Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Əcnəbinin sürüb atdığı köhnə maşını azərbaycanlı 4 qat baha qiymətə sürür
Maşın bazarı

“Deməli, sövdələşmə qiyməti, qaimə-faktura (invoys) və müqavilə qiyməti 4400 dollar olan, ABŞ-dan gələn avtomobilə 5600 manat gömrük rüsumu təyin edilir. Təqribən alış qiymətinin 75 faizi həcmində.

ABŞ-dan 10 000 dollara alınan, 2018-ci il istehsalı olan "Toyota Camry"nin gömrük rüsumu 16 000 manat təşkil edir.

Belə çıxır ki, şotlandların 12 000 dollara sürdüyü 2018-2019-cu ilin "Toyota Camry"sini Azərbaycan vətəndaşı ya 50 min manata sürməlidir ya da Gürcüstanda zibilxanaya atılan 2005-2010- cu ilin avtomobillərini respublikaya gətirib ölkəni böyük bir avtozibilxanaya çevirməli, ekologiyaya da zərər vurmalıdır”

Bu fikirləri Bizimyol.info-ya iqtisadçı ekspert Asif İbrahimov səslənidirb.

Asif İbrahimov Asif İbrahimov

“Azərbaycana idxal olunan məhsulların gömrük qiymətləri Azərbaycan qanunları əsasında müəyyən olunur. Həmin qanunda 6 növ qiymət müəyyən etmə üsulu olsa da, idxalçı şəxsin lazımi sənədləri - ixrac bəyannəmələri, qaimələrinin təqdim olunmasına baxmayaraq gömrük rüsumunun qiymətləndirilməsi ehtiyat üsulla həyata keçirilir. İdxalçı Gömrük Komitəsinin Tarif Şöbəsinin qiymətlərinin 40 faizinə qədər vergi rüsumu ödəməli olur və sövdələşmə qiymətini  yox, Tarif Şöbəsinin qiymətlərinə uyğun gömrük bəyannaməsi yazır və bunun 18 faizini ƏDV, 15 faizini idxal vergisi, qalan hissəsini əməliyyat xərcləri qismində ödəməli olur. Buna görə topdansatış qiymətə alınmış məhsul pərakəndə məhsul qiymətlərinin 40 faizinə yaxın həcmdə gömrük rəsmiləşdirilməsindən keçir. Bu da təbii ki, süni surətdə qiymət artımına səbəb olur”,- deyən ekspert çıxış yolu da göstərib.

“Müvafiq qanunvericilikdə boşluqlar var. Konkret olaraq idxal məhsullarının siyahısı və qiymət müəyyənetmə üsulları göstərilməlidir. Boşluqlar olduğuna görə qiymətləndirmədə problemlər yaranır və buna tez-tez rast gələcəyik. BGK-nın  Beynəlxalq Standartlaşma Təşkilatı ilə birgə əməkdaşlığı, bu çərçivədə 70-dən çox texniki sənədi var. Bu qanunvericiliyin tətbiqində bu sənədlərdən istifadəni tövsiyə edərdim.

Ölkədə süni bahalaşmanın günahkarı elə Baş Gömrük İdarəsidir. Məncə, bu qurum da "pasportstol"lar kimi ləğv edilərək funksiyaları ASAN xidmətə verilsə, vətəndaşlarımız da nəfəs alar, süni inflyasiyanın qarşısı alınar”,- deyə ekspert qeyd edib.

İlhamə Rəsulova

Paylaş »
››› Bakıda güclü yanğın başladı - Video
››› Bacadan tapılan məktub hamını heyrətləndirdi
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Kirayə bazarının vəziyyəti Operativ Qərargahın qərarından asılı olacaq
››› Ərdoğan yanğından zərər çəkmiş vətəndaşlarla görüşüb - Video
››› İsrail 6 milyonluq peyvəndi məhv edəcək
››› Azərbaycanın yanğınsöndürmə qüvvələri Türkiyədə yanğınla mübarizə aparırlar - Video
Son xəbərlər
Bütün xəbərlər »