Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Təhlükəli məhlullar niyə açıq şəkildə satılır: “İnsan dəhşətli əzablara məruz qalır”
Supermarket
İyunun 27-də yerli medianın yaydığı məlumata görə, Mingəçevir şəhər sakini, 1990-cı il təvəllüdlü Xəlilov Camal Şahin oğlunu sirkə turşusu içərək intihar edib. X.Camalın meyiti ərazidə xidmət edən polis əməkdaşları tərəfindən 9 saylı orta məktəbin yaxınlığında aşkar edilib. Hazırda faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Bu növ intihar hallarının sayı heç də az deyil. Respublikada toksikoloji zəhərlənmələr arasında sirkə turşusundan zəhərlənmələr üstünlük təşkil edir. Həkimlərin sözlərinə görə, əvvəllər sirkə turşusu 85-90%-lik buraxılırdısa, indi bu rəqəm 70-75%-dir. Lakin buna baxmayaraq, yenə də ölüm faizi çoxdur. Demək olar ki, hər ay xəstəxanaya sirkə turşusundan zəhərlənmə ilə bağlı 10-15 xəstə qəbul olunur. İntiharın bu yolunu seçən insanların həyatını xilas etmək isə daha çətin olur.

Sirkə turşusu ilə zəhərlənmə bədən üçün çox ciddi mənfi nəticələrə malikdir. Məsələn, tənəffüs orqanları, həzm sisteminin güclü yanması və s.

Sirkə ilə zəhərlənmələr, onun gündəlik həyatdamızda istifadəsinin daha çox yayılması və faizi yüksək olan məhlulların açıq şəkildə satılması ilə bağlıdır. Hətta bu səbəbdən həkimlər dəfələrlə sirkə turşusunun faizinin azaldılması ilə bağlı Kənd Təsərrüfatı Nazirliyinə müraciətlər ediblər. Lakin bu məsələ öz həllini tapmayıb.

İnsan həyatı üçün bu qədər təhlükəli olan bir məhsulun açıq şəkildə satılması nə dərəcədə doğrudur? Bu növ intiharların qarşısını almaq üçün hansı addımlar atılmalıdır?

Həkim Fuad İslamzadə Bizimyol.info-nun suallarını cavablandıran zaman bildirib ki, sirkə turşusu ilə zəhərlənmə bütün digər zəhərlənmələrdən öz dəhşətli nəticələrinə görə fərqlənir və hətta ölümlə nəticələnməsə belə, insan dəhşətli əzablara məruz qalır.

Fuad İslamzadə Fuad İslamzadə

“Səbəb isə pərakəndə ticarət şəbəkələrində 70 gizli sirkə turşusunun açıq şəkildə satılmasıdır. Bu maddə məişətdə 20 dəfə durulaşdırıldıqdan sonra işlədilir. Lakin görünüşünə görə sudan fərqlənmədiyi üçün bəzən (ələlxüsus açıq şəkildə saxlanıldıqda) yanlışlıqla qəbul edilərək, insan sağlamlığına ağır zədə vura bilir”.

Həkimin sözlərinə görə, müasir dövrdə postsovet məkanından başqa dünyanın heç bir ölkəsində ərzaq maddəsi kimi satılmaq üçün 79 faizli sirkə turşusu istehsal edilmir.

“Adətən, bu maddə 5-10 faizli məhlul şəklində istehsal edilib satışa buraxılır və belə halda sağlamlıq üçün zərər verə biləcək xassəyə malik olmur. Buna görə zənn edirəm ki, bizim ölkədə də əhaliyə 70 faizli sirkə turşusu satılmasının qadağan edilməsinə çalışmalıyıq”,- deyə bildirib.

Leyla Mirzə

Paylaş »
››› Türkiyədəki yanğınların təxribat olduğunu təsdiqləyən görüntülər - Video
››› Türkiyəyə kimlər od vurdu: Hədəf Ərdoğandır, yoxsa dövlətin özü...
››› “Patı” mafiyası, yoxsa, agentura: “Planlı işləyirlər”
››› 20 yaşlı gənc eyni toyda iki gəlinlə evlənib - Video
››› Alovun içində üzümüzü ağ edənlər: Azərbaycan qardaş ölkəyə necə dəstək verir...
››› PKK-ya bağlı olan terror təşkilatı: “Türkiyədə yanğınları biz törətmişik”
››› "Zaman dəyişsə də, Türk qadını dəyişmədi" - Foto
Son xəbərlər
Bütün xəbərlər »