Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Hökumət qadınlar üçün “çoxərlilik” qanunu təklif etdi: “Qadın “başlıq” pulu ödəyəcəkmi?”
Poliandriya, çoxərlilik

Cənubi Afrika hökumətinin “poliandriya” barədə təklifi etirazlarla qarşılanıb. “Poliandriya” bir qadının 2 və daha çox ərinin olmasını nəzərdə tutan nikah formasıdır. Belə nikah forması Tibet tayfalarında dəbdədir. Bu tayfalarda tez-tez qardaşlar ümumi şəkildə bir qadınla evlənirlər.

Amma təbii ki, Cənubi Afrika hökuməti ərlərin qardaş olması kimi bir tələb irəli sürmür. Hökumət sadəcə olaraq, kişi və qadın bərabərliyi prinsipini irəli sürür. Məsələ burasındadır ki, Cənubi Afrikada kişilərə eyni vaxtda çoxlu qadınla evli olmağa icazə verən qanun qüvvədədir. Hökumət də deyir ki, vətəndaş cəmiyyəti təmsilçilərinin təkliflərini nəzərə alaraq hüquq bərabərliyi yaratmaq üçün bu huququ qadınlar üçün də təmin etmək lazımdır.

Professor Kollis Maçoko etirazları təbii qarşılayır: “Söhbət nəzarətdən gedir. Afrika cəmiyyəti tam bərabərliyə hazır deyil. Biz nəzarət edə bilmədiyimiz qadınlarla necə davranacağımızı bilmirik”.

Bizimyol.info xəbər verir ki, hazırda Cənubi Afrika dünyada ən azad Konstitusiyaya sahibdir. Burada nəinki kişilər üçün çoxarvadlılıq təmin edilib, həmçinin kişilər və qadınlar öz həmcinsləri ilə də ailə qura bilərlər. Konstitusiyada hazırda çatışmayan məsələ də elə qadınlar üçün “çoxərlilik” məsələsidir.

Hökumətin təklifinə ən çox etiraz edən şəxs iş adamı və teleaparıcı Musa Mseleku olub. Nə qədər qəribə olsa da, M.Mselekunun özü eyni vaxtda 4 qadınla evlidir. Onun həmçinin öz arvadları ilə birlikdə yayımladığı realiti-şou ölkədə çox populyardır.

Amma o, qadınlar üçün eyni hüququn tanınmasına qarşı çıxır: “Bu, Afrika mədəniyyətini məhv edəcək. Bəs uşaqlar necə olacaq? Onlar necə biləcəklər ki, hansı uşağın atası kimdir? Hazırda qadın öz üzərinə kişi rolunu götürə bilməz. Bəs bu halda qadın kişiyə görə “başlıq” pulu ödəyəcəkmi? Bəs kişi onun soyadını götürəcəkmi?”.

Amma reallıqda poliandriya Afrika ölkələrində rast gəlinən haldır. Professor Maçoko araşdırma aparıb və qadınların bir neçə kişi ilə evliliyinə dair çoxlu faktlar aşkarlayıb. Baxmayaraq ki, bunlar əsasən gizli nikahlardır.

Cenevrə Hüquq Mərkəzinin hüquqşünası Şarlin Mey isə təklifə tərəfdar olub. Xanım Mey bildirib ki, söhbət bərabərlikdən gedirsə, bu qanun mütləq qüvvəyə minməlidir: “Biz bu hüquq islahatını cəmiyyətimizdəki patriarxal baxışlara zidd olduğu üçün rədd edə bilmərik”.

Paylaş »
››› F-16 pilotumuz: “Hiss edirik ki, indi bizə tamam başqa gözlə baxılır”
››› Dağlar qoynunda gizlənmiş cənnət: Təngə dərəsi - Fotolar
››› Məscidlərdə 50 nəfərlik qadağaya görə QMİ və Dövlət Komitəsi də məhkəməyə cəlb olunur
››› “Milyonçu” şousunda savadsız görünən şəxs bir evin pulunu qazandı
››› Bakı gözəl şəhərdir, amma pulu olanlara
››› Qapısı bağlı qalan Olimpiya Mərkəzlərimiz və bizim olmayan bizimkilər
››› Saakaşvili Putinin işğal planını açıqladı
Son xəbərlər
Bütün xəbərlər »