Emin Erörer bildirib ki, onlara ümumilikdə 50-60 nəfər hücum edib. Videogörüntülərdə canfəşanlığı ilə xüsusi seçilən bir nəfər polis əməkdaşı olduğunu söyləyib: “Dedi ki, hamınızı içəri atdıraram. Bu sözdən sonra avtomobillərdən xeyli adam düşdü. Bizi söyməyə, təhdid etməyə başladılar”.

Yeniyetmələr onları döyənlərin qanun qarşısında cavab verməsini istəyir. Bunun üçün polisə şikayət etməyə hazırlaşırlar.

Türkiyədə gəlin maşınının qarşısını kəsmək dəfələrlə böyük qalmaqala səbəb olub. Hətta ölüm faktı da qeydə alınıb. Məsələn, 2019-cu ilin noyabrında Mersinin Tarsus ilçəsində bəxşiş istəyənlərdən biri bəyi bıçaqlayaraq ağır yaralamışdı. Gəlin maşınının qarşısını kəsənlər hadisə yerindən qaçıb gizlənə bilmişdi. Bəyin həyatını xəstəxanada xilas etmişdilər. 2014-cü ilin dekabrında isə İstanbulda toy karvanını dayandırmaq qətllə nəticələnmişdi. Bəy Əziz Baş öldürülmüşdü. Gəlin Sevda Bulut məhkəmədə gəlin maşınının qarşısını kəsənlərin verilən məbləğdən narazı qalaraq dava saldığını bildirmişdi.

Paylaş »
››› “Polkovnikin intiharından xəbərimiz yoxdur” - Orduda nə baş verir...
››› Toxunulmazlığı ləğv olunan Eldəniz Səlimov barədə maraqlı faktlar üzə çıxdı
››› "Səs yazısını dinləsəniz, əmin olacaqsınız ki, başqa hadisəylə rastlaşmışıq"
››› Tahir Kərimliyə həmkarından sərt cavab gəldi
››› Milli Məclisdə “kədərli” anlar…
››› Milli Məclisdə toqquşma: "Polisin yiyəsi var, deputatın yiyəsi yoxdur?"
››› Spikerdən... “yüksək pilotaj”
Son xəbərlər
Bütün xəbərlər »