Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İyunun 29-na olan hava proqnozu
Günəş

İyunun 29-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək.

Bizimyol.info xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata görə, havanın temperaturu gecə 22-26, gündüz 31-36 dərəcə, Bakıda gecə 24-26, gündüz 34-36 dərəcə isti olacaq.

Atmosfer təzyiqi normadan aşağı 757 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 55-65 , gündüz 30-35 faiz olacaq.

Abşeron çimərliklərində mülayim şimal-qərb küləyi əsəcək. Dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 26-27° isti, Türkan, Hövsan, Sahil, Şıx çimərliklərində 27-28° isti olacaq.

Sabh Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı, dolu düşəcəyi ehtimalı var. Səhər bəzi dağlıq ərazilərdə duman olacaq. Qərb küləyi əsəcək, arabir güclənəcək.

Havanın temperaturu gecə 21-26 isti, gündüz 35-40 dərəcə isti, dağlarda gecə 15-20 isti, gündüz 25-30 dərəcə isti olacaq.

Bir neçə gün davam edən isti hava şəraitindən sonra iyunun 28-dən 29-na keçən gecədən başlayaraq iyulun 01-i axşamadək Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin 10-15 m/s, arabir 18 m/s, 30-u və 01-də yarımadanın bəzi yerlərində arabir 20-23 m/s-dək güclənəcəyi gözlənilir. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 4-5° aşağı enəcək.

İyunun 29-u axşamdan iyulun 02-dək əsasən axşam və gecə saatlarında bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, arabir lokal leysan xarakterli yağış yağacağı gözlənilir. Bəzi yerlərdə dolu düşəcəyi ehtimalı var. Qərb küləyi arabir 15-18 m/s, ayrı-ayrı yerlərdə arabir 20-25 m/s-dək güclənəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 4-5° aşağı enəcək. Çaylarda sululuğun artacağı ehtimal olunur.

Paylaş »
››› “Polkovnikin intiharından xəbərimiz yoxdur” - Orduda nə baş verir...
››› Toxunulmazlığı ləğv olunan Eldəniz Səlimov barədə maraqlı faktlar üzə çıxdı
››› "Səs yazısını dinləsəniz, əmin olacaqsınız ki, başqa hadisəylə rastlaşmışıq"
››› Tahir Kərimliyə həmkarından sərt cavab gəldi
››› Milli Məclisdə “kədərli” anlar…
››› Milli Məclisdə toqquşma: "Polisin yiyəsi var, deputatın yiyəsi yoxdur?"
››› Spikerdən... “yüksək pilotaj”
Son xəbərlər
Bütün xəbərlər »