Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Qara dənizdə qarşıdurma: NATO-Ukrayna təlimləri başlayır, Rusiya cavab verməyə hazırlaşır

“Qərblə Rusiya arasında davam edən siyasi problemlər Avropa İttifaqı daxilində ciddi fikir ayrılıqlarına gətirib çıxarıb. Almaniya və Fransa rəhbərliyi Rusiya ilə dialoq aparılmasını irəli sürüməsi, digər ittifaq ölkələrinin sərt reaksiyası ilə üzləşib. Bu problemlərin növbəti böhrana gətirməsi istisna deyil”.

Bu fikirləri siyasi şərhçi Məhəmməd Əsədullazadə Bizimyol.info-ya açıqlaması zamanı bildirib. Onun sözlərinə görə, ABŞ prezidnti C.Baydenin Avropa turnesi məhz Avropa ölkələri ilə Vaşinqton arasında münasibətlərin qaydaya salınması və müttəfiq münasibətlərin yeni keyfiyyətə qaldırmasına hesablanıb.

Məhəmməd Əsədullazadə Məhəmməd Əsədullazadə

“Çünki yeni çağırışlar formalaşır, yeni dünya nizamında Rusiya və Çin ABŞ-a qarşı yeni cəbhə formalaşdırır və Avropa İttifaqı ilə əməkdaşlığı inkişaf etdirib paraçalamağa çalışırlar. C.Baydenin siyasəti Rusiyaya qarşı vahid cəbhədə birləşməklə Çinə qarşı yeni strateji xətt ortaya qoymaqdır.

C.Bayden bu səfərlə bir sıra strateji planına nail oldu. Amma problemlər qalmaqdadır və Avropa İttifaqı yenidən "soyuq müharibə" mərhələsinə keçməkdə israrlı deyil. Burada Almaniya və Fransa rəhbərliyinin rolu daha da qabarıq görsənir.

Məhz Ukraynada Donbas probleminin davam etməsi, Rusiya ilə əməkdaşlığın inkişaf etdirilməsi hər iki ölkənin mövqeyindən irəli gəlib. Bu gün Avropanın Rusiya tərəfindən təhlükəsizliyinin təhdid edilməsi, Makron və Merkelin Putinlə isti münasibətlərindən qaynaqlanır”.

Siyasi şərhçinin sözlərinə görə, beynəlxalq siyasi münasibətlərdə böhranlı vəziyyət davam edir və ABŞ Avropa İttifaqı ilə birgə Rusiyanın Avropaya qarşı kiber və hərbi təzyiqlərinin qarşısını almaq üçün Şərqi Avropada mövqelərini gücləndirir.

“Həmçinin Qara dənizdə ABŞ-Ukrayna hərbi təlimləri keçirilir. Demək olar ki, bu prosesdə Böyük Britaniya da yer alır. Ötən gün Qara dənizdə Rusiya gəmilərindən İngiltərə gəmisinə açılan atəş məhz bu böhranın göstəricisidir. Davam etməkdə olan böhranın açıq qarşıdurmaya gətirib çıxarmaq riski var.

Cənubi Qafqazda Qarabağ müharibəsinin başlanması, məhz davam edən beynəlxalq böhran fonunun nəticəsi idi. Bu münaqişənin qalibiyyətlə və beynəlxalq hüquq çərçivəsində sona çatması, Şərqi Avropada Rusiya təhlükəsinə qarşı yeni bir mərhələnin başlanamsına gətirib çıxardı. Bu müharibə başlanğıc olaraq Şərqi Avropada növbəti müharibənin başlanmasına gətirib çıxaracaq. Əgər Donbas münaqişəsi başlayacaqsa, Ukrayna öz ərazi bütövlüyü çərçivəsində məsələni həll edəcək.

Qərblə Rusiya arasında davam edən hazırkı böhran Azərbaycanın mövqelərini gücləndirir və regionda yeni bir sülh prosesinin başlanmasına rəvac verir. Hər üç Cənubi Qafqaz ölkəsi Avropa ilə əməkdaşlığı yeni mərhələyə qaldıra biləcəklərsə, regionda sülh və əməkdaşlıq formatı yaradılacaq.

Azərbaycanla Avropa İttfaqı və NATO arasında yeni bir əməkdaşlıq formatı yaradılır. Azərbaycan iki təşkilatla da əlaqələri inkişaf etdirməli və siyasi dəstəyini almalıdır”.

Xatırladaq ki, bir neçə gün əvvəl Britaniya hərbi gəmisi Qara dənizlə Ukraynadan Gürcüstana gedib. Rusiya mətbuatı xəbərdarlıq atəşinin açıldığını və gəminin geri qaytarıldığını desə də, Britaniyanın Gürcütandakı səfirliyi “Defender” gəmisinin Batumi limanından şəklini paylaşıb. Britaniya tərəfi Rusiya qırıcılarının ətrafda fırlandığını amma atəş açmadığını deyib. Həmçinin rəsmi London yenidən həmin sularla hərəkət edəcəyini deyib. Beynəlxalq hüquqa əsasən həmin sular Uktaynaya məxsusdur, amma Rusiya tərəfindən işğal olunub.

Hazırda NATO Ukrayna ilə Qara dənizdə təlimlərə hazırlaşır, Rusiya da cavab olaraq manevrlər edəcəyini açıqlayıb.

Leyla Mirzə

Paylaş »
››› İyulun 26-na olan hava proqnozu
››› Tokio-2020: Azərbaycan təmsilçilərindən 10-u mübarizəni dayandırdı
››› Müsəlman idmançı israilli ilə qarşılaşmamaq üçün olimpiadadan imtina edib
››› Sürücünün halı pisləşdi, polis yardıma yetişdi - Foto
››› Şeyxdən ona ünvanlanan ittihamlara cavab
››› Heyrət, ey Şeyx... və ya üzrü günahından betər
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
Son xəbərlər
Bütün xəbərlər »