Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Qəbirstanlıqda yenə... balıq tuturlar - Foto, Video
Qəbiristanlıqda göl

Sabunçu rayonu Kürdəxanı qəsəbəsinin bitəcəyində qəbirisitanlığın yanında bir göl var.

Bu barədə Bizimyol.info bir müddət əvvəl xüsusi reportaj hazırlamışdı. Bildirilmişdi ki, qəbiristanlıqda əksər qəbirlər su altında qalıb. Hətta bəzilərində meyitlərin qalıqları su üzünə çıxmışdı. Bu mövzuya, yəni o qəbirstanlığa yenidən qayıdan əməkdaşımız gördüklərini yenə qələmə, kameraya alıb.

Hazırda suyun həcmi azalıb və indi həmin göldə hər il olduğu kimi balıqçılar balıq tutur. Yəni cəsədlərin qalıqlarının su üzünə çıxdığı o göldə!

Kimisi buna məşğuiyyət, kimisi istirahət kimi baxsa da, göldə tutulan balıqların sağlamlıq üçün təhlükəli oluğuna heç kim diqqət vermir.

Qəbiristanlıqda göl

Davud Mirzəyev deyir ki, uzun iillərdir bura balıq tutmağa gəlir; bu həm əsəblərini sakitləşdirir, həm də evinə yemək apara bilir.

Onun sözlərinə görə, su çirkli-zəhərli olmuş olsaydı, balıqlara da təsir edərdi: “Amma hələ ki, nə mənim ailəm, nə də balıq satdığım adamlardan heç biri heç bir problem yaşamayıb. Biz öyrənmişik bu gölün balığına”.

Davud Mirzəyev deyir ki, göl təbii göldür; qurunt, yağış sularından formalaşıb.

“Bura kanalizasiya axıdılmayıb. Düzdür, qış aylarında yağıntılar çox olduğu zaman göl genişlənir, qəbiristanlığı da əhatə edir. Amma yayda su geri çəkilir. Yəni heç bir qorxusu yoxdur”-deyən balıqçı bildirir ki, bura balıq tutmağa gələnlərin çoxu başını qatmaq, stressdən uzaq olmaq üçün gəlir.

“Pandemiyadır, iş yox, pul yox. Adamlar sakitləşməyə gəlir bura.”-deyə Davud Mirzəyev əlavə edir.

Paylaş »
››› Toxunulmazlığı ləğv olunan Eldəniz Səlimov barədə maraqlı faktlar üzə çıxdı
››› “Polkovnikin intiharından xəbərimiz yoxdur” - Orduda nə baş verir...
››› Milli Məclisdə toqquşma: "Polisin yiyəsi var, deputatın yiyəsi yoxdur?"
››› Tokio-2020: Fransanı təmsil edən azərbaycanlı boksçu üçün polisə müraciət olunub
››› “Ermənistan yeni itkilərini gözə almalıdır”
››› Spikerdən... “yüksək pilotaj”
››› Azərbaycanda zəlzələ olub
Son xəbərlər
Bütün xəbərlər »